Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2371/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 və “Azərbaycan respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsini” maraqlı şəxs qismində cəlb etdiyi “daşınar əşyaların məhv edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1. 125 kq (5 kisə) kartof, 2. 115 kq pendir (3 plastik bidon.2 karton qutuda), 3.150 kq (6 kisə) kartof, 4. 113 kq heyvan içalatı, 5. 72 kq qarışıq ərzaq, 6. 30 kq qarışıq ərzaq, 7. 150 kq kartof, 8. 120 kq kartof, 9. 108 kq qarışıq tərəvəzlər, 10. 28 kq (1 kisə) kartof, 11.31 kq (1 kisə) soğan, 12. 36 kq (1 kisə) kartof, 13. 15 kq "belaya" və "slivoçnaya" markalı kərə yağı, 14. 62 (60) kq (3 kisə) kartof, 15. 33 kq qarışıq ərzaq, 16. 19 kq qarışıq ərzaq, 17. 38 kq qarışıq ərzaq, 18. 120 kq qarışıq ərzaq, 19. 34 kq "tulçinka" və "oleyna" markalı yağ, 20. 137 kq (5 kisə) gül soğanağı, 21. 125 kq (5 kisə) kartof, 22. 12 kq mal ayaqları, 23. 71 kq qarışıq ərzaq məhsulları, 24. 115 kq qarışıq ərzaq, 25. 120 kq kartof, 26. 30 kq kartof, 27. 47 kq yağ, 28. 150 kq (6 kisə) kartof, 29. 78 kq (3 kisə) kartof, 30. 12 kq kərə yağı, 31. 32 kq "aquşa" markalı süd, 32. 16 kq qarışıq ərzaq, 33. 139 kq kartof-soğan, 34. 125 kq (5 kisə) kartof, 35. 114 kq (3 kisə) kartof, 36. 23 kq kartof,
37. 110 kq (5 kisə) kartof, 38. 50 kq (2 kisə) kartof, 39. 56 kq (2 kisə) kartof, 40. 90 kq kartof-soğan, 41. 72 kq (2 kisə) kartof və 42. 45 kq qarışıq ərzağın məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 Samur gömrük postunun anbarında yerləşən mallar komitənini 29 dekabr 2023-cü il tarixli 3-33/3-2-000345/2023 nömrəli sərəncamı ilə Maraqlı şəxs2 Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmişdir. Həmin malların istehlaka yararlı olubolmaması barədə Maraqlı şəxs1 tərəfindən 29 noyabr 2023-cü il tarixli 3-33-1700/2- 005069/2023 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi qeyd olunan məktubun icrası ilə əlaqədar 08 dekabr 2023-cü il tarixli 015/23-X nömrəli eskpert rəyini tərtib etmişdir. Həmin rəydə tədqiqata təqdim edilmiş malların istehlaka yararsız olması müəyyən edilmişdir. Bu səbəbdən 1. 125 kq (5 kisə) kartof, 2. 115 kq pendir (3 plastik bidon.2 karton qutuda), 3.150 kq (6 kisə) kartof, 4. 113 kq heyvan içalatı, 5. 72 kq qarışıq ərzaq, 6. 30 kq qarışıq ərzaq, 7. 150 kq kartof, 8. 120 kq kartof, 9. 108 kq qarışıq tərəvəzlər, 10. 28 kq (1 kisə) kartof, 11.31 kq (1 kisə) soğan, 12. 36 kq (1 kisə) kartof, 13. 15 kq "belaya" və "slivoçnaya" markalı kərə yağı,
14. 62 (60) kq (3 kisə) kartof, 15. 33 kq qarışıq ərzaq, 16. 19 kq qarışıq ərzaq, 17. 38 kq qarışıq ərzaq, 18. 120 kq qarışıq ərzaq, 19. 34 kq "tulçinka" və "oleyna" markalı yağ, 20. 137 kq (5 kisə) gül soğanağı, 21. 125 kq (5 kisə) kartof, 22. 12 kq mal ayaqları, 23. 71 kq qarışıq ərzaq məhsulları, 24. 115 kq qarışıq ərzaq, 25. 120 kq kartof, 26. 30 kq kartof, 27. 47 kq yağ, 28. 150 kq (6 kisə) kartof, 29. 78 kq (3 kisə) kartof, 30. 12 kq kərə yağı, 31. 32 kq "aquşa" markalı süd, 32. 16 kq qarışıq ərzaq, 33. 139 kq kartof-soğan, 34. 125 kq (5 kisə) kartof, 35. 114 kq (3 kisə) kartof, 36. 23 kq kartof, 37. 110 kq (5 kisə) kartof, 38. 50 kq (2 kisə) kartof, 39. 56 kq (2 kisə) kartof, 40. 90 kq kartof-soğan, 41. 72 kq (2 kisə) kartof və
42. 45 kq qarışıq ərzaq yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyd olunanlara əsasən, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs2 və “Azərbaycan respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi”nə vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 08 dekabr 2023-cü il tarixli, 015/23-X nömrəli ekspertiza aktından görünür ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun anbarında saxlanılan tez xarab olan və saxlanc müddəti bitmiş mallar təqdim edilmişdir Həmin malların adı, miqdarı, çəkisi Xaçmaz Gömrük İdarəsi tərəfindən təqdim edilən siyahıda göstərilmişdir. Təqdim edilmiş mallar üstü, yanları bağlı, qapısı qıfıllı döşəməsi beton olan anbarda saxlanılır. Tqədim olunmuş mallara Xaçmaz Gömrük İdarəsinin, “Samur” gömrük postunun “Azərteminalkompleks” müvəqqəti saxlanc anbarının inspektoru Surət Pirnəzərovun iştirakı ilə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, qablaşdırılmış ərzaq mallarının qablaşdırılma formaları itmiş, nəmlənmiş, rütubət nəticəsində rəngləri dəyişilmiş, bəzilərində hətta ləkələr və kiflər əmələ gəlmişdir, nəticədə əmtəə görünüşü itirilmişdir. Əsasən süd məhsulları (yağ, pendir, kolbasa və.s) istifadən yararlığı müddəti az olan və tez xarab olan məhsullar istifadəyə tam yararsız vəziyyətdə olmaları müşahidə olunur. Həmçinin üzərindəki yazılara əsasən həmin ərzaq mallarının istifadəyə yararlılığ müddətləri bitmişdir. Organoleptik üsulla müəyyən edilmişdir ki, açıq şəkildə olan mallar, kiflənmiş, kartof və soğan məhsulunu bir hissəsi isə tamamilə çürüyərək yararsız vəziyyətə düşmüşdür, kəskin qoxu yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun anbarında saxlanılan 42 ədəd mal Azərterminalkompleks” Birliyinin Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmişdir. Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 42 ədəd mallar yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspert arayışlarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 42 ədəd mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Belə olduğu halda, məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ümumi 293 ədəd mallar məhv edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 323-326 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin.
1. 125 kq (5 kisə) kartof, 2. 115 kq pendir (3 plastik bidon.2 karton qutuda), 3.150 kq (6 kisə) kartof, 4. 113 kq heyvan içalatı, 5. 72 kq qarışıq ərzaq, 6. 30 kq qarışıq ərzaq, 7. 150 kq kartof, 8. 120 kq kartof, 9. 108 kq qarışıq tərəvəzlər, 10. 28 kq (1 kisə) kartof, 11.31 kq (1 kisə) soğan, 12. 36 kq (1 kisə) kartof, 13. 15 kq "belaya" və "slivoçnaya" markalı kərə yağı, 14. 62 (60) kq (3 kisə) kartof, 15. 33 kq qarışıq ərzaq, 16. 19 kq qarışıq ərzaq, 17. 38 kq qarışıq ərzaq, 18. 120 kq qarışıq ərzaq, 19. 34 kq "tulçinka" və "oleyna" markalı yağ, 20. 137 kq (5 kisə) gül soğanağı, 21. 125 kq (5 kisə) kartof, 22. 12 kq mal ayaqları, 23. 71 kq qarışıq ərzaq məhsulları, 24. 115 kq qarışıq ərzaq, 25. 120 kq kartof, 26. 30 kq kartof, 27. 47 kq yağ, 28. 150 kq (6 kisə) kartof, 29. 78 kq (3 kisə) kartof, 30. 12 kq kərə yağı, 31. 32 kq "aquşa" markalı süd, 32. 16 kq qarışıq ərzaq, 33. 139 kq kartof-soğan, 34. 125 kq (5 kisə) kartof, 35. 114 kq (3 kisə) kartof, 36. 23 kq kartof, 37. 110 kq (5 kisə) kartof, 38. 50 kq (2 kisə) kartof, 39. 56 kq (2 kisə) kartof, 40. 90 kq kartof-soğan, 41. 72 kq (2 kisə) kartof və 42. 45 kq qarışıq ərzağın, ümumi 42 ədəd mallar məhv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayşən Sultanova-Məmmədova