Məhkəmə qərarları › İş №2(004)-2417/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2417/2021

02.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2417/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4, Cavabdeh1 nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı 3-cü şəxs Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə “yaşayış evi sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləğindən 1/3 payın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı 3-cü şəxs Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə “yaşayış evi sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləğindən 1/3 payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 nömrəli yaşayış evi sökülərkən 82160 manat ödənilmiş kompensasiyanın ümumi məbləğindən 27386 manat cavabdehlər Cavabdeh1 və X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1 nömrəli yaşayış evi anasına babasından qalan onun valideynlərinə məxsus idi. Onlar üç bacı o, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 ailə qurana kimi həmin evdə valideynləri ilə birlikdə yaşamışlar. Ailə qurduqdan sonra valideynlərin evində pasport qeydiyyatında qalmaqla bərabər hərə öz həyat yoldaşının evinə köçüb yaşamışlar. Lakin o, yaşayış sahəsi 11,0 kv.m. 1 otaqlı mənzildə üç nəfər ailə tərkibi ilə yaşadığına görə və ailəsinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülməsi üçün Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 1 nömrəli evdən pasport qeydiyyatdan çıxmaq məcburiyyətində qalmışdır. Anası, özü yaşadığı dövrdə, özünə məxsus ünvan 3 ünvanında yerləşən 1 nömrəli evi öz qızı arasında üç yerə bölünməsi barədə öz fikrini bildirmişdir və bu fikrini qohumlara və onlara çatdırmışdır. 1999-cu ildə anaları X9 vəfat etdikdən sonra həmin ev onlara miras qalmışdır və həmin mirasda onun payı 1/3 pay təşkil edirdi. Miras barədə aralarında heç bir mübahisə olmamışdır, gözləyirdi ki, həmin ev sökülərkən onlara təzminat veriləcək və həmin təzminat məbləği üç bacı, arasında bölünəcək. 2014-cu ildə Dövlət tərəfindən Sovetski ərazisi sökülərkən sakinlərə yaşayış ərazisinin hər kvadrat metri üçün 1500 manat, ümumi bir təzminat rəqəmi müəyyənləşdirilmişdir. Sovetskidə yaşayan sakinlərə, o cümlədən onun bacılarına ödənilmişdir. Həmin evi sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləği, verilmə tarixi, kimlərə ödənilməsi və ödənilməsinə əsas olan sənədlər barədə onun xəbəri olmayıb. Onun tərəfindən bacılarına verilən bu suallara bircə deyilirdi ki, təzminat alınan kimi, təzminatdan ona düşən 1/3 pay ona veriləcək. Təəssüf ki, onlara öz tələbini desə də - onlar bu gün-sabah günlərdə verilməsini ona vədd verməklə vaxt uzadırdılar, o da bacılarına inanırdı. Ancaq, ona düşən pay hissəsini bacıları ona bu günə kimi verməmişdirlər. Həmin pul vəsaitinə Cavabdeh1 Yeni Yasamalda, onun kiçik bacısı Cavabdeh2 isə Əmircanda özlərinə ev almışdırlar. Hazırda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə sökülmüş evlərə görə əvvəl ödənilmiş təzminata əlavə olaraq yaşayış ərazisinin hər kvadrat metrəsi üçün sakinlərə əlavə olaraq 500 manat Dövlət tərəfindən ayrılmış və ödənilməlidir. Beləliklə, məlum olunur ki, valideyindən üç övladlarına miras qalan ev sökülərkən və təzminat verilərkən iddiaçının xüsusi mülkiyyət hüquqları pozulmuş, onun razılığı alınmadan və bu məsələdən tərəflərin mövqeyi araşdırılmadan kompensasiya verilmişdir. Təzminat verilən ərəfədə bu məsələ icra orqanları tərəfindən tam araşdırılsaydı iddiaçının mülkiyyət hüquqlarının pozulmasına və cavabdehlərin əsassız varlanmasına yol verilməzdi. Nəticədə Yasamal Rayon İcra Hakimiyyətinin işçilərinin diqqətsizliyindən cavabdehlərə onun hessabına əsassız varlanmağa şərait yaradılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, onun, DƏDRX-dən sorğusuna cavab verilmişdir. 1 saylı Notariat Kontorunda verilmiş qanun üzrə vərəsəlik hüququnun tanınması haqında şəhadətnaməyə əsasən evin ½ hissəsi X10 adına rəsmiləşdirilmişdir. Səlimova Bəyim tərəflərin anasıdır. Yasamal Rayon Məhkəməsinin 2002-ci il tarixli qətnaməsinə əsasən həmin mənzil ½ hissəsi Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. Və həmin evin ½ hissəsinə dair X10 adına olan qeydiyyat yazısı ləğv edilmişdir. Bu da onu sübut edir ki, bu pay onlara vərəsəlik qaydasında keçmişdir. Cavabdehlər vərəsədirlər. Onlar iddiaçıya söz veriblər ki, onlar pulu alandan sonra iddiaçının payına düşən hissəni verəcəklər. İddiaçının indi yaşadığı ev 100 kvmetrdir, o, həmin evə dair çıxarış da almışdır və həmin ev qanun çərçivəsində iddiaçının adına keçib. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X15 izahatında bildirdi ki, iddiaçı iddia edir ki, 35 kv metr sahəsi olan mənzildə yaşayıb. Lakin o, qeyd etmişdir ki, həmin mənzilin sahəsi 235 kvmetr olmuşdur və 5 otaqdan ibarət idi. İddiaçı 1981-ci ildə ailə həyatı qurub və həmin mənzildən köçüb. Hətta iddiaçı otağın birinin qapısını bağlayıb kirayəyə vermişdir. İddiaçı qeyd edir ki, guya 1992-ci ildə növbəyə yazılıb və ev alıb, lakin bu da yalandır, həmin ev tərəflərin xalasına mənsubdur. Həmin şəxsi qaynanası köçürüb öz evində saxlayıb, iddiaçını isə həmin evə yaşamağa göndərib. Sonradan həmin evi öz adına sənədləşdirib. Evin ½ hissəsini anası Təranəyə verib, geridə qalan 9,2 kvmetr hissəni isə onlara vermişdir. Sonradan o həmin hissəni 16 kvmetr etmişdir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə1 izahatında bildimişdir ki, mübahisəli mənzil üzrə həmin mənzilin sökülməsi ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti ilə cavabdehlər arasında müqavilə bağlanmışdır. Paylarına uyğun olaraq X7 23410 manat, X2 28690 manat, X5 40000 manat, Cavabdeh1 32680 manat, X6 49480 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı sözügedən mənzildə mülkiyyətçi və istifadəçi olmadığına görə onlar tərəfindən ona kompensasiya ödənilməmişdir. Cavabdeh1 və Məmmədova Təranə həmin mənzildə mülkiyyətçilərdir. Digər şəxslər isə həmin mənzildə qeydiyyatda olublar. İddiaçı tərəfindən kompensasiya ilə bağlı icra hakimiyyətinə hər hansı bir müraciət daxil olmayıb. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 23.04.2021-ci il tarixli məktubdan görünür ki, 5 saylı Bakı Dövlət Notariat Kontorunun 2n-697 reyestr nömrəli, 20.04.1962-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən evin 1/2 hissəsi X10 adına rəsmiləşdirilmişdir. Yasamal Rayon Məhkəməsinin 2- 1015/02 saylı, 10.06.2002-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, A.Şaiq küçəsi, 53 saylı evin 1/2 hissəsi Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınmışdır və həmin evin 1/2 hissəsinə dair X10 adına olan qeydiyyat yazısı ləğv edilmişdir. ********** saylı, 08.04.2015-ci il tarixli hüquq sahibinin ərizəsi əsasında Məmmədova (Zeynalova) Təranə Cəfər qızının mülkiyyət hüquqları ləğv edilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)- 7828/2014 saylı, 14.11,2014-cü il tarixli qətnaməsinə əsasən evin 1/2 hissəsi X13 adına qeydiyyata alınmışdır. 5 saylı NK-nın 2V-1-74 reyestr nömrəli, 19.05.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə” əsasında sözügedən ünvanın 1/8 hissəsi X1 adına qeydiyyata alınmışdır, lakin Yasamal Rayon İcra Hakimiyyətinin 556/g-12 saylı, 13.07.2017-ci il tarixli məktubuna əsasən qeyd olunan şəxsin hüquqlarına xitam verilmişdir. ünvan 6 ünvanı hazırda Cavabdeh1 (1/4 hissə) və X13 (3/8 hissə (açıq qalır)) adında qeydiyyatdadır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2-1015/02 saylı 10.06.2002-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 - Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev ½ hissəsinə dair mirası qəbul emələri faktı müəyyən edilmiş və həmin ünvandanda yerləşən mənzilə dair X10 adına olan qeydiyyat yazısı ləğv edilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, onlar hazırki mübahisəyə dair iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan 08.05.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evin ½ hissəsi X12 tərəfindən 49480 manata Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə satılmışdır. İş materiallarında olan 08.05.2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən 32680 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evdən digər tərəfin xeyrinə imtina etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2-1015/02 saylı, 10.06.2002-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 - Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev ½ hissəsinə dair mirası qəbul etmələri faktı müəyyən edilmiş, onların adlarına qeydiyyat vəsiqəsi verilməsi qət edilmişdir. Həmin tarixdən 2014-cü il tarixə qədər onlar həmin mənzilə mülkiyyət və istifadə hüquqları olmuşdur. Bu səbəbdən də Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilmişdir. İddiaçı sözügedən mənzildə mülkiyyətçi olmadığına görə, həmçinin həmin mənzildə ümumiyyətlə yaşamadığına görə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ona kompensasiya ödənilməmişdir. Cavabdeh1 və Məmmədova Təranə həmin mənzildə mülkiyyətçi olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kompensasiya məbləği tələb olunan Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətləri tanındığından, iddiaçı isə həmin mənzilə hər hansı hüququ olmadığından cavabdehlərdən mənzilə görə ödənilmiş kompensasiya məbləğini tələb etməkdə haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək, hesab edir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Ona görə də iddiaçının mübahisə açdığı hallara dair dəlillərinin məhz iddia müddəti tətbiq edilməklə rədd edilməsi qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı 3-cü şəxs Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə “yaşayış evi sökülərkən ödənilmiş kompensasiyanın ümumi məbləğindən 1/3 payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar