Məhkəmə qərarları › İş №2(004)-2462/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2462/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2462/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nüayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin əvəzi olaraq Cavabdeh MTKdan 6883,60 manat pulun, o cümlədən 30 manat dövlət rüsumunun əvəzinin, həmçinin 310 manat vəkilə ödənilən haqqın, ümumilikdə 7223,60 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nüayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında imzalanmış 11.06.2007-ci il tarixli, 162 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh tərəfindən ümumi sahəsi 105,51 m2 mənzil tikilərək iddiaçıya satılmaqla təhvil verilməlidir. Həmin müqavilənin 2.1-ci bəndinə uyğun olaraq müqavilənin predmeti olan mənzilin hər m2 sahəsi üçün 533,2 manat pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra edilməsinə baxmayaraq cavabdeh müqavilənin 1.6-ci bəndinə riayət etməyərək tikdiyi binanı yalnız 2019-ci il tarixində müvafiq dövlət orqanı tərəfindən verilən istismara qəbul aktı ilə təmin edə bilmişdir. Nəticədə iddiaçı əldə etdiyi mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydə almaq üçün aidiyyəti üzrə 2020-ci il tarixdə müraciət etmiş və mənzilə dair 30.10.2020-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı 03.11.2020-ci il tarixində ASAN Xidmət mərkəzindən əldə edə bilmişdir. İddiaçının mülkiyyət hüququnun qeydiyyatına dair bəhs edilən çıxarışı əldə etdikdən sonra daşınmaz əmlakın ümumi sahəsinin 92,60 m2 olduğu müəyyən edilmişdir. Aydın olduğu kimi cavabdeh müqavilə öhdəliklərinə əməl etməyərək iddiaçıya 12.91 m2 az sahəyə malik mənzili təhvil vermiş və iddiaçıdan əsassız olaraq 6883,6 manat artıq vəsait almışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 11.06.2007-ci il tarixli, 162 nömrəli kooperativ binada mənzil tikintisi barədə müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, ümumi sahəsi 105,51 m2 olan mənzil İddiaçı hər m2 533,2 manat hesablanmaqla 56258 manata satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı, ümumi sahəsi 92,6 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və bu barədə 30.10.2020 il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AR ƏN Mərkəzi Ekspertiza mərkəzinin 26.07.2021-ci il tarixli, 10/1724 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2324, ev 39F, 48 saylı mənzilin faktiki ümumi sahəsi 101,1 m2 və Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59 saylı maddəsinin 59.2 və 59.3 bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 93,4 m2 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə Nümayəndə arasında bağlanmış 25.11.2020-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 310 manat müəyyən edilmişdir. İşin mübahisələndirilən halı odur ki, tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, iddiaçı müqavilə üzrə razılaşdırılmış qaydada ümumi sahəsi 105,51 m2 olan mənzilin dəyərini ödəsə də, cavabdeh tərəfindən ona daha az olan mənzil təhvil verilmişdir. Hazırda iddiaçı mənzil üçün ödənilmiş məbləğlə mənzilin real dəyəri arasında yaranmış fərqin, hüquqi yardım üçün vəkilə ödənilmiş 310 (üç yüz on) manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Hazırki iş üzrə ekspert rəyinə əsasən isə iddiaçının mülkiyyətində olan sözügedən mənzilin faktiki ümumi sahəsi 101,1 m2-dir. Lakin AR şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun olaraq hesabladıqda isə mənzilin ümumi sahəsi 93,4 m2 müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 105,51 m2 əvəzinə 101,1 m2 olan mənzili təhvil verməsi, iddiaçının isə 105,51 m2 üçün nəzərdə tutulmuş ödənişi etməsi iş materialları ilə müəyyən olunduğundan 2351,48 ((105,51-101,1)*553,2) manat artıq ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 310 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 manat cavabdehdən dövlət nəfinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan artıq ödənilmiş 2351,48 (iki min üç yüz əlli bir manat qırx səkkiz qəpik) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 310 (üç yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan artıq ödənilmiş 2351,48 (iki min üç yüz əlli bir manat qırx səkkiz qəpik) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 310 (üç yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar