Məhkəmə qərarları › İş №2(004)-240/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-240/2023

25.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-240/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı X5, onun vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X5 cavabdehlər 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X13 cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Abşeron rayonu Məmmədli qəsəbəsi, “7 gözəl yaşayış kompleksi”nin ləğv edilməsi, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən mənzilə dair 3 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilin üzərində qanun üzrə vərəsə kimi vərəsə hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Salayeva (Əlizadə) Sərvət Mirzə qızı onun bibisidir, mərhum atası Əlizadə Fikrətin doğma bacısıdır. 1961-ci ildə bibisi X1 X28 ilə nikah bağladıqdan sonra Salayeva soyadı verilmişdir. 1981-ci ildə Salayev Həsən-Ağa Dərya oğlu vəfat etmişdir. Bibisinin yeganə övladı, oğlu X3 xx.xx.1992-ci ildə Qarabağda Şəhid olmuşdur. xx.xx.2020-ci ildə bibisinə Şəhid anası kimi ünvan 3 ünvanında yerləşən 49 saylı mənzil ayrılmışdır. Qısa müddət ərzində mənzilə sahib olduqdan sonra bibisi X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ev faktiki olaraq sahibsiz qalmışdır. Vərəsəlik hüququndan istifadə edərək, o, 03 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Ona 05.07 2022-ci il tarixdə 1172 №-li Qərarla notariat hərəkətlərini aparmaqdan imtina edilmişdir. Bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh3 Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzinin notariat ofisinə müraciət edərək Salayeva Sərvət Mirzə qızından qalmış miras əmlaka dair vəsiyyət uzrə vərəsəlik miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixdə onun adına 2 V-689 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qeydiyyata alınmışdır. Ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hesab edir ki, hazırki iş üzrə xx.xx.2021ci il tarixində Cavabdeh3 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun həmin mənzilə qanun üzrə vərəsəlik hüququ tanınmalıdı. Belə ki, (Əlizadə) X14 onun doğma bibisidir. Atası - Əli-zadə X26 1998-ci ilin 20 aprel tarixində kəskin ürək damar çatışmamazlığından vəfat etmişdir. Sərvət bibisinin atasından başqa heç bir vərəsəsi yoxdur. Bibisinin sağlığında da o, ona qulluq etmişdir. 27 06.2019-cu il tarixində “tireoidektomiya” cərrahi əməliyyatı olunub, bibisinin qulluğunda olmuşdur. Bibisinin xəstəliyindən istifadə edərək Cavabdeh3 bibisinə vəsiyyətnamə yazdırıb. O, indiyədək inana bilmir ki, necə ola bilər ki, bibisi kənar bir şəxsin adına vəsiyyətnamə qoya bilər. Onu da qeyd etmişdir ki, 20.07 2020-ci ildə bibisinə “Şəhid” anası kimi ünvan 4 ünvanda yerləşən mənzil verilsə də, bir gündə olsun həmin evdə yaşamamış, amma indi həmin “Şəhidin” evində kənar şəxslər yaşayırlar. (Əlizadə) Salayeva Sərvət Mirzə qızının qardaşı Əli-zadə Fikrətin 1988-ci ildə vəfatı ilə əlaqədar o, onun vərəsəsidir, ona görə də o, qanun üzrə vərəsə kimi tanınmalıdır. Notariat hərəkətləri aparmaqdan imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda qeyd edilib ki, xx.xx.2020-ci il tarixdə Salayeva Sərvət Mirzə qızı tərəfindən Bakı şəhəri 2 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində Cavabdeh3 bütün əmlakı üçün vəsiyyətnamə verilmişdir. Hesab edir ki, bibisinin xəstəliyindən istifadə edərək vəsiyyətnamə tərtib edilib. X19 ən yaxın adamı odur, əgər bibisinin kiməsə nəsə vəsiyyət etmək niyyəti olsa idi, o, bunu bilərdi. Bibisi ölənədək həmişə onun yanında o olmuş, əksinə bibisi arzulayırdı ki, “Şəhid” oğlunun adına verilmiş evə köçsün, orada oğlunun şəkilləri ilə bəzəyərək xatirə güşəsinə çevirsin. Xatirələrlə yaşayan adam necə ola bilər ki, həmin evi kənar adama vəsiyyət etsin? Bu heç cür mümkün deyil, çünki xx.xx.2019-cu ildə bibisinin səhhəti ağırlaşanda o, bibisinin müalicəsi ilə məşğul olurdu. Milli Onkologiya Mərkəzində bibisinin cərrahiyyə əməliyyatı üçün bütün xərcləri özü çəkmişdir. Bibisi belə vəziyyətdə idi ki, heç nəyi yaxşı başa düşə bilmirdi. Belə olan halda bibisi heç vaxt Rüfətə vəsiyyət edə bilməzdi. İşə məhkəmədə baxılan zaman iddiaçı X13 iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, ünvan 2 ünvanda yerləşən mənzilə dair 03 saylı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ünvan 2 ünvanda yerləşən mənzilin üzərində qanun üzrə vərəsə kimi vərəsə hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, bibisinə baxıb, o, bibisinin əməliyyatını etdirib, bibisi onun yanında rəhmətə gedib. Bu barədə Rüfətin xəbəri olmayıb. Rüfət onun atasının uzaq qohumudu. Rüfət bibisinə təzyiq edib, onun başını aldadıb, buna görə də bibisi ünvan 2 ünvanda yerləşən mənzili ona vəsiyyət edib. İddiaçı vəsiyyətnamənin ləğv edilməsini istəyir, ona mənzil lazım deyil, istəyir ki, müharibə iştirakçılarına verilsin, Rüfət adında adam olmasın. Həmin mənzil 2020-ci ildə şəhid ailəsi kimi bibisinə verilib, mənzil özəlləşdirilməyib, həmin mənzildə heç kəs qeydiyyatda düşməyib. Hal-hazırda həmin mənzildən Rüfət istifadə edir, onu kirayəyə verib ondan haqq alır, mənzildən bu şəkildə faydalanır. Qeyd olunanları nəzərə alaraq, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X18 iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır, şəhid ailəsi kimi 2020-ci il tarixdə (Əlizadə) X6 verilmişdir. Müharibə iştirakçıları, qazilər həssas təbəqə olduğundan hər dəfə narahat etməmək üçün həmin mənzilləri gedib yoxlamırlar. Hazırki faktla bağlı o, rəhbərliyə məlumat verəcək, və rəhbərlik tərəfindən bu barədə araşdırma aparılacaq. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 813020 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Salayev Həsən-Ağa Dərya oğlu xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 945520 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 053188 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Əli-zadə X26 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 121710 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Atası Əli-zadə X26, anası isə Əli-zadə Şahrudə Hüseyn qızıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-684/15 saylı, xx.xx.2018-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, Salayev Dərya-Nur Həsən-Ağa oğlu 25 yanvar 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə Səbail rayon qeydiyyat şöbəsində 405 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X29-Ağa Dərya oğlu, anası isə Əli-zadə Sərvət Mirzə qızıdır. Qeyd olunan şəxsin ölümü xx.xx.1992-ci il tarixdə 119 saylı aktla Səbail rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan 24 dekabr 2020-ci il tarixli Təxili və X11 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında 1938-ci il təvəllüdlü Salayeva Sərvət Mirzə qızının 82 yaşında vəfat etdiyi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-189/69 saylı, xx.xx.2021-ci il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, Salayev Həsən-Ağa Dərya oğlu ilə X17 arasında bağlanılmış nikah haqqında 01 aprel 1961-ci il tarixdə 648 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikahdan sonra “Salayeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 254314 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Salayeva Sərvət Mirzə qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Salayeva Sərvət Mirzə qızının 21 iyun 2020-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq o, bütün daşınmaz və daşınar əmlakını xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 vəsiyyət etmişdir. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativinin 45 saylı, 06 noyabr 2020ci il tarixli arayışına əsasən Salayeva X16 rayonu, Məmmədli kəndi, Zabrat-Kürdaxanı şossesi, “Yeddi Gözəl” yaşayış kompleksində ev 6, mənzil 49 ünvanında yaşamışdır. İş materiallarında olan Cavabdeh3 21 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən o, ünvan 6 ünvanında yaşamış 24 dekabr 2020-ci il tarixdə vəfat etmiş Salayeva Sərvət Mirzə qızından qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak: mənzildən və pul məbləğindən ibarətdir. Bildirmişdir ki, ondan başqa digər vərəsələri yoxdur. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 02 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V/207 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş Salayeva Sərvət Mirzə qızının vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak: "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 157000/2-1496 saylı arayışına əsasən Salayeva Sərvət Mirzə qızının adına xx.xx.2021-ci il tarixə Bankın “Gənclik” filialında qalığı 0,88 manat olan ******************** nömrəli kart və Nərimanov rayon filialında qalığı 1044,08 manat olan ******************** nömrəli kart hesablarında olan pul məbləğindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışına əsasən Nazirin müvafiq əmri ilə Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən xx.xx.2008-ci il tarixdən növbədə duran imtiyazlı vətəndaş Salayeva Sərvət Mirzə qızına şəhid ailəsi kimi Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, “Yeddi Gözəl” yaşayış kompleksində inşa edilmiş binada 06 saylı evin 49 saylı mənzili verilmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin "xxxx" ASC-yə ünvanladığı 140 saylı, 29 yanvar 2021-ci il tarixli məktubuna əsasən xx.xx.1938-ci il tarixdə anadan olmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş Salayeva Sərvət Mirzə qızının adına 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində V/k- 52/2021 nömrəli vərəsəlik işi açılmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Salayeva Sərvət Mirzə qızının adına hər hansı pul məbləğinin, ödənilmiş kredit məbləğinə dair ödəniləcək cari hesablamış kompensasiya məbləğinin, hesabın olub-olmaması, o cümlədən hesablar haqqında məlumat, hesablarda olan pul miqdarının və hesablar üzərində həbsin və ya yüklülüyün olub-olmaması barədə arayış verilməsini xahiş etmişlər. İş materiallarında olan "xxxx" ASC-nin 157000/2-1496 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan məlumatlar üzrə bankdaxili axtarış sistemində araşdırma aparılmışdır. Təqdim edilən məlumatlar üzrə Salayeva Sərvət Mirzə qızının adına xx.xx.2021-ci il tarixə Bankın Gənclik filialında qalığı 0,88 manat olan ******************** nömrəli kart və Nərimanov rayon filialında qalığı 1044,08 manat olan ******************** nömrəli kart hesabı aşkar edilmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 141 saylı, 29 yanvar 2021-ci il tarixli məktubuna əsasən Salayeva Sərvət Mirzə qızının xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi Cavabdeh3 ərizəsi əsasında tərəflərindən V-52/2021 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İcraatda olan vərəsəlik işi ilə əlaqədar Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdaxanı şossesi, “Yeddi Gözəl” yaşayış kompleksi, ev 6, mənzil 49 ünvanında yerləşən mənzilə dair çıxarışın verilməsini xahiş etmişlər. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 1172 saylı, 05 iyul 2022-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərarın təsdiq olunmuş surətinə əsasən X13 24 iyun 2022-ci il tarixdə notariat ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum bibisi Salayeva Sərvət Mirzə qızından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bildirilmişdir ki, 21 iyun 2020-ci il tarixdə Salayeva Sərvət Mirzə qızı tərəfindən Bakı şəhəri 02 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisində Cavabdeh3 bütün əmlakı üçün vəsiyyətnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh3 Bakı şəhəri 03 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə müraciət edərək Salayeva Sərvət Mirzə qızından qalmış miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 689 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir, ərizəsi qeydiyyata alınmışdır. Qeyd olunanları nəzərə alıb, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən X8 imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********31 nömrəli arayışdan görünür ki, ünvan 9 ünvanında yerləşən mənzilin hüquqi vəziyyəti barədə məlumatın verilməsi və zəruri sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi ilə bağlı müraciətə baxılmış və ünvan 9 ünvanı üzərində X2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********49-05301-093015 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin sözügedən mənzil Abşeron rayonu 02 saylı notariat müqaviləsinə əsasən Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına özgəninkiləşdirilmiş, xx.xx.2020-ci il tarixdə **********49-05301-093015 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli çıxarış verilmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativinin 01-73 saylı, 16 oktyabr 2019-cu il tarixli arayışına əsasən Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdaxanı şossesi, “Yeddi Gözəl” yaşayış kompleksində 6 saylı evin 49 saylı mənzilin sahibi X4r. Beləliklə, iş üzrə tərəflərin təqdim etdikləri, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, miras qoyan Salayeva Sərvət Mirzə qızı sağlığında vəsiyyətnamə tərtib edərək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün daşınmaz və daşınar əmlakını xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh3 vəsiyyət etmiş və buna dair 21 iyun 2020-ci il tarixli notarial qaydada vəsiyyətnamə tərtib olunmuşdur. Salayeva Sərvət Mirzə qızı xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh3 müraciətinə əsasən vərəsəlik işi açılmışdır və ona vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsi verilmişdir. Vərəsəlik şəhadətnaməsinə əsasən, miras qoyanın əmlakı kimi yalnız iki bank hesabındakı pul vəsaiti ("xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 157000/2-1496 saylı arayışa əsasən Salayeva Sərvət Mirzə qızının adına xx.xx.2021-ci il tarixə Bankın “Gənclik” filialında qalığı 0,88 manat olan ******************** nömrəli kart və Nərimanov rayon filialında qalığı 1044,08 manat olan ******************** nömrəli kart hesablarında olan pul məbləği) miras əmlaka daxil edilmişdir. İddiaçı X13 hazırki iddia ərizəsi ilə verilmiş şəhadətnamənin etibarsız sayılmasını istəyir və eyni zamanda ünvan 2 ünvanda yerləşən mənzilin üzərində qanun üzrə vərəsə kimi vərəsə hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa işin halları ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdaxanı şossesi, “Yeddi Gözəl” yaşayış kompleksində yerləşən 6 saylı evin 49 saylı mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mülkiyyətində olmaqla xx.xx.2008-ci il tarixdən şəhid ailəsi kimi növbədə duran Salayeva Sərvət Mirzə qızına sosial-mənzil müqaviləsi əsasında verilmişdir, yəni onun sağ olduğu dövrdə istifadəsinə verilmiş, lakin ona dair hər hansı bir mülkiyyət hüquqları qeydiyyata alınmamıçdır. İddiaçı X5 iddia tələbindəki göstərdiyi əmlak miras qoyan Salayeva Sərvət Mirzə qızının miras kütləsinə daxil deyil və həmin əmlak xx.xx.2020-ci il tarixdən (**********49-05301-093015 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəli çıxarış) hal-hazıradək iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mülkiyyətindədir, yəni Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdaxanı şossesi, “Yeddi Gözəl” yaşayış kompleksində yerləşən 6 saylı evin 49 saylı mənzil ümumiyyətlə miras əmlaka daxil deyil və ona dair hər hansı bir vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə ilk növbədə idia tələbinin “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığına əsas olmuş hallar mövcud deyil, vərəsəlik haqqında şəhadətnamə miras qoyanın sag ikən iradə ifadəsinə əsasən tərəfindən notariat qaydada tərtib edilmiş vəsiyyətnamə əsasənda verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Məhkəmə qeyd edir ki, qanunun tələblərindən göründüyü kimi, vəsiyyətnamə miras qoyan Salayeva Sərvət Mirzə qızının iradə ifadəsi olaraq özü tərəfindən notarial qaydada tərtib olunmuşdur. Həmin vəsiyyətnamənin şübhə altına ala biləcək hər hansı bir hallar yoxdur və ümumiyyətlə həmin vəsiyyətnamə iddiaçı X13 tərəfindən mübahisələndirilməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbi ilkin hissədə rədd edildiyindın və eləcə də əsassız olduğundan hesab edir ki, iddia tələbi digər hissələrdə, yəni “vərəsəlik hüququnun tanınması, payların müəyyən olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması” hissəsində də, rədd edilməlidir. Məhkəmə bu hissədə iddianı rədd edərkən onu da nəzərə alır ki, yuxarıda da, qeyd edildiyi kimi iddiaçı tərəfindən mübahisələndirilən əmlak, ümumiyyətlə miras qoyanın mülkiyyətində və eləcə də, miras əmlak kütləsinə də, daxil olmamaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X5 cavabdeh 03 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X8 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar