Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2367/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikaı Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə əlavə edilmiş 76 ədəd təşkil edən malların yararsız vəziyyətə düşdüyündən məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən müvəqqəti saxlanc anbarında olan mallar komitənin 09 fevral 2024-cü il tarixli 3-33/3-2-000039/2024 nömrəli sərəncamı ilə Maraqlı şəxs1 Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmişdir. Həmin malların istehlaka yararlı olubolmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 tərəfindən 09 noyabr 2024-cü il tarixli 3-33-1500/2-000017/2024 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi qeyd olunan məktubun icrası ilə əlaqədar 16 yanvar 2024-cü il tarixli 01-B nömrəli ekspert rəyini tərtib etmişdir. Həmin rəydə tədqiqata təqdim edilmiş malların istehlaka yararsız olması müəyyən edilmişdir. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası 'Azərekspertiza” Birliyinin qeyd olunan məktubun icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli 01-B nömrəli ekspert rəyindən göründüyü kimi Birliyin Bakı şəhəri, Abşeron rayonu, Məmmədli cəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş mallar yararsız vəziyyətə olduğundan məhv edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də 1. 11 kq kərə yağı, 2. 2 ədəd toyuq əti, 3. 2 kq toyuq, 4. 6 kq kərə yağı, 5. 8 kq hinduşka əti, 6. 6 kq Sakhelli markalı kərə yağı, 7. 6 kq Sakhelli markalı kərə yağı, 8. 6 kq kərə yağı, 4.8 kq toyuq əti, 10. 9 kq kərə yağı, 11.6 kq kərə yağı, 12. 6 kq kərə yağı, 13. 6 kq kərə yağı, 14. 6 kq kərə yağı, 15. 2 ədəd (4 kq) toyuq əti, 16. 6 kq Sakhelli markalı kərə yağı, 17. 6 kq kərə yağı, 18. 3 kq kərə yağı, 19. 6 kq kərə yağı, 20. 6 kq kərə yağı,
21. 12 kq kərə yağı, 22. 6 kq Sakhelli markalı kərə yağı, 23. 6 kq kərə yağı, 24. 2 ədəd toyuq,
25. 2 ədəd toyuq. 26. 2 ədəd (4.5 kq) toyuq əti, 27. 2 ədəd toyuq əti. 28. 2 ədəd toyuq. 29. 6 kq Sakhelli markalı kərə yağı, 30. 1 ədəd toyuq əti, 31. 2.5 kq toyuq əti, 32. 6 kq kərə yağı, 33. 7 kq kərə yağı, 34. 6 kq kərə yağı, 35. 6 kq Sakhelli markalı kərə yağı, 36. 6 kq kərə yağı, 37. 6 kq kərə yağı, 38. 6 kq kərə yağı, 39. 6 kq kərə yağı, 40. 11 kq Sakhelli markalı yağ. 41. 16 kq toyuq əti, 42. 8 kq (3 ədəd) toyuq əti. 43. 6 kq toyuq əti, 44. 6 kq tcyuq əti, 45. 8.4 kq (6 qutu) konfet. 46. 2 kq (2 ədəd) toyuq əti, 47. 3 kq toyuq əti. 48. 5 kq toyuq əti 49. 6 kq kərə yağı, 50. 9 kq toyuq, 51.4 kq toyuq, 52. 4 kq toyuq, 53. 11 kq toyuq əti, 54. 2 kq toyun əti, 55. 6 kq toyuq əti, 56. 4 kq toyuq əti. 57. 6 kq yağ, 58 7 kq toyuq əti, 59. 7 kq toyuq əti, 60. 3 kq kərə yağı, 61. 10 kq toyuq əti, 62. 6 kq kərə yağı, 63. 10 kq pomidor. 64. 12 kq pomidor, 65. 15 kq pomidor,
66. 14 kq pomidor, 67. 20 kq çaşır, 68. 30 kq pomidor, 69. 14 kq pomidor, 70. 9 kq pomidor 71. 15 kq tomat (pomidor), 72.10 kq pomidor, 73. 6 kq tomat (pomidor), 74.15 kq pomidor. 75. 1 kq kərə yağı, 76. 6 kq kərə yağı yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 247 saylı, xx.xx.2013-cü il tarixli qərarına əsasən mallar iki halda məhv edilir: bir şəxsin müraciəti əsasında, bir də gömrük orqanının təşəbbüsü ilə. Gömrük orqanının təşəbbüsü ilə o halda məhv edilir ki, mallar istehlaka yararsız olsun və bununla bağlı ekspertiza rəyi olsun, həmçinin müvafiq məhkəmənin qərarı olsun. Bildirmişdir ki, 76 ədəd malların müddəti bitmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək, 76 ədəd malların məhv edilməsini xahiş etmişlər. Qeyd olunanlara əsasən, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ticarət və Sənayə palatası “Azərekspertiza” birliyi mərkəzinin ekspert arayışlarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən müvəqqəti saxlanc anbarında olan saxlama müddəti bitmiş 76 ədəd malların yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1nə məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 76 ədəd mallar yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspert arayışlarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 76 ədəd mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc yerində saxlanılan malların sahibi yoxdur və həmin əşyalara Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Belə olduğu halda, məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Mərkəzin ekspert rəylərindən göründüyü kimi, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində yerləşən müvəqqəti saxlanc anbarına təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233, 323-326 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin.
1. 11 kq kərə yağı, 2. 2 ədəd toyuq əti, 3. 2 kq toyuq, 4. 6 kq kərə yağı, 5. 8 kq hinduşka əti, 6. 6 kq Sakhelli markalı kərə yağı, 7. 6 kq Sakhelli markalı kərə yağı, 8. 6 kq kərə yağı, 4.8 kq toyuq əti, 10. 9 kq kərə yağı, 11.6 kq kərə yağı, 12. 6 kq kərə yağı, 13. 6 kq kərə yağı, 14. 6 kq kərə yağı, 15. 2 ədəd (4 kq) toyuq əti, 16. 6 kq Sakhelli markalı kərə yağı, 17. 6 kq kərə yağı, 18. 3 kq kərə yağı, 19. 6 kq kərə yağı, 20. 6 kq kərə yağı, 21. 12 kq kərə yağı, 22. 6 kq Sakhelli markalı kərə yağı, 23. 6 kq kərə yağı, 24. 2 ədəd toyuq, 25. 2 ədəd toyuq. 26. 2 ədəd (4.5 kq) toyuq əti, 27. 2 ədəd toyuq əti. 28. 2 ədəd toyuq. 29. 6 kq Sakhelli markalı kərə yağı,
30. 1 ədəd toyuq əti, 31. 2.5 kq toyuq əti, 32. 6 kq kərə yağı, 33. 7 kq kərə yağı, 34. 6 kq kərə yağı, 35. 6 kq Sakhelli markalı kərə yağı, 36. 6 kq kərə yağı, 37. 6 kq kərə yağı, 38. 6 kq kərə yağı, 39. 6 kq kərə yağı, 40. 11 kq Sakhelli markalı yağ. 41. 16 kq toyuq əti, 42. 8 kq (3 ədəd) toyuq əti. 43. 6 kq toyuq əti, 44. 6 kq tcyuq əti, 45. 8.4 kq (6 qutu) konfet. 46. 2 kq (2 ədəd) toyuq əti, 47. 3 kq toyuq əti. 48. 5 kq toyuq əti 49. 6 kq kərə yağı, 50. 9 kq toyuq, 51.4 kq toyuq, 52. 4 kq toyuq, 53. 11 kq toyuq əti, 54. 2 kq toyun əti, 55. 6 kq toyuq əti, 56. 4 kq toyuq əti. 57. 6 kq yağ, 58 7 kq toyuq əti, 59. 7 kq toyuq əti, 60. 3 kq kərə yağı, 61. 10 kq toyuq əti,
62. 6 kq kərə yağı, 63. 10 kq pomidor. 64. 12 kq pomidor, 65. 15 kq pomidor, 66. 14 kq pomidor, 67. 20 kq çaşır, 68. 30 kq pomidor, 69. 14 kq pomidor, 70. 9 kq pomidor 71. 15 kq tomat (pomidor), 72.10 kq pomidor, 73. 6 kq tomat (pomidor), 74.15 kq pomidor. 75. 1 kq kərə yağı, 76. 6 kq kərə yağı, ümumi 76 ədəd mallar məhv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə