Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2443/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “borcun qanunsuz hesab edilməsi və silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun qanunsuz hesab edilməsi və silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 18.07.2019-cu il tarixdən 10.10.2020-ci il tarixədək dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı 1668 (bir min altı yüz altmış səkkiz) manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, qeyd edilən 1668 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 18.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək Cavabdeh ASC-nin 26.04.2018-ci il tarixdən 10.10.2020-ci il tarixədək olan dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı 1700 (bir min yeddi yüz) manat borc hesablamasının qanunsuz hesab edilməsi, həmçinin, qeyd edilən 1700 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında 10.05.2018-ci il tarixində, 085593 nömrəli “su təchizatı və tulantı sularının axıdılması xidmətlərinə dair” qeyri-əhali abonenti kimi müqavilə bağlanmışdır. İddiaçının obyektinə 26.04.2018-ci il tarixdə Alfasu markalı su syağacı quraşdırılmışdır. Müqavilənin şərtərinə uyğun olaraq cavabdeh istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun qaydada Cavabdeh” ASCyə ödəyir.Cavabdeh Açıq Səhmdar Cəmiyyəti su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır, müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdan kənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, istismarda olan sayğacın elektron hissəsi işləmir. Bu səbəbdən sayğac xəttdən çıxarılıb götürülmüş və NÖCİ-də təmirə aparılması üçün abonentə təhvil verilmişdir. Obyektdə sudan istifadə olunması məqsədilə su xətti birbaşa birləşdirilmişdir. Lakin abonent tərəfindən yeni sayğac 450 gün sonra yəni 10 oktyabr 2020-ci il tarixdə əldə edilmişdir. Məhz bu tarixdən sonra obyekt yeni sayğacla təmin edilmiş və Cavabdeh ASC-nin NÖC idarəsi tərəfindən sayğacla plomb vurulmuşdur. Qeyd edilən müddətdə abonent tərəfindən sayğac əldə edilmədiyi üçün obyektin sudan sayğacsız istifadə edildiyi müddət ərzində cavabdeh tərəfindən iddiaçıya orta sərfiyyat hesablanmışdır. Belə ki, 26.04.2018-ci il tarixdən 18.07.2019-cu il tarixədək sayğacla istifadə olunan dövrdə sayğacın elektron hissəsinin nasaz olması və sayğacda qalıq sərfiyyatın 422 kub olması müəyyən edilmişdir. 18.07.2019-cu il tarixindən 10.10.2020-ci il tarixədək sayğacsız istifadə olunan 450 günə uyğun sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, sayğac açıldıqdan sonra onlara təhvil verilməmişdir, sayğac itib itməsi barədə Bakı şəhər Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edilmişdir. İddiaçının obyektinin olması onun hüquqi şəxs olmasını göstərmir, iddiaçının adına VÖEN yoxdur, bu da onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını göstərir. Obyekt qeyd edilən müddət ərzində fəaliyyət göstərməmişdir, çünki pandemiya dövründə heç bir obyekt fəaliyyət göstərməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə mövcud deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz əriəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddia tərəfi hüquqi şəxsdir və buna görə də sayğacı özü alıb quraşdırmalı idi, sayğac olmadığına görə borc orta sərfiyyata əsasən hesablanmışdır. Qeyd edilən dövr ərzində obyekt işlədiyi üçün orta sərfiyyata əsasən borc hesablanmışdır. Müqavilə ilə bağlı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müqavilə təktərəfli bağlanılmışdır. Sədrlik edənin borcun məbləği ilə bağlı sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, borcun məbləği 1616 manatdır, ola bilsin ki, məcburi ödənişlərdən tutulduğuna görə cavabdeh tərəf borcun məbləğini 1616 manat hesablayıb. İş materiallarında olan 13 smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi barədə çıxarışa əsasən müəyyən olunur ki, 50126747 nömrəli su sayğacının elektron hissəsi işləmədiyi üçün Cavabdeh ASC tərəfindən 18.07.2019-cu il tarixdə xətdən açılıb götürülmüşdür. İş materiallarında olan 00224305 saylı su sayğacı barədə 30.09.2020-ci il tarixli rəyə əsasən müəyyən olunur ki, su sayğacının mexaniki sərfiyyat göstəricisi 00001 m3, elektron sərfiyya göstəricisi isə 0,6 m3, üzərində qalan balans isə 7,90 m3 –dir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov kçəsi, 47 C ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir və həmin əmlaka tam paya sahibdir. İş materiallarında olan 20.0.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov kçəsi, 47 C ünvanında yerləşən qeyri-yaşayış sahəsində 26.04.2018-ci il tarixdən 11.10.2020-ci il tarixə qədər olan dövr ərzində heç bir fəaliyyət, o cümlədən sahibkarlıq fəaliyyəti olmamış və qeyd edilən dövr ərzində həmin qeyri-yaşayış sahəsi bağlı olmuşdur. İş materiallarında olan 02.03.2021-ci il tarixli Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş hesab fakturaya əsasən müəyyən olunur ki, 02.03.2021-ci il tarixə fiziki şəxs İddiaçı 1700 manat borcu vardır. İş materiallarında olan 20.10.2020-ci il tarixli 105-16516 saylı arayışa əsasən müəyyən olunur ki, X4 20.10.2020-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək , Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov kçəsi, 47 C ünvanında yerləşən qeyri-yaşayış sahəsində Alfasu -15 markalı, 50226747 nömrəli smat kart tipli su sayğacının naməlim şəraitdə itirdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı və cavabdeh arasında sudan istifadəyə dair müqavilə münasibətləri mövcud deyildir. Cavabdeh ASC İddiaçı müqavilə üzrə istifadə etdiyi pulun dəyərini istəyə bilməz. Cavabdeh ASC digər əsaslarla (delikt, əsassız varlanma) İddiaçı pul məbləğini istəməsi üçün iddiaçının sudan qanunsuz təqsirli istifadəsininə dair məhkəməyə sübutlar təqdim etməli, yaranmış borc məbləğini kifayət qədər əsaslandırmalıdır ki, buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC-nin nümayəndəsi qeyri-yaşayış sahəsinin fəaliyyət göstərdiyini və iddiaçının sudan faktiki istifadə etdiyini bildirsə də, bu halı da məhkəmədə sübut edə bilməmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 14-cü maddəsinə görə bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli Qərarın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 121, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC-nin 26.04.2018-ci il tarixdən 10.10.2020-ci il tarixədək olan dövr üzrə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində suya və axıdılan tullantı sularına görə İddiaçı qızma 1700 (bir min yeddi yüz) manat borc hesablamasının qanunsuz hesab edilsin, həmçinin, qeyd edilən 1700 manat borcun ləğv olunaraq suya və axıdılan tullantı suları üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2443/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2443/2021
18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver