Məhkəmə qərarları › İş №2(004)-2369/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2369/2024

08.05.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2369/2024 08.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikaı Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 maraqlı şəxslər qismində cəlb etdiyi daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə əlavə edilmiş 23 ədəd təşkil edən malların, 1.12 kq (plastik setkada) mandarin, 2. 10 kq (2 ədəd 5 kq) yujanka markalı kərə yağı, 3. 32 kq (3 kisə) soğan, 4. 165 kq (5 kisə) kartof, 5. ümumi çəkisi 14.5 kq olan 1 ədəd politilen torbada qarışıq ərzaq (krestyanskiy lug markalı kərə yağı və müxtəlif markalarda konfet), 6.5 kq (1 ədəd karton qutu) koroffka markalı kərə yağı, 7.22 kq (1 ədəd kisə) kartof və 5 kq (1 ədəd karton qutuda tulçinka markalı) kərə yağı, 8.45 kq (2 ədəd karton qutu və 1 ədəd əl çantasında) qarışıq ərzaq (yag, konfet və kolbasa), 9.37 kq meyvə (2 ədəd taxta yeşik və 2 ədəd plastik setka) (mandarin, üzüm, kivi), 10.100 kq (5 ədəd politilen torbada) xalyar bitkisi, 11.63 kq qarışıq ərzaq (müxtəlif markalarda konfet, 2 ədəd 5kq krestiyonskoye kərə yağı, 2 bağlama konservləşdirilmiş qarox, 2 bağlama yarma), 12.54 kq qarışıq ərzaq (1 ədəd karton qutuda 2 ədəd 5 kq belarus markalı kərə yağı, 1 ədəd 5 kq silivoçniy markalı kərə yağı, 1 ədəd 5 kq zemlyanoçka markalı kərə yağı, 3 ədəd 5 İ oleyna duruyağ ədəd 420 q evropeskiy kolbasa, 2 ədəd 0.708 q papamojit markalı kolbasa, 1 ədəd 1 kq doktorskaya standart kolbasa, 2 ədəd 1.5 İ mari moloko qatlaşdırılmış süd və müxtəlif markalarda konfet), 13. 36 kq (1 kisə) kartof, 14. 1 ədəd politilen torbada 20 kq qarışıq ərzaq (2 ədəd 5 İ karana izabilya markalı duru yağ, 1 ədəd 10 kq maslo tradisonoye markalı kərər yağı, 15. 126 kq (6 kisə) kartof, 16. 3 ədəd 1 kq 450 qr suqusenka slavyanka markalı qatılaşdırılmış süd, 2 ədəd 5 kq tulçinka markalı kərə yağı.1 kisə kartof, 1 ədəd sloboda markalı duru yağ və 1 ədəd mamrukovskoye markalı kərə yağı - 5 İ), 17. 2 ədəd 5 kq kristianskiy markalı kərə yağı, 18. 38 kq (1 kisə) kartof 19. 3 ədəd kisədə (330 kq) kartof və qarpız, 20. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı, 21. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı, 22. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı və 23. 1 ədəd karton kutuda 18.15 kq krestyanskoye markalı kərə yağı (daşınar əşyalar), məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1 (Bundan sonra - Birlik) Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşmüşdür. Həmin malların istehlaka yararlı olubolmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 tərəfindən xx.xx.2023-cü il tarixli, 3-33-1700/2-005071/2023 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Bundan sonra Birliyin qeyd olunan məktubunun icrası ilə əlaqədar “Azərekspertiza” Birliyi xx.xx.2024-cü il tarixli 014/23-X nömrəli ekspert rəyini tərtib etmişdir. Həmin rəylərdə tədqiqata təqdim edilmiş malların istehlaka yararsız olması müəyyən edilmişdir. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş “Azərekspertiza” Birliyinin ekspert rəyindən göründüyü kimi Birliyin Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də, 1.12 kq (plastik setkada) mandarin,

2. 10 kq (2 ədəd 5 kq) yujanka markalı kərə yağı, 3. 32 kq (3 kisə) soğan, 4. 165 kq (5 kisə) kartof, 5. ümumi çəkisi 14.5 kq olan 1 ədəd politilen torbada qarışıq ərzaq (krestyanskiy lug markalı kərə yağı və müxtəlif markalarda konfet), 6.5 kq (1 ədəd karton qutu) koroffka markalı kərə yağı, 7.22 kq (1 ədəd kisə) kartof və 5 kq (1 ədəd karton qutuda tulçinka markalı) kərə yağı, 8.45 kq (2 ədəd karton qutu və 1 ədəd əl çantasında) qarışıq ərzaq (yag, konfet və kolbasa), 9.37 kq meyvə (2 ədəd taxta yeşik və 2 ədəd plastik setka) (mandarin, üzüm, kivi), 10.100 kq (5 ədəd politilen torbada) xalyar bitkisi, 11.63 kq qarışıq ərzaq (müxtəlif markalarda konfet, 2 ədəd 5kq krestiyonskoye kərə yağı, 2 bağlama konservləşdirilmiş qarox, 2 bağlama yarma), 12.54 kq qarışıq ərzaq (1 ədəd karton qutuda 2 ədəd 5 kq belarus markalı kərə yağı, 1 ədəd 5 kq silivoçniy markalı kərə yağı, 1 ədəd 5 kq zemlyanoçka markalı kərə yağı, 3 ədəd 5 İ oleyna duruyağ ədəd 420 q evropeskiy kolbasa, 2 ədəd 0.708 q papamojit markalı kolbasa, 1 ədəd 1 kq doktorskaya standart kolbasa, 2 ədəd 1.5 İ mari moloko qatlaşdırılmış süd və müxtəlif markalarda konfet), 13. 36 kq (1 kisə) kartof, 14. 1 ədəd politilen torbada 20 kq qarışıq ərzaq (2 ədəd 5 İ karana izabilya markalı duru yağ, 1 ədəd 10 kq maslo tradisonoye markalı kərər yağı, 15. 126 kq (6 kisə) kartof, 16. 3 ədəd 1 kq 450 qr suqusenka slavyanka markalı qatılaşdırılmış süd, 2 ədəd 5 kq tulçinka markalı kərə yağı.1 kisə kartof, 1 ədəd sloboda markalı duru yağ və 1 ədəd mamrukovskoye markalı kərə yağı - 5 İ), 17. 2 ədəd 5 kq kristianskiy markalı kərə yağı, 18. 38 kq (1 kisə) kartof 19. 3 ədəd kisədə (330 kq) kartof və qarpız, 20. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı, 21. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı, 22. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı və 23. 1 ədəd karton kutuda 18.15 kq krestyanskoye markalı kərə yağının (daşınar əşyalar) yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 247 saylı, xx.xx.2013-cü il tarixli qərarına əsasən mallar iki halda məhv edilir: bir şəxsin müraciəti əsasında, bir də gömrük orqanının təşəbbüsü ilə. Gömrük orqanının təşəbbüsü ilə o halda məhv edilir ki, mallar istehlaka yararsız olsun və bununla bağlı ekspertiza rəyi olsun, həmçinin müvafiq məhkəmənin qərarı olsun. Bu səbəbdən də məhkəməyə müraciət edərək, 23 addamalların məhv edilməsini xahiş etmişlər. Qeyd olunanlara əsasən, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə1 ərizə ilə bağlı bildirdi ki, ərizədə qeyd olunları təsdiq edirlər, həmçinin bildirmişdir ki, anbarda saxlanılan malların hamısının müddəti bitmiş, istehlaka yararsız mallardı. Onların saxlanılma xərcləri, daşıma xərcləri həm Gömrük Komitəsinin, həm də Birliyinin büdcəsinə xeyli ziyan vurur. Qeyd edilənlərə əsasən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli, 014/23-x ekspertiza aktına əsasən Xaçmaz Gomruk İdarəsinin, “Şirvanlı” gömrük postunun anbarında saxlanılan tez xarab olan ya saxlanc müddəti bitmiş mallar təqdim edilmişdir. Həmin malların adı, miqdarı, çəkisi Xaçmaz Gomruk İdarəsi tərəfindən təqdim edilən siyahıda göstərilmişdir. Təqdim edilmiş mallar üstü, yanları bağlı, qapısı qıfıllı, döşəməsi beton olan anbarda saxlanılır. Təqdim olunmuş mallara Maraqlı şəxs2, “Azterminalkompleks “Şirvanlı” gömrük postunun müvəqqəti saxlanc anbarının işçisi Arsen Mamedovun iştirakı ilə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, qablaşdırılmış ərzaq mallarının qablaşdırılma formaları itmiş, nəmlənmiş, rütubət nəticəsində rəngləri dəyişilmiş, bəzilərində hətta ləklər və kiflər əmələ gəlmişdir, nəticədə əmtəə görünüşü itirilmişdir. Həmçinin üzərindəki yazılara əsasən həmin ərzaq mallarının istifadəyə yaradılıb müddətləri bitmişdir. Orqanoleptik üsülla müəyyən edilmişdir ki, açıq şəkildə olan mallar, kiflənmiş, kartaf məhsulu isə tamamilə çürüyərək yararsız vəziyyətə düşmüşdür, kəskin qoxu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1nə məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 23 adda mallar yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspert arayışlarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 23 mallar mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Qeyd edilənlərdən də, göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 23 adda malların sahibi yoxdur və həmin əşyalara Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Belə olduğu halda, məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəd adları qeyd edilmiş ümumi 23 adda mallar məhv edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 323.1-ci maddəsinə görə daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınmaz əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Mərkəzin ekspert rəylərindən göründüyü kimi, ərizəyə əlavə edilmiş Birliyin Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 323-326 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 1.12 kq (plastik setkada) mandarin, 2. 10 kq (2 ədəd 5 kq) yujanka markalı kərə yağı, 3. 32 kq (3 kisə) soğan, 4. 165 kq (5 kisə) kartof, 5. ümumi çəkisi 14.5 kq olan 1 ədəd politilen torbada qarışıq ərzaq (krestyanskiy lug markalı kərə yağı və müxtəlif markalarda konfet), 6.5 kq (1 ədəd karton qutu) koroffka markalı kərə yağı, 7.22 kq (1 ədəd kisə) kartof və 5 kq (1 ədəd karton qutuda tulçinka markalı) kərə yağı, 8.45 kq (2 ədəd karton qutu və 1 ədəd əl çantasında) qarışıq ərzaq (yag, konfet və kolbasa), 9.37 kq meyvə (2 ədəd taxta yeşik və 2 ədəd plastik setka) (mandarin, üzüm, kivi), 10.100 kq (5 ədəd politilen torbada) xalyar bitkisi, 11.63 kq qarışıq ərzaq (müxtəlif markalarda konfet, 2 ədəd 5kq krestiyonskoye kərə yağı, 2 bağlama konservləşdirilmiş qarox, 2 bağlama yarma), 12.54 kq qarışıq ərzaq (1 ədəd karton qutuda 2 ədəd 5 kq belarus markalı kərə yağı, 1 ədəd 5 kq silivoçniy markalı kərə yağı, 1 ədəd 5 kq zemlyanoçka markalı kərə yağı, 3 ədəd 5 İ oleyna duruyağ ədəd 420 q evropeskiy kolbasa, 2 ədəd 0.708 q papamojit markalı kolbasa, 1 ədəd 1 kq doktorskaya standart kolbasa, 2 ədəd 1.5 İ mari moloko qatlaşdırılmış süd və müxtəlif markalarda konfet), 13. 36 kq (1 kisə) kartof, 14. 1 ədəd politilen torbada 20 kq qarışıq ərzaq (2 ədəd 5 İ karana izabilya markalı duru yağ, 1 ədəd 10 kq maslo tradisonoye markalı kərər yağı, 15. 126 kq (6 kisə) kartof, 16. 3 ədəd 1 kq 450 qr suqusenka slavyanka markalı qatılaşdırılmış süd, 2 ədəd 5 kq tulçinka markalı kərə yağı.1 kisə kartof, 1 ədəd sloboda markalı duru yağ və 1 ədəd mamrukovskoye markalı kərə yağı - 5 İ), 17. 2 ədəd 5 kq kristianskiy markalı kərə yağı, 18. 38 kq (1 kisə) kartof 19. 3 ədəd kisədə (330 kq) kartof və qarpız, 20. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı, 21. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı, 22. 1 ədəd 5 kq vkusnoffka markalı kərə yağı və

23. 1 ədəd karton kutuda 18.15 kq krestyanskoye markalı kərə yağı (daşınar əşyalar), ümumi 23 ədəd mallar məhv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar