Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-240/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 05.03.1953-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ailə üzvləri və qardaşı X11 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu R.Tağıyev (keçmiş 12-ci Xrebtovı) küçəsi, ev 14B-də yaşayır. Tofiq Qasımov onunla ana bir qardaşdır, ondan başqa qardaş-bacısı yoxdur, valideynləri yaşamır. Həqiqi hərbi xidmətdə olduğu zaman psixi xəstəliyə tutulmuş, birinci qrup əlildir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 665383 saylı, 24.10.2003-cü il tarixli arayışla əlillik dərəcəsi müddətsiz müəyyən edilmiş və kənar şəxsin daimi qulluğuna möhtac olduğu təsdiqlənmişdir. Dəfələrlə psixi qüsurlarına görə psixiatriya müəssisələrində uzun müddətli müalicə kursları keçmiş, amma müsbət nəticəsi olmamış, sağalmamışdır. Özünü sərbəst idarə etmək, qərar qəbul etmək, davranış və birgəyaşayış qaydaları, cəmiyyətdə mövcud olan normaları dərk etmək iqtidarında deyildir, aqressivləşmə halları olur və daimi nəzarətə, qayğıya, qəyyuma ehtiyacı vardır. Tam fəaliyyət qabiliyyətsizdir. Psixi qüsuru nəticəsi olaraq danışdığını, hansı hərəkətlər etdiyini bilmir, fərqinə varmır, küçəyə çıxarsa ətrafdakı insanlara, əmlaklara ziyan vurur və yaşadığı ünvana sərbəst geri qayıda bilmir. Uzun illərdir ki, psixi xəstəliyi davam edir, bütün qonşular, ərazi sahə müvəkkili və mənzil-istismar sahəsinin işçiləri də xəstəliyindən xəbərdardırlar. Ona görə də hesab edir ki, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185 maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 343503 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 05.03.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2r. İş materiallarında olan ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X1r. İş materiallarında olan TSE-0 seriyalı 665383 saylı Əlillik haqqında arayışdan görünür ki, X11 1-ci qrup əlildir və kənar şəxsin daima qulluğuna möhtacdır. İş materiallarında olan “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 16.12.2021-ci il tarixli 3003 saylı rəyindən görünür ki, X9 “şizofreniya paranoid forma, dərin psixi qüsur halı” xroniki psixi xıstəlik qeyd olunur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X11 onda müəyyən edilən “şizofreniya paranoid forma, dərin psixi qüsur halı” ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmədə X11 oğlunun psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 05 mart 1953-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-240/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-240/2022
24.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver