Məhkəmə qərarları › İş №2(004)-2411/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2411/2023

02.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2411/2023 02.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi Nümayəndə, İddiaçı1 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı "Cavabdeh2 MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı "Cavabdeh2 MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış müqavilə notarial qaydada təsdiqlənmədiyindən, digər payçıların məlumatı olmadan və paylı mülkiyyətdə olan ünvan 1 ünvanının digər payçı mülkiyyətçilərinin razılığı olmadan müqavilə bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, sözügedən müqavilə nəticəsində iddiaçıların hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla paylı mülkiyyətdədir və İddiaçı1 (hüququn qeydiyyat tarixi xx.xx.2022-ci il), İddiaçı2 (hüququn qeydiyyat tarixi xx.xx.2014cü il) və Cavabdeh1 (hüququn qeydiyyat tarixi xx.xx.2014-cü il) müvafiq paylar üzrə mülkiyyətçidirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 42 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış sadə yazılı müqaviləyə əsasən Mülkiyyətçi Cavabdeh1 pay üzrə məxsus olan, Çıxarış üzrə 72 kv.m., faktiki 70 kv.m. sahədən ibarət mənzilin 30 kv.m. hissəsinə dair bütün hüquqlarını Cavabdeh2 MMC-yə verilmişdir. Cavabdeh2 MMC sözügedən hissəni Mülkiyyətçidən təhvil almış və əvəzində 75.000 (yetmiş beş min) manat pulu Mülkiyyətçiyə ödəmişdir. Nağdlaşdırma zamanı bank tərəfindən tutulan 375 (üç yüz yetmiş beş) manat xidmət haqqı Cavabdeh2 MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. MM-in 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. MM-in 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. MM-in 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış ünvan 1 ünvanı paylı mülkiyyətdədir və sözügedən daşınmaz əmlak üzrə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 Suldur qızı müvafiq paylar üzrə mülkiyyətçidirlər. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr imperativ qaydada notariat qaydasında təsdiqlənməli olduğu halda, əqdin etibarsızlığı institutunun elementlərindən olan “forma” tələbi pozulmaqla mübahisənin predmetini təşkil edən LUX Residence” MMC-yə qarşı LUX Residence” MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli notarial qaydada deyil, sadə yazılı formada və daşınmaz əmlak üzrə digər payçıları olan iddiaçıların razılığı olmadan bağlanılmışdır. Nəticə etibarilə, Cavabdeh2 MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli forma və məzmun baxımından etibarsız hesab edilməli və müqavilə üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh2 MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilə etibarsız hesab edilməklə həmin müqavilə üzrə tərəflər Cavabdeh2 MMC və X2 əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 MMC və X2 arasında bağlanmış Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilə etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixli 42 nömrəli Müqavilə üzrə tərəflər Cavabdeh2 MMC və X2 xx.xx.2021-ci il tarixli 42 nömrəli əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarsınlar, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəsinlər. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar