Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2370/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “daşınar əşyaların məhv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “daşınar əşyaların məhv edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsində saxlanılan - 30 kq qarışıq ərzaq (1 əlçantası mamrukovuskoe markalı duru yağ, london markalı çay, makkofe markalı 1 dəfəlik qəhvə və korenovskoe markalı qatılaşdırılmış süd), 66 kq qarışıq ərzaq (1 əlçantasında jarkov markalı duru yağ, saxar markalı şəkər tozu və müxtəlif markalarda qarabaşaq makkofe markalı 1 dəfəlik qəhvə), 220 kq (4 kisə) kartof, 29 kq 1ədəd torbada noxud, 72 kq (2 ədəd kisədə) kartof, 20 kq (1ədəd plastik qabda) kərə yağı, 20 kq (1ədəd plastik qabda) kərə yağı, 15 litr (3 ədəd 5 litrlik plastik qabda) “oleyna” markalı duru yağ, 20 litr (4 ədəd 5 litrlik qabda) “zlato” markalı duru yağ və 10 kq (2 ədəd 5 kq karton qutu) “belarus” markalı kərə yağının məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 və Xaşmaz Gömrük İdarəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, Maraqlı şəxs1 Xanoba gömrük postunun anbarında yerləşən mallar Komitənin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000345/2023 nömrəli sərəncamı ilə Maraqlı şəxs2 Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmişdir. Həmin malların istehlaka yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-33-1700/2-005070/2023 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi qeyd olunan məktubun icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli 013/23-X nömrəli ekspert rəyini tərtib etmişdir. Həmin rəydə tədqiqata təqdim edilmiş malların istehlaka yararsız olması müəyyən edilmişdir. Gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırkı ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin qeyd olunan məktubun icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli 013/23-X nömrəli ekspert rəyindən göründüyü kimi Birliyin Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş mallar yararsız vəziyyətdə olduğundan məhv edilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2nə və Xaşmaz Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilsə də, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 29 dekabr 2023-cü il tarixli 3- 33/3-2-000345/2023 nömrəli sərəncamı ilə Maraqlı şəxs1 Xanoba gömrük postunun anbarında yerləşən mallar Maraqlı şəxs2 Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 3-33-1700/2-005070/2023 nömrəli məktubu ilə Maraqlı şəxs1 Xanoba gömrük postunun anbarında yerləşən saxlanc müddəti keçmiş tez xarab olan mallar barəsində siyahı mallara yerində bazış keçirilərək müvafiq ekspert rəyi verilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2023cü il tarixli 013/23-X nömrəli ekspert rəyindən müəyyən edilir ki, təqdim edilmiş 01 - vərəqdə adları qeyd olunan ərzaq və yeyinti malları keyfiyyətlərini itiriblər, istifadə müddətləri bitmiş, təyinatı üzrə istifadəyə yararlı hesab edilə bilməz. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanını istisna edildikdə, malların məhv edilməsinə yol verilir. Həmin Qaydaların 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. 2.3. Bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsində saxlanılan - 30 kq qarışıq ərzaq (1 əlçantası mamrukovuskoe markalı duru yağ, london markalı çay, makkofe markalı 1 dəfəlik qəhvə və korenovskoe markalı qatılaşdırılmış süd), 66 kq qarışıq ərzaq (1 əlçantasında jarkov markalı duru yağ, saxar markalı şəkər tozu və müxtəlif markalarda qarabaşaq makkofe markalı 1 dəfəlik qəhvə), 220 kq (4 kisə) kartof, 29 kq 1ədəd torbada noxud, 72 kq (2 ədəd kisədə) kartof, 20 kq (1ədəd plastik qabda) kərə yağı, 20 kq (1ədəd plastik qabda) kərə yağı, 15 litr (3 ədəd 5 litrlik plastik qabda) “oleyna” markalı duru yağ, 20 litr (4 ədəd 5 litrlik qabda) “zlato” markalı duru yağ, 10 kq (2 ədəd 5 kq karton qutu) “belarus” markalı kərə yağı istehlaka yararsızdır. Odur ki, həmin ərzaq malları məhv edilməlidlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsində saxlanılan - 30 kq qarışıq ərzaq (1 əlçantası mamrukovuskoe markalı duru yağ, london markalı çay, makkofe markalı 1 dəfəlik qəhvə və korenovskoe markalı qatılaşdırılmış süd), 66 kq qarışıq ərzaq (1 əlçantasında jarkov markalı duru yağ, saxar markalı şəkər tozu və müxtəlif markalarda qarabaşaq makkofe markalı 1 dəfəlik qəhvə), 220 kq (4 kisə) kartof, 29 kq 1ədəd torbada noxud, 72 kq (2 ədəd kisədə) kartof, 20 kq (1ədəd plastik qabda) kərə yağı, 20 kq (1ədəd plastik qabda) kərə yağı, 15 litr (3 ədəd 5 litrlik plastik qabda) “oleyna” markalı duru yağ, 20 litr (4 ədəd 5 litrlik qabda) “zlato” markalı duru yağ, 10 kq (2 ədəd 5 kq karton qutu) “belarus” markalı kərə yağı məhv edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2370/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2370/2024
06.06.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver