Məhkəmə qərarları › İş №2(004)-2413/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2413/2023

27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2413/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-600A nömrəli şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Digah kəndində yerləşən 0,07 ha torpaq sahəsinin onun mülkiyyətə verilməsinə dair JN600A nömrəli şəhadətnamə (KOD********) verilmişdir. Lakin həmin şəhadətnamədə yanlış olaraq onun adı X1 yazılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdada şəhadətnamədə göstərilən adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. Ərizəçi həmin səhvin aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin səhvlərin düzəldilməsi İdarənin səlahiyyətləri xaricindədir. Göstərilən hallara əsasən JN600A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin (KOD ********) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-6176/2023 nömrəli bildirişi ilə təqdim olunmuş Ərizəçi xüsusi mülkiyyətinə verilən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsinə dair cədvəlin təsdiq edilmiş sürətindən görünür ki, həmin sənəddə şəxsin adı X2 olaraq qeyd olunmuşdur. Abşeron rayon Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin DƏDRXnin 4 saylı Ərazi İdarəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 90 №li arayışında qeyd olunur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Digah qəsəbə sakini Ərizəçi adına verilmiş 0.07 hektar torpaq sahəsinə dair JN-600A saylı şəhadətnamədə səhvən onun soyadı və ata adı X2 yazılmışdır. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ********** №li müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-3585/2023 №li “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd olunur ki, müraciət üzrə əlavə edilmiş JN-600A №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin soyad və ata adına münasibətdə uyğunsuzluq aşkar edilmişdir. Ad, soyad və ata adına dəyişiklik və düzəlişlərin aparılması idarənin səlahiyyətləri xaricində olduğundan bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.07 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-600A nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar