Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2366/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, ərizədə qeyd olunan daşınar əşyaların məhv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İş materiallarına Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli 01 nömrəli rəyi əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizədə qeyd olunan daşınan əşyalar yarasız vəziyyətə düşdüyündən məhv edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Belə ki, gömrük orqanlarına təqdim edilmiş mallar öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən göründüyü kimi ərizəyə əlavə edilmiş Birliyin Maraqlı şəxs2 Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan dərman preparatları yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, siyahı üzrə 1. 2 ədəd paketdə (3 kq buzlaşmış formada) toyuq əti, 2. 8 kq doğranmış toyuq əti, 3. 9 kq toyuq əti (toyuq içalatı və qanadı), 4. 6 kq (paketdə) doğranmış toyuq əti, 5. 18 kq plastik qutularda meyvə nektarini, 6. 8 ədəd (70 kq) qarpız 7. 3 ədəd (20 kq) qarpız, 8. 4 kq (paketdə) doğranmış qoyun əti, 9. 7 ədəd (60 kq) qarpız, 10. 8 ədəd (55 kq) qarpız, 11. 1.2 kq (paketdə) doğranmış toyuq əti, 12. 30 (6 kq) 100 qramlıq paketlərdə 2 qutu shakelli butter markalı kərə yağı, 13. 3 ədəd (22 kq) qarpız, 14. 8 kq (paket) xiyar, 15. 8 kq (paket) pomidor, 16. 20 kq (4 ədəd karton qutu) bijan markalı mayonez, 17. 30 kq (kisə) kartof, 18. 18 kq plastik yeşikdə üzüm yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 cəlb edilməklə “daşınar əşyaların məhv edilməsi” tələbinə dair ərizəsi təmin edilsin.
1. 2 ədəd paketdə (3 kq buzlaşmış formada) toyuq əti, 2. 8 kq doğranmış toyuq əti,
3. 9 kq toyuq əti (toyuq içalatı və qanadı), 4. 6 kq (paketdə) doğranmış toyuq əti, 5. 18 kq plastik qutularda meyvə nektarini, 6. 8 ədəd (70 kq) qarpız 7. 3 ədəd (20 kq) qarpız, 8. 4 kq (paketdə) doğranmış qoyun əti, 9. 7 ədəd (60 kq) qarpız, 10. 8 ədəd (55 kq) qarpız, 11. 1.2 kq (paketdə) doğranmış toyuq əti, 12. 30 (6 kq) 100 qramlıq paketlərdə 2 qutu shakelli butter markalı kərə yağı, 13. 3 ədəd (22 kq) qarpız, 14. 8 kq (paket) xiyar, 15. 8 kq (paket) pomidor, 16. 20 kq (4 ədəd karton qutu) bijan markalı mayonez, 17. 30 kq (kisə) kartof, 18. 18 kq plastik yeşikdə üzüm yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fariz Əlizadə