Məhkəmə qərarları › İş №2(004)-239/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-239/2022

13.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-239/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhər Maraqlı şəxsnə qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.10.1985-ci il tarixində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Ərizəçi ilə X4 arasında 21.09.2005-ci il tarixdə 795№-li akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan 17.09.2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışa əsasən müəyyən olunur ki, X3 ensefalopatiya(hipoksik) starnqulyansion asfiksiyadiaqnozu qoyulmuşdur. İş materiallarında olan 28.12.2018-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışa əsasən müəyyən olunur ki, X3 müayinə nəticəsində nevropotoloqun və psixiatorun,terapevtin, kardioloqun nəzarəti məsləhət görülmüş, ona ensefalopatiya(hipoksik) starnqulyansion asfiksiya diaqnozu qoyulmuş, xəstənin əmək qabiliyyətini itirməsi, ətrafdakıların köməyinə ehtiyacı olması qeyd olunmuşdur. İş materiallarında olan 06.03.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, həmin çıxarışda X1 özünü idarə edə bilməməsi, sərbəst hərəkəti mümkün olmadığına görə ətrafdakıların qulluğuna tam şəkildə möhtac olduğu qeyd edilmiş, ona ensefalopatiya(hipoksik) starnqulyansion asfiksiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilmləsi barədə çıxarışa əsasən müəyyən olunur ki, X3 birinci dərəcəli əlillik müəyyən edilmiş, dəqiqləşdirilmiş ensefalopatiya, hipersik ensefalopatiya, stranqulyasion asfiksiya kimi diaqnozlar qoyulmuş, kənar şəxslərin qulluğuna ehtiyaci olduğu bildirilmişdir. İş materiallarında olan 16.12.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Mərkəzi publik hüquqi şəxsi tərəfindən təqdim olunmuş rəydən görünür ki, X2 üzvi mənşəli (stranqulyasion asfiksiya nəticəsində -25.06.2018-ci il tarixdə özünə qəsd cəhdi olmuşdur) demensiya, nitq və hərəki pozuntular ilə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X4 onda müəyyən edilən üzvi mənşəli demensiya, nitq və hərəki pozuntular ilə əlaqədar tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən üzvi mənşəli demensiya, nitq və hərəki pozuntular ilə əlaqədar mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan arayışa, ekspert rəyinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, X1 fəaliyyət qabiliyyətli olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 15.10.1985-ci il tarixində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar