Məhkəmə qərarları › İş №2(004)-246/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-246/2021

22.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-246/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Əliyev ilqar Kamil oğlunun, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” və müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6 “A" nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv.m zirzəmiyə dair Cavabdeh ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, xx.xx.2014-cü il tarixli 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edılməsi, bunun əsasında Cavabdeh adına verilmiş ******* nömrəli, xx.xx.2014-ci il tarixli çıxarışın ləğv olunması, cavabdehin həmin zirzəmidən əşyaları ilə birlikdə çıxarılması, zirzəmidən binanın bütün sakinlərinin istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildə inşa olunmuş və istifadəyə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 A saylı kooperativ binası “xxxx” MTK-ya məxsusdur. Binanın və zirzəminin MTK-ya məxsus olması ƏMDK tərəfindən verilmiş registrdən çixarışla surəti təsdiq edilir. İnşa işləri kooperativin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Həmin bina 9 mərtəbədən və zirzəmidən ibarətdir. Qeyd olunan evin 32 ç mənzili İddiaçı1 və 13 saylı mənzil isə İddiaçı2 xüsusi mülkiyyətindədir. Həmin mənziİlərə dair dövlət reyestri xidməti tərəfindən müqaviq sənədlər verilmişdir. Bu yaxın vaxtlarda, yəni məhkəmədə “xxxx” MTK-nın mübahisəsi getdiyi vaxtı onlara məlum olmuşdur ki, Cavabdeh evin altındakı 150.6 kv.m sahəyə malik zirzəmini alqı-satqı vasitəsi ilə özəlləşdirmişdir. Həmin işə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində qoşulmuşlar. 31.05,2020-ci il tarixli qərardadla mülki iş baxılmamış saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 "A” nömrəli 9 mərtəbəli bina və altındakı zirzəmi binanın sakinlərinə məxsusdur və həmin zirzəmidən bütün sakinlərin istifadə etmək hüquqları vardır. Mübahisəli olan zirzəminin icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından heç bir məlumatları olmamışdır. Hazırda sakinlərin vəsaiti hesabına tikilən binanın ümumi istifadə üçün nəzərdə tutulan zirzəmisi alqı-satqı əsasında müqavi ilə satıldığından hüquqları pozulmuşdur. Qanunvericiləyə görə zirzəmidən kommunikasiya xətləri keçdiyindən, satıla bilməzdi. Bundan başqa mübahisəli olan sahə zirzəmi olduğu halda, sonradan çıxarışda həmin sahə sadəcə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə ifadə və iradəni ifadə vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd olur və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin Cavabdeh ümumiyyətlə MTK-nın üzvü deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 6-cı bəndinə əsasən mövcud obyektlərdə genişləndirmə, yenidən planlaşdırma, dənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir: mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş iki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.); zirzəmi divarları tağları daş konstruksiyadan olan qədim binalarda tağlar söküldükdə və ya konstruksiyası birləşdirildikdə; bina və qurğularda evakuasiya yolları olan sahələr bağlandıqda; konsol tipli balkonlar əlavə yükləməklə genişləndirildikdə; mərtəbəarası örtüklərdə yükdaşıyan rigel və ya tirlərin kənar çıxıntı hissələri ləğv edildikdə və ya hündürlük ölçüləri dəyişdirildikdə; panel binalarda düyün birləşmələri olan hissələrdə və ya onların yaxınlığında oyuqlar açıldıqda; mənzillərin genişləndirilməsi məqsədi ilə konstruktiv yükdaşıyıcı divar və ya arakəsmə, panellər söküldükdə; bina və qurğuların konstruktiv həllindən və mərtəbənin sayından asılı olmayaraq, lift və ventilyasiya şaxtalari ləğv edildikdə; zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxarılaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salındıqda; zirzəmi nəzərdə tutulmamış binalarda zirzəmi yaradıldıqda; yaşayış sahəsində, habelə zirzəmidə sənaye istehsalatının yerləşdirilməsi, rezonans yarada biləcək dəzgah qurğulardan istifadə olunması nəzərdə tutulduqda; acılacaq oyuqlar mövcud oyuqların sırasından kənar açıldıqda; zirzəmidə tezalışan və kəskin iyli maddələr anbarı yerləşdirildikdə. Həmin Qaydalara görə ümumi istifadə sahələrinin, xüsusi ilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlığın azaldılmasına yol verilmir. İstinad olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, zirzəmi binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla oradan hər hansı başqa bir məqsəd üçün istifadə olunması yolverilməzdir. Belə ki, baş verə biləcək qəza və nasazlıqların nəticələrinin aradan qaldırılması və təmir bərpa işlərinin aparılması üçün həmin sahə istifadəyə açıq olmalıdır. Hazırkı mübahisədə yaşayış binasının ümumi istifadədə olan zirzəmisinin qeyri-yaşayış sahəsi kimi özgəninkiləşdirərkən müqavilə tərəfləri mülki qanunvericiliyin tələblərinə zidd olan əqd bağlamışlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500 məhəllədəki 6 “A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv.m zirzəmiyə dair cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinin, xx.xx.2014-cü il 5276 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, bunun əsasında Cavabdeh adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv olunması, Cavabdeh əşyaları ilə birlikdə həmin zirzəmidən çıxarılması və zirzəminin MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini eyni ilə iddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 öz iddia ərizələrində istinad etdikləri faktlardan istifadə etməklə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdilər. Qeyd olunanlara əsasən məhkəmə mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Əliyev ilqar Kamil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK tərəfindən ona qarşı irəli sürülmüş iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, özlərini iddiaçı kimi qələmə verən İddiaçı1 Firudinovna və İddiaçı2, müstəqil tələb irəli sürən 3-cü şəxs xxxx MTK əslində mübahisələndirdikləri qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildirlər və bu kimi iddia tələbi üzrə tərəf hesab edilmirlər, Həmin əmlakın mülkiyyətçisi dövlət olmuşdur. Hazırda qüvvədə olan qanunvericiliyin, sözügedən binanın inşa edildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə mənzil tikinti kooperativlərində qeyri-yaşayış sahələri dövlət hesabına inşa edilmişdir. Beləki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nin 7-ci bəndinə görə də, mənzil-tikinti kooperativləri evlərin içində və yanında inşa edilmiş tikintilərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai iaşə və əhalinin mədəni-məişət xidməti müəssisə və idarələr yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər ki, bu tikintilərin inşası da mənziltikinti kooperativlərinin vəsaiti hesabına maliyyələşdirilə bilməz. Eyni zamanda Mənziltikinti kooperativlərinin xx xxxxxx 1972- il tarixli 12 saylı qərarla təsdiq olumuş Nümunəvi Nizamnaməsinin 4-cü bəndində nəzərdə tutulmuşdur ki, mənzil-tikinti kooperativi evlərində ticarət, ictimai iaşə və digər idarələr üçün tikintilərin inşası müvafiq dövlət idarə, müəssisə və təşkilatlann ayırdıqları vəsait hesabına maliyyələşdirilir. Belə olan halda, Azərbaycan Respublikası daşınmaz dövlət əmlakının yeganə sərəncamçısı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə Dövlət X4 üzrə Dövlət Komitəsi təyin olunmuşdur. Məhkəmənin nəzərinə çatdirmaq istəyir ki, hələ 2006-cı ildə xxxx MTK özünü sözügedən sahənin mülkiyyətçisi qələmə verərək Azərbaycan Respublikası 1 saylı yerli İqdisad Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2007-ci il tarixli 2495/4-492- 4 saylı qərardadı ilə İddiaçı1 Firudinovna və İddiaçı2 hazırki iş üzrə mübahisələndirdikləri əmlakın qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin dövlət olması və həmin əmlak üzrə yeganə sərəncamçının Dövlət X4 üzrə Dövlət Komitəsi olması müəyyən edilmişdir. Odur ki, o, qeyd edilən qeyri-yaşayış sahəsinin istifadəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 saylı fərmanına uyğun olaraq Dövlət Əmlak Komitəsi ilə müddəti xx.xx.2007-ci il tarixinədən xx.xx.2014-cü il tarixinədək olan icarə müqaviləsi bağlamışdır. Onu da bildirmək istəyir ki, icarəyə verilmiş dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsi “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı“na uyğun olaraq dəyəri 100% ödənilməklə icarəçi tərəfindən özəlləşdirilə bilər və icarəyə verilmiş sahənin özəlləşdirilməsi məsələsinə qeyd edilən Dövlət Proqramının 4.6.5-ci bəndinə müvafiq yalnız icarəçinin müraciəti əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada baxıla bilər. Özü Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür, adı gedən qeyri-yaşayış sahəsindən yaradıcılıq emalatxanası kimi istifadə edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, həmin qeyri-yaşayış sahəsinin 100% dəyəri ödəməklə xx.xx.2014-cü il tarixində özəlləşdirmişdir. Zirzəminin o biri hissəsi (158,7 m3) tam boşdur. Əgər zirzəmi xxxx MTK- ya aiddirsə onda iddiaçı nə üçün oradan istifadə etmir? İddiaçılar yazır ki, evin kommunikasiyası onun emalatxanasından keçir - bu da yalandır: kommunikasiya zirzəminin boş qalan hissəsindən keçir. İddiaçılar onun bu binada yaşamadığını yazırlar ki, bu da yalandır. xxxx MTK-nın binası istifadəyə verilən ildən, yəni 1975-ci ildən yaşayır və qeydiyyatdadır. Ona görə də iddiaçıların və müstəqil tələb irəli sürən şəxsin iddia ərizələrınin təmin edilməməsinə dair qətnamə çıxanlmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil əlavə olaraq izahatında göstərdi ki, hazırkı iddia ilə iddiaçıların iddia qaldırmağa dair subyektiv hüquqları yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş AR 1 saylı Yerli İqtisad Məhkəməsinin 22.01,2007-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Azərbaycan dövlətidir, əmlak dövlətə məxsusdur. Qanuni yolla həmin sahə üzrə cavabdehlə alqı-satqı edilmişdir. Məhkəməyə təqdim edilmiş Kooperativin 1 saylı protokolu ilə müəyyən edilir ki, mübahisə edilən sahənin cavabdehin istifadə və mülkiyyətinə verilməsinə dair kooperativ üzvlərinin razılığı alınmış və iddiaçılar da, buna imza edərək razılıq vermişlər. Bu səbəbdən də iddiaçıların və müstəqil tələb irəli sürən şəxsin iddia ərizələrınin təmin edilməməsinə dair qətnamə çıxanlmasını xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 saylı fərmanı ilə təsdiq edilmiş yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə qaydalara əsasən, bütün korporativ binaların 1-ci mərtəbəsi dövlət mülkiyyəti kimi Dövlət Əmlak Komitəsinin registrində qeydiyyatdadır. Cavabdehlə Dövlət Əmlak Komitəsi arasında 2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Daha sonra həmin yerin özəlləşdirilməsi ilə bağlı cavabdehlə alqı satqı müqaviləsi bağlanmışdır. Cavabdeh əmlakın dəyərini 100 faiz ödəməklə həmin əmlakı özəlləşdirmiş və çıxarış əldə etmişdir. Bundan başqa hesab edir ki, bu iddianı qaldırmaqda xxxx MTK-nın subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Baş Əsaslı Tikinti və Təmir İdarəsinin “xxxx” MTK-ya ünvanladığı xx.xx.2006-cı il tarixli, 21/09-230 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri, Parlament prospekti (keçmiş Nərimanov) 500-cü məhəllədəki 6a saylı, 9 mərtəbəli kooperativ binanın toplu smetasına əsasən həmin evin 1-ci mərtəbəsi tam, zirzəmi hissəsinin 24%-i dövlət vəsaiti hesabına, zirzəminin 76%-i isə sakinlərin vəsaitinə tikilmişdir. Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 1144) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, Bakı şəhəri, Parlament prospekti, 500-cü məhəllə, 6a saylı saylı binanın zirzəmisi dövlət əmlakıdır. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında ******* saylı şəhadətnamənin surətindən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi xx.xx.1969-cu il tarixdə qeydiyyata alınmışdır. Tabeçiliyi “Bakı Şəhər İcra Hakimiyyəti”, əsas fəaliyyəti “kanalizasiya sistemi və tullantılarının təmizlənməsi, sanitar emalı”, mülkiyyət növü “dövlət mülkiyyəti”, təşkilati-hüquqi forması “dövlət müəssisəsi” kimi qeyd olunmuşdur. xx.xx.1996-cı il tarixli, 6165 saylı şəhadətnamənin surətindən görünür ki, “xxxx” MTK fəaliyyət növü “sakinlərə məişət xidməti” qeyd olunmaqla vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 22.01,2007-ci il tarixli qərardadının məzmunundan müəyyən olunur ki, iddiaçı qismində “xxxx” MTK cavabdeh “Murad-95” firmasına qarşı iddia qaldırıb cavabdehdən onun xeyrinə 684 manat icarə haqqının, icarə haqqının vaxtında ödənilməməsinə görə hesablanmış 1144,56 manat penya məbləğinin tutulmasına, eləcə də cavabdehin əmlakı ilə birlikdə MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Parlament prospekti 500-cü məhəllə ünvanında yerləşən 6a saylı evin sahəsi 158,7 m2 olan zirzəmisindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin MTK-nın əməli istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, özünü iş üzrə iddiaçı kimi qələmə verən “xxxx” MKT əslində mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi deyildir və həmin əmlakın mülkiyyətçisi dövlətdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə də keçmiş DƏN indiki DƏİE üzrə DK Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının yeganə sərəncamçısı təyin olunmuşdur. Məhkəmə özünü iddiaçı kimi qələmə verən “xxxx” MTK-nın əsl iddiaçı olmaması baxımından iş üzrə icraata MPM-nin 54.1-ci maddəsinə əsasən xitam vermiş, Azərbaycan Respublikasının Dövlət X4 üzrə Dövlət Komitəsinə təqdimat ünvanlayaraq, qeyd edilən qeyri-yaşayış sahəsindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qanunamüvafiq təxirəsalınmaz tədbirlər görüb bu barədə qanunla müəyyən olunmuş müddətdə məhkəməyə məlumat verilməsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubun surətindən görünür ki, icarəyə götürdüyü zirzəmi sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə xx.xx.2013-cü il tarixli müraciətinə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd etdiyi qeyri-yaşayış sahəsinə dair Cavabdeh və X3 ilə Azərbaycan Komitə arasında müddəti xx.xx.2010-cu il tarixinədək olan icarə müqaviləsi bağlanılmışdır. Odur ki, müraciətdə qaldırılmış məsələyə qeyd edilən zirzəmi sahəsinin icarəçilərinin birgə razılığı və icarəyə götürülmüş dövlət əmlakının özəlləşdirilməsi üçün təqdim ediləcək zəruri sənədlər əsasında Komitədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada baxılacaqdır. “İcarəyəverən” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6189/813 saylı icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyəverən” Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 6a, 500-cü məhəllə (registr nömrəsi ***-*******3-002) ünvanında yerləşən, ümumi sahəsi 150.6 kv.m. təşkil edən, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini rəssamlıq emalatxanası məqsədi ilə “İcarəçi”nin müddətli istifadəsinə verilmişdir. “Satıcı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Alıcı” Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5276 saylı “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, “Alıcı” Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, 6a ünvanında yerləşən, 150.6 kv.m. qeyri-yaşayış sahəsini 7801 manata “Alıcı”ya satmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, 6a ünvanında yerləşən, 150.6 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12643 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən binanın zirzəmisində yerləşən Cavabdeh mülkiyyətində olan ümumi sahəsi 150,6 kv.m olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xəttlərinin (su, qaz, işıq, rabitə, tele-kommunikasiya, yüksək gərginlikli xəttlər) keçib-keçməməsi, keçdiyi təqdirdə bu hall iddiaçıların və eləcə də, digər şəxslərin hər hansı bir şəkildə mənafeyinə (hər hansı bir halda) toxunub-toxunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 10/3427 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, Parlament prospekti, 6a ünvanında yerləşən binanın zirzəmisində yerləşən cavabdeh Cavabdeh Fərid oğlunun mülkiyyətində olan ümumi sahəsi 150.6 kv.m olan qeyri-yaşayış sahəsindən həmin binanın kommunal xətlərinin, o cümlədən su, qaz, işıq, rabitə, telekommunikasiya, yüksək gərginlik xətlərinin keçmədiyi müəyyən edilmişdir. Qeyri-yaşayış sahəsindən həmin binanın hər hansı kommunal xətləri keçmədiyindən, qərardadın ikinci sualı üzrə tədqiqal aparılmamışdır. Beləliklə işin məhkəmə baxışında araşdırılmış halları ilə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, 6a ünvanında yerləşən, 150.6 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dövlət olmuş, həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının ƏMDK tərəfindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada 7801 manata icarəçi Cavabdeh Fərid oğluna satılmışdır. Qeyd etmək lazımdır ki, Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 155.1-ci maddəsinə görə Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə görə fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Həmin Məcəllənin 155.4-cü maddəsinə görə isə dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun 16.1.6-ci maddəsinə əsasən icarəyə verilmiş dövlət əmlakının satışı dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndinə əsasən İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. Dövlət Proqramının 2.3.21 və 2.3.22-ci bəndlərinə əsasən icarəyə verilmiş dövlət əmlakı (özəlləşdirilməsi qadağan olunan müəssisələrin əmlakı, habelə ərazi və texnoloji cəhətdən müəssisədən ayrı özəlləşdirilməsi mümkün olmayan əmlak istisna olmaqla) və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərə aid edilmişdir. Proqramın 4.1-ci bəndi ilə icarəyə verilmiş dövlət əmlakının satışı dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri kimi nəzərdə tutulmuşdur. 4.6.5-ci bəndinə görə isə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin 18-ci bəndinə əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bəndində nəzərdə tutulmuş qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Əsasnamənin 19-cu bəndinə görə dövlət əmlakını alan icarəçilərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllə, 6a ünvanında yerləşən, ümumi sahəsi 150.6 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6189/813 saylı icarə müqaviləsi və xx.xx.2014-cü il tarixli 5276 saylı “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq bağlanmışdır və həmin müqavilələrin etibaresız hesab edilməsi, eləcə də, həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş xx.xx.2014-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçılar İddiaçı1 Firudinovna və İddiaçı2, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK qeyd olunan müqavilələrin etibarsız olmasını iddia etsələr də, bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut əlavə edə bilməmişdir. Eyni zamanda iş materialları ilə “xxxx” MTK-nın mübahisəli binanın və zirzəminin mülkiyyətçisi olması barədə mülahizələri təkzib olunmuşdur. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hər iki iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2020-ci il tarixli, 10/3427 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ekspertiza tədqiqatının dəyəri iddiaçılardan və müstəqil tələb irəli sürən üçüncü şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 Firudinovnanın və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” MTK-nın Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və zirzəminin boşaldılması tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı1 Firudinovnadan, İddiaçı2 və “xxxx” MTK-dan müştərək qaydada tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar