Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-246/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, H.Cavid prospektində yerləşən 6-cı evin 14 saylı mənzilə bitişik əlavə tikilinin sökülməsi, cavabdehin qeyd olunan əlavə tikiliyə dair hüquqlarının tanınmaması və yaşyış binasının əvvəlki vəziyyətə gətirilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında anası X3 məxsusdur və o həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Cavabdeh Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən (ev 6) 14 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 onun qonşusudur. Cavabdeh2 12 metr sahəsində evini artıraraq tamamilə onun bayıra olan görüntüsünü bağlamışdır. Artırılma səbəbindən ümumiyyətlə onun mənzilinə yel-hava daxil olmur. Bundan başqa, Cavabdeh2 əlavə olaraq həmin qanunsuz tikilidə onun yataq otağına istiqamətdə iki pəncərə tikmiş və bu da onun mənzilinin cavabdehin mənzilindən tam görünməsinə səbəb olmuşdur. Bundan əlavə mənzilinin pəncərəsindən ümumiyyətlə istifadə edə bilmir, eləcə də qanunsuz tikilidə olan pəncərələrdən biri mətbəx olduğu üçün mətbəxin qoxusu mənzilinə yayıldığından o və ailə üzvləri yaşadıqları mənzildən istifadə edə bilmirlər. Qanunsuz tikilmiş mənzilə bitişik əlavə tikilinin tikilməsi onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Öz mənzili üzərində hüquqlarını tam həyata keçirə bilmir, ondan təyinatı üzrə istifadə edə bilmir. Bununla əlaqədar Cavabdeh2 bir neçə dəfə müraciət etmiş, lakin o əlavə tikilinin sökülməsinə etiraz etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh tərəfin pəncərəsi onun yataq otağına açılır. Məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Ekspert rəyindən də görünür ki, həmin tikili yaşadığı evə işıq və hava axının keçməsinin qarşısını alır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 həmin evə 2013-cü ildə köçmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin tikili 13 ildir ki, mövcuddur və iddiaçı tərəfindən bu müddət ərzində heç bir etiraz olmamışdır. Tikilinin pəncərəsi iddiaçıya heç bir maneçilik törətmir. İddiaçı icra hakimiyyətindən narazı olduğundan müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Digər cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsinin iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verilməmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin İddiaçı Əliəkrəm oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan ünvana Birlik əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həqiqətən də müəyyən olunmuşdur ki, uzun illər öncə, yəni bina Birliyin balansına verilməmişdən əvvəl H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14ün mülkiyyətçisi tərəfindən yaşadığı mənzilə bitişik əlavə tikililər inşa edilmişdir. Qonşunuz tərəfindən mənzilinizə bitişik aparılmış tikinti işləri illər öncə inşa edildiyi üçün həmin tikiliyə müdaxilə edilməsinə yalnız məhkəmə qərarından sonra baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 107859 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 13 xx.xx.1997-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq bildirmişdir ki, ona qarşı olan tələblə bağlı iddia müddəti bitmişdir. Belə ki, mənzilin artırılması 12 il əvvəl iddiaçının atası ilə razılaşdırılaraq icra olunmuşdur. Bu 12 il ərzində artırılma ilə bağlı heç bir şikayət olmamışdır. Bunu nəzərə alaraq qarşı tərəfin iddiasının rədd edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 14 saylı mənzilinə bitişik tikinti işlərinin aparılmasına dair icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 13 və 14 saylı mənzillərə giriş-çıxış ayrı-ayrı sahələrdən olduğunu nəzərə alaraq, həmin tikililər İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Lakin İddiaçı mənzilinin pəncərəsinin sol və sağ tərəfində cavabdeh və digər qonşu tərəfindən pəncərə hündürlüyündə əlavə tikililər inşa olunması nəticəsində iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığı müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bilidirişdən görünür ki, ekspertiza təqdiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının anası X3 məxsusdur və iddiaçı həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Cavabdeh2 Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən (ev 6) 14 saylı mənzilin mülkiyyətçisi olmaqla onun qonşusudur. Uzun illər öncə, yəni bina Birliyin balansına verilməmişdən əvvəl H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14-ün mülkiyyətçisi tərəfindən yaşadığı mənzilə bitişik əlavə tikililər inşa edilmişdir. Hazırda iddiaçı həmin tikilinin onun mənzilindən istifadəsinə maneəçilik törətdiyini bildirərək, Cavabdeh2 Bakı şəhəri, H.Cavid prospektində yerləşən 6-cı evin 14 saylı mənzilə bitişik əlavə tikilinin sökülməsi, cavabdehin qeyd olunan əlavə tikiliyə dair hüquqlarının tanınmaması və yaşyış binasının əvvəlki vəziyyətə gətirilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 14 saylı cavabdehə məxsus mənzilin qarşısında tikilmiş əlavə tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Lakin buna baxmayaraq inşa edilən tikilinin hər hansı bir hissəsi iddiaçının özünə məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyindən də görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 14 saylı mənzilinə bitişik tikinti işlərinin aparılmasına dair icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 13 və 14 saylı mənzillərə giriş-çıxış ayrı-ayrı sahələrdən olduğunu nəzərə alaraq, həmin tikililər İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Lakin, İddiaçı mənzilinin pəncərəsinin sol və sağ tərəfində cavabdeh və digər qonşu tərəfindən pəncərə hündürlüyündə əlavə tikililər inşa olunması nəticəsində iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığı müəyyən edilmişdir. Buradan da, belə bir qənaətə gəlmək olar ki, cavabdeh tərəfindən artırılmış tikili İddiaçı öz mənzilinə daxil olmasına, istifadəsinə heç bir maneə yaratmır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci və 171-ci maddələrinin mövqeyindən çıxış edərək və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, mübahisəli əlavə tikili İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyindən habelə iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığından bu hal iddiaçının öz sahəsindən istifadəsinə maneəçilik yaratmır və hüququ əhəmiyyətli dərəcədə pozmur. Belə pozuntu əhəmiyyətsiz dərəcədə pozuntu hesab edildiyindən qonşu belə təsirə dözməlidir. Beləliklə inşa edilən əlavə tikilinin iddiaçıya heç bir maneə törətmədiyi, ümumiyyətlə onun maraqlarına toxunmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən tikilinin uzun illər əvvəl tikilməsinə baxmayaraq, iddiaçının yalnız neçə ildən sonra belə bir tələblə məhkəməyə müraciət etməsi iddianın əsaslılığını şübhə altına alır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh artıq neçə illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və əlavə tikilidən istifadə edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh2 və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-246/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-246/2024
16.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver