Məhkəmə qərarları › İş №2(004)-2341/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2341/2023

01.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2341/2023 01.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı maraqlı şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Sayli Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı kompensasiya ödənilməklə ümumi əmlakdakı əmlakdakı paya hüququn itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə cavabdehin ümumi əmlakdakı paya hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edildiyini, bununla bağlı barışıq sazişi bağlandığını bildirərək barışıq sazişini məhkəmə qaydasında təsdiq etməklə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və nümayəndəsi ərizə təqdim edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı ilə Cavabdeh arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: “Bundan sonra birlikdə "‘tərəflər” ayrılıqda “birinci tərəf’ adlandırılacaq İddiaçı “ikinci tərəf’ adlandırılacaq Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar.

1. Preambula İddiaçı cavabdeh Nəsirova (İsgəndərli) Vəfa Bəhram qızına qarşı Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 14 saylı ünvanda yerləşən sahəsi 71.2 kv.metr olan 26 saylı mənzildə 1/8 paya sahib olan Nəsirova (İskəndərli) Vəfa Bəhram qızına iddiaçı tərəfindən 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə əmlakdakı payının və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət etmişdir.

2. Sazişin predmeti 2.1. Tərəflər sözü gedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2. Bu sazişə uyğun olaraq birinci tərəf ikinci tərəfə Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 14 saylı ünvanda yerləşən sahəsi 71.2 kv.metr olan 26 saylı mənzildə 1/8 payının və istifadə hüququnun itirilməsi üçün 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödəyir. 2.3. İkinci tərəf birinci tərəfin təklifini (ikinci tərəfə məxsus 1/8 payı 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə birinci tərəfin adına rəsmiləşdirilməsinə) qəbul edir və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür.

3. Öhtəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək.

4. Digər müddəalar 4.1. Bu sazişə tərəflər onu imzaladıqdan və notariat məhkəmə (notariat) qaydasında təsdiq edildiyi gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və sazişi təstiq etmiş məhkəmə (notariat) orqanında saxlanılır.

5. Tərəflərin rekvizitləri Birinci tərəf İddiaçı Ünvan: Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 14 mən. 26 Tel: 055 *** ** ** İkinci tərəf Cavabdeh Ünvan: Bakı şəhəri Yasamal rayonu, Gen. Akim Abbasov küçəsi 14 mən.26 Tel:050207-67-04” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Bundan sonra birlikdə "‘tərəflər” ayrılıqda “birinci tərəf’ adlandırılacaq İddiaçı “ikinci tərəf’ adlandırılacaq Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar.

6. Preambula İddiaçı cavabdeh Nəsirova (İsgəndərli) Vəfa Bəhram qızına qarşı Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 14 saylı ünvanda yerləşən sahəsi 71.2 kv.metr olan 26 saylı mənzildə 1/8 paya sahib olan Nəsirova (İskəndərli) Vəfa Bəhram qızına iddiaçı tərəfindən 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə əmlakdakı payının və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət etmişdir.

7. Sazişin predmeti 7.1. Tərəflər sözü gedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 7.2. Bu sazişə uyğun olaraq birinci tərəf ikinci tərəfə Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 14 saylı ünvanda yerləşən sahəsi 71.2 kv.metr olan 26 saylı mənzildə 1/8 payının və istifadə hüququnun itirilməsi üçün 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödəyir. 7.3. İkinci tərəf birinci tərəfin təklifini (ikinci tərəfə məxsus 1/8 payı 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə birinci tərəfin adına rəsmiləşdirilməsinə) qəbul edir və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür.

8. Öhtəliklərin icrası 8.1. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək.

9. Digər müddəalar 9.1. Bu sazişə tərəflər onu imzaladıqdan və notariat məhkəmə (notariat) qaydasında təsdiq edildiyi gündən qüvvəyə minir. 9.2. Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və sazişi təstiq etmiş məhkəmə (notariat) orqanında saxlanılır.

10. Tərəflərin rekvizitləri Birinci tərəf İddiaçı Ünvan: Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 14 mən. 26 Tel: 055 *** ** ** İkinci tərəf Cavabdeh Ünvan: Bakı şəhəri Yasamal rayonu, Gen. Akim Abbasov küçəsi 14 mən.26 Tel:050207-67-04”

Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar