Məhkəmə qərarları › İş №2(004)-2369/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2369/2021

28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2369/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvan 1 ünvanında qurlaşdırılmış qaz sayğacı Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixində dəyişdirildikdən sonra ona 216 manat cərimə ödəməli olduğu bildirilmişdir. O, təbii qazdan qeyri qanuni istifadə etmir. Buna baxmayaraq həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları aybaay gecikdirlimədən ödəmişdir və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. Cavabdeh saldosuna əsasən onun ünvanı üzrə tərtib olunmuş akt üzrə qaz sərfiyyatına görə 216 manat borc hesablanmışdır. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 02.89179 saylı akta əsasən onun yaşadığı ünvanda quraşdırılmış sayğacdan Cavabdeh rəyinə əsasən sayğacın hesablanma mexanizminin qapağına vurulan zavod qurğuşun plomb kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması qərara alınmışdır. Qeyd etmək istəyir ki, cərimə borcunun yazılması tamamilə əsassızdır, ona görə də həmin əsassız yazılmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, **********0 nömrəli sayğac yenisi ilə əvəz olunmuş və plomblanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 29/1710-01365-1 nömrəli aktdan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh” X1 Departamenti tərəfindən baxış keçirilmiş və ******* nömrəli sayğac Yasamal rayonu, sənayecihaz, G-4, 17955 mexaniki göstəricisi olan sayğacın hesablanma mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilmiş, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh” İstehsalat Birliyinin 29/1710-01365-1 saylı aktına əsasən ******* nömrəli sayğacın hesablanma mexanızmının qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunubdur. İş materiallarına əlavə edilmiş Kodu **********00020 olan İddiaçı abonentin saldosundan görünür ki, 216 (iki yüz on altı) manat borc məbləği hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Lakin, yeni qaz sayğacın hesablanma mexanızminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunma səbəbi də abunəçiyə 216 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının ünvan 1 ünvanı üzrə qaz sayğacının dəyəri kimi (abonent kodu: **********00020 olan) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinməsi barədə iddia əsaslıdır və iddia təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sayğacının dəyəri kimi İddiaçı (abonent kodu: **********00020 olan) hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. İddiaçının ödədiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar