Məhkəmə qərarları › İş №2(004)-236/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-236/2023

26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-236/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Ələkbər oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi (qəyyum) X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “notariat hərəkətlərin aparılmasından imtina edilməsi haqqında qərarın əsassız hesab edilməsi və yeganə və faktiki vərəsə kimi tanınma tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “notariat hərəkətlərin aparılmasından imtina edilməsi haqqında qərarın əsassız hesab edilməsi və yeganə və faktiki vərəsə kimi tanınma tələbinə” dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, anasından qalan mirası 1 otaq 11,7 kv.m olan mənzili bütövlükə adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anası X12 xx.xx.2021-ci ilda vəfat etmişdir. O, İddiaçı 3 saylı Bakı "Asan Xidmat” mərkəzində noratİat ofisinə xx.xx.2021-ci ildə müraciət etmiş, vərəsəlik işi açmışdır. Şəhadətnaməni almaq vaxtı çatanda həmin notariat ofisində məlum olur ki, bir payçı da var, anasının keçmiş həyat yoldaşı Cavabdeh3, hansı ki, heç vaxt bir kömək etməmiş, nə maddi, nə mənəvi köməyi olmamış, ailsinin nə xeyrinə, nə şərində iştirak etməmiş, özü barədə heç bir məlumat verməmiş və 30 ildən çox atdığı ailənin vəziyyəti ilə maraqlanmamışdır. Anasının mərasimində heç bir iştirakı olmamışdır. Həmin şəxs Cavabdeh3 eyni notarİat ofisinin araşdırmalarına görə məlum olur ki, Azarbaycanda yoxdur, qızını tapıb araşdırıblar ki, 30 ilə yaxındır ki, atası London şəhərində yaşayır. Beləliklə, Cavabdeh3 3 saylı "Asan Xidmət” məkəzinə notariat ofisina gəlir və bildirir ki, o da öz o payını götürəcək. Lakin sənədləris=ni araşdıranda, notariat kontoru nikah haqqında material tapır, yeni nikaha daxil olması haqqında. (Səbail rayonun qeydiyyat şöbəsi, akt NQ412 "3” sentyabr 2013 il Nikah haqqında şəhadətnamə 4AZ- /M869357 Cavabdeh3. X15 - ərə gedəndən sonra oldu Musayeva). Ondan önca Cavabdeh3 iddiaçının anası indi mərhum olan X12 ilə 1987-ci ildə nikah bağlamışdır və onların nənə-baba evinə gəlib onlarla birgə yaşamışdı, təxminən 2 il. 1989—cu ildə Cavabdeh3 onları, yəni öz həyat yoldaşını və qızlığını, yəni iddiaçını atır, çıxıb gedir Ukraynaya. O vaxtdan itmişdir, təxminən 2013-cü ilda gəlib anası ilə nikahı pozmasını anasına bildirmış, anası buna etiraz etməmiş, qeydiyyata getmişlər, lakin nəyə görəsə yadında deyil, boşanma alınmamışdır. O vaxtdan indiyənə qədər onlar onu heç vaxt görməmişlər, eşitməmişlər. İndi də həmin şəxs Cavabdeh3 öz payını istəyir. Görəsən hansı öz payından söhbət gedir? Onların nənə-baba yurduna göz dikib, özü də başqa nikahda ola-ola.... Bu qədər təkəbbürlü, tamahkar olmaq olarmı? Onların mənzili 2 otaqdan ibarətdir. 1 otaq - 18kv.m invalid qohumlarınındır. Söhbət kiçik otaqdan gedir -11 kv.m, hansı ki, iddiaçının anasınındır. Nəzərə almaq lazımdır ki, yaşayış sahasinin uçot nömrəsinin minimum səviyyəsi 2022-ci ildə adambaşına 12 kvadrat metr həcmində nəzərdə tutulmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 və 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Notariat Ofisinə qarşı Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 20 may 2022-ci il tarixli 842 saylı qərarın əsassız hesab edilməsi və ləğv edilməsi, mübahisəli mərhum X3 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin 11,7 kv metrdən ibarət olan 1 otağına yeganə və faktiki vərəsəsi kimi İddiaçı tanınması, maraqlı şəxs qismində mübahisəli mənzilin digər mülkiyyətçisi X1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh3 prosesə cəlb edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı təkrarən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı "Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” 20 may 2022-ci il tarixli 842 saylı qərarın əsassız hesab edilməsi və ləğv edilməsi, cavabdeh X4 mərhum X12 ilə 1987-ci ildə bağlanmış nigahına faktiki xitam verilmiş hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi, mərhum X3 miras qalmış ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin 11.7 kv metrdən ibarət olan 1 otağına yeganə və faktiki vərəsəsi kimi İddiaçı tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, idia ərizəsinin məzmununa uygun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2001-ci ildə ailə həyatı qurmuş, 2012-ci ildən duldur. Ailə qursa da faktiki olaraq anasının evində yaşamışdır. Atalığını 1989-cu ildən bəri görməmişdir. 2013-cü ildə boşanmaq üçün gəlmiş, lakin onlarda qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Cavabdeh3 ilə X12 1987-ci ildə rəsmi nikaha daxil olsalar da, 1989-cu ildən ayrı yaşamışlar. Bu illər ərzində görüşməmişlər, yalnız 2013-cü ildə Nadi Musayev, boşanmaq məqsədilə gəlmiş, bu səbəbdən ötəri görüşmüşlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz etdiklərini bildirmişdir. Qeyd etmişdir ki, 3-cü nikah barədə onda məlumat yoxdur. Bundan başqa tərəflərin ayrı yaşaması nikahlarına xitam verilməsi anlamına gəlmir. Cavabdeh müxtəlif səbəblərdən eləcə də, işləmək və pul qazanmaq üçün xarici ölkəkələrə gede bilərdi. Düzdür hal-hazırda da, o xaricdə yaşayır, lakin hesab edir ki, nəqədərki tərəflər arasında nikah pozulmayıb o da, mərhumun qanunu vərəsəsidir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin qanuni nümayəndəsi (qəyyum) X13 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər cavabdehlər 03 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi, 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, xx.xx.1973-cü il təvəllüdlüdür. Ailəlidir. İşləmir. Orta təhsillidir. Səbinəni tanıyır, uşaqları birlikdə baxcaya gedirlər. Onlarla gediş-gəlişi var. Rima xanımı da tanıyırmış, amma onun ərini heç vaxt görməmiş, ümumiyyətlə onun ərdə olmasından xəbərdar belə olmamışdır. Səbinə də atalığı haqqında danışmamışdır. Rima xanımın dəfn mərasimində Nadir adlı şəxsi və ya qohumun görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, ailəlidir. Ali təhsillidir. Səbinə ilə 30 ildən artıqdır ki, dostdurlar. Onlarla gediş-gəlişi var. Nadir adlı şəxsi heç vaxt görməmişdir. Səbinə də atalığı barədə heç vaxt danışmamışdır. 1990-cı ildən bəri onların evində elə bir şəxs görməmişdir. Rimanın dəfn və yas mərasimində iştirak etmiş, lakin həmin şəxsi heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, ailəlidir, orta təhsillidir. Rima ilə dost olmuşdur, Səbinə ilə də dostdur. 10-11 il olar ki, onları tanıyır. Onun ailəli olduğunu bilmirmiş, vəfat etdikdən sona onun Nadir adlı ərinin olduğunu bilmişdir. Həmin şəxsi heç vaxt görməmişdir. Rimanın dəfn mərasimində iştirak etmişdir. Nadir adlı şəxsi orda da görməmişdir. İş materiallarında olan: - AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX0271945 seriya nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanının 11,7 kv m sahəsi X12nın xüsusi mülkiyyətindədir. - AZ-İİ 190081 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surəttindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Ofisinin Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh3 sonradan yeni nikaha daxil olduğu aşkar olunduğundan və İddiaçı arasında mübahisə yarandığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən İddiaçı imtina edilmişdir. - AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Cavabdeh3 xx.xx.1979-cu ildə Yasamal rayon X9 (Musayeva) Gülnaz Həmzə qızı ilə nikahı, xx.xx.1987-ci ildə həmin nikahın pozulması qeydə alınmışdır. Daha sonra xx.xx.1987-ci ildə Bakı Nikah evində xx.xx.1943-cü il təvəllüdlü Qasımova (Musayeva) Rimma Qasım qızı ilə nikahı qeydə alınmış, həmin nikahın pozulmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Eyni zamanda Cavabdeh3 xx.xx.2013-cü ildə Səbail Rayon Qeydiyyat Şöbəsində xx.xx.1965-ci il təvəllüdlü Augustinaviciene (Musayeva) İrina ilə nikahının qeydə alınması məlum olmuşdur. - AR DSX Sərhəd Nəzarəti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Cavabdeh3 xx.xx.2013-cü il tarixdə sərhədi tərk etmiş, xx.xx.2018-ci il tarixdə sərhəddən giriş etmiş, xx.xx.2018-ci il tarixdə sərhəddən çıxmış, xx.xx.2022-ci il tarixdə sərhəddən giriş etmiş, xx.xx.2022-ci il tarixdə sərhədi tərk etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinin tələbinə görə Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinin tələbinə görə Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.4-cü maddəsinə əsasən Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X14 ilə Cavabdeh3 arasında xx.xx.1987-ci il tarixdə rəsmi nikah bağlanmış, lakin tərəflər 1989-cu ildən ayrı yaşamışlar. Bunu şahid ifadələri, həmçinin Cavabdeh3 xx.xx.2013-cü ildə Səbail Rayon Qeydiyyat Şöbəsində xx.xx.1965-ci il təvəllüdlü Augustinaviciene (Musayeva) İrina ilə nikahının qeydə alınması da təsdiq edir. Belə ki, N.X19 ilə rəsmi nikahda ola-ola başqa şəxslə nikaha daxil olmuşdur. Həmçinin DSX Sərhəd Nəzarəti tərəfindən verilmiş Cavabdeh3 ölkəyə giriş-çıxışı haqqında məlumatdan da görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixdə ölkəni tərk etmiş və Qasımova Rimma vəfat etdikdən təxminən 10 ay sonra xx.xx.2022-ci il tarixdə ölkəyə giriş etmişdir. Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında nikah faktiki olaraq Qasımova Rimma vəfat etməzdən uzun illər əvvəl pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 ilə X14 arasında 11 noyabr 1987-ci il tarixdə 2151 № akt qeydi ilə bağlanmış nikaha faktiki xitam verilmiş hesab olunmalı və Cavabdeh3 Cavabdeh3 Əbilfəs oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 münasibətdə vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında deyilir ki, Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayışından tamamilə fərqləndirir (X8rşı iş üzrə 2008-ci il 29 aprel tarixli Qərar). Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir. Məhkəmə iddia tələbinin 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin (xüsusi notarius Cavabdeh2) “Notariat hərəkətlərin aparılmasından imtina edilməsi barədə” 842 saylı, 20 may 2022-ci il tarixli qərarı ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, işin hallarından da göründüyü kimi Notariat hərəkətlərin aparılmasından imtina edilməsi barədə” 842 saylı, 20 may 2022ci il tarixli qərar hərəkətin aparılması qanuna zidd olması əsası Cavabdeh3 sonradan yeni nikaha daxil olduğu aşkar olunduğundan və İddiaçı arasında mübahisə yarandığından qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 ilə Qasımova Rimma arasında bağlanmış nikaha xitam verilmiş hesab olunduğundan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin (xüsusi notarius Cavabdeh2) “Notariat hərəkətlərin aparılmasından imtina edilməsi barədə” 842 saylı, 20 may 2022-ci il tarixli qərarı əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı miras qoyanın birinci dərəcəli vərəsəsi yeganə övladı olduğundan xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 3 ünvanda yerləşən 01 otaqlı 11,7 kv.m. ibarət olan yaşayış sahəsinin 01 otaqlı 11,7 kv.m. ibarət olan 01 otağının yeganə və faktiki vərəsəsi İddiaçı tanınmalı və həmin miras paya dair İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinin (xüsusi notarius Cavabdeh2) “Notariat hərəkətlərin aparılmasından imtina edilməsi barədə” 842 saylı, 20 may 2022-ci il tarixli qərarı əsassız hesab edilsin və ləğv edilsin. Cavabdeh3 ilə X14 arasında 11 noyabr 1987-ci il tarixdə 2151 № akt qeydi ilə bağlanmış nikaha faktiki xitam verilmiş hesab olunsun. Cavabdeh3 Əbilfəs oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş X10 münasibətdə vərəsəlik hüququndan məhrum edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 3 ünvanda yerləşən 01 otaqlı 11,7 kv.m. ibarət olan yaşayış sahəsinin 01 otaqlı 11,7 kv.m. ibarət olan 01 otağının yeganə və faktiki vərəsəsi İddiaçı tanınsın və həmin miras paya dair İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar