Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2497/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi iləa, İddiaçı Əliəşrəf qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliəşrəf qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Əliəşrəf qızına məxsus ünvan 1 ünvanı ilə bağlı (abonent kodu: **********000) ilə bağlı Cavabdeh ASC tərəfindən ona hesablanmış 1866.21 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Zərurət olmadığı üçün həmin ünvanda yaşayış olmamışdır, ona görə də, sudan istifadə olmamışdır. İddiaçı qeyd edir ki, sudan istifadə olunmamasına baxmayaraq, Cavabdeh ASC-nin əməkdaşları sözügedən ünvana əsassız olaraq 1866 manat 21 qəpik məbləğində əsassız borc yazmışdır. İddiaçı həmçinin bildirir ki, o, sözügedən borcun yaranması üçün əsas olan sənədləri tələb etsə də, Cavabdeh ASC-nin əməkdaşları bu borcun yaranması üçün əsas olan heç bir sənəd təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzdə ona məxsus ünvan üçün hesablanmış borcun məbləği 1141.17 manat qeyd olunsa da, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, həmin ünvan üçün 1866.21 manat borc yazılmışdır. Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı Əliəşrəf qızı ilə Cavabdeh ASC arasında xx.xx.2003-cü il tarixdə “sudan və kanalizasiya xidmətlərindən istifadəyə dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya suya və axıdılmış tullantı sularına görə ödənilən vəsaitin həcmi 5 nəfərlik say tərkibinə uyğun olaraq hesablanır. İddiaçı tərəfdən qanunun tələbinə əsasən, mənzildə sudan istifadə edilməməsi və ya suyun dayandırılması barədə Cavabdeh ASC-yə və ya Rayon Sukanal İdarəsinə hər hansı məlumat daxil edilməmişdir. İddiaçı bu illər ərzində öz borcundan xəbərdar olmuş, 2014 və 2017-ci illərdə ödənişlər də edilmişdir. İddiaçı qeyd edilən ünvanda yaşayış olmadığı təqdirdə 4 gün ərzində su təchizatının dayandırılması barədə müraciət etməli idi, lakin iddiaçı tərəfindən belə bir ərizə ilə Cavabdeh ASC-yə müraciət edilməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Əliəşrəf qızı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə “məhkəmə çıxışı”nı ünvanlayaraq bildirmişdi ki, silinməsini xahiş etdikləri 1866.21 manat borc məbləği barədə cavabdeh tərəfindən bugünə kimi heç bir borc bildirişi təqdim olunmamışdır. Halbuki, AR NK-nin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 2.1.6-cı bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək su təchizatı müəssisəsinin birbaşa vəzifəsi olaraq müəyyən edilmişdir. Həmin Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək də istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yəni qanunvericiliyə əsasən istehlakçıya hesabın təqdim edilməsi mütləqdir. Belə olan halda, cavabdehin hər ay təqdim etməli və tələb etməli olduğu, lakin etmədiyi və birdən birdə 8 illik ödəmənin tələb edilməsi qanunsuzdur və hüquqi əsası yoxdur. İddiaçı Əliəşrəf qızı ilə "xxxx" ASC arasında “suyun alqı-satqısın və ya istifadəsinə dair” müqavilə bağlanmamışdır. Halbuki "Sudan istifadə Qaydaları"nın 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Qaydalar təsdiq edildikdən sonra, məhz 2014-cü ildən etibarən hər bir istehlakçı ilə “suyun alqı-satqısı” müqaviləsi bağlanmalı idi. Cavabdeh həqiqətən kənar olaraq belə bir müqavilənin bağlanmış olmasını bildirsə də, müqavilə mövcud deyildir və onu məhkəməyə təqdim etməmişdir. Tələb olunan borc məbləğinin hansı dövr üçün və hansı əsaslarla hesablanması barədə iddiaçının məlumatı yox idi. İlk dəfə məhkəmədə cavabdeh bildirmişdir ki, bu xx.xx.2014-cü ildən xx.xx.2023-cü ilin iyun aına kimi olan dövrü əhatə edir. Halbuki, qeyd olunan ev 2023-cü ilin əvvəllərindən sökülmüş və həmin ərazidə nəyinki iddiaçının, ümumiyyətlə qonşuların belə yaşayışı olmamışdır. Yəni 2023-cü ilin əvvəlindən orada nə su, nə də digər kommunal xidmətlərdən istifadə olunmamışdır. Cavabdeh tərəfindən məhkəmə təqdim olunmuş “Azəriqaz” İB-nin göndərdiyi xx.xx.2023-cü il tarixli məktubdan bir daha aydın olur ki, xx.xx.2023-cü ildən qeyd olunan ünvanda kommunal xidmətlərdən istifadə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 07 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarında olan abonent kartından (saldo) müəyyən edilir ki, ünvan 2 ünvanı üzrə abonent İddiaçı Əliəşrəf qızına xx.xx.2023-cü il tarixə tarixə 1866.21 manat borc hesablanmışdır. **********000 nömrəli abonent kartından (saldo) müəyyən edilir ki, su sərfiyyatı 2014-cu il üçün 62 m3, 2015-ci il üçün 309 m3, 2016-cı il üçün 303 m3, 2017-cı il üçün 307 m3, 2018-ci il üçün 304 m3, 2019-cu il üçün 306 m3 , 2020-ci il üçün 299 m3, 2021-ci il üçün 303 m3 və 2022-ci il üçün 301, 2023-cü il üçün 75 m3 olmuşdur. Həmçinin müəyyən edilir ki, 2014-cü il üçün 359.32 manat, 2015-ci il üçün 111.24 manat, 2016-cı il üçün 134.61 manat, 2017-ci il üçün 153.5 manat, 2018-ci il üçün 152 manat, 2019-cu il üçün 153 manat, 2020-ci il üçün 149.5 manat, 2021-ci il üçün 287.04 manat, 2022-ci il üçün 301 manat, 2023-cü il üçün 75 manat olmaqla, cəmi 1866.21 manat borc hesablanmışdır. İddiaçı tərəfindən sudan istifadəyə görə ödəniş edilməmişdir. “Azəriqaz” İB tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, ünvan 1 ünvanına uyğun **********00010 saylı abonent kodu təbii qaz istehlakçısı kimi İB-nin məlumatlar bazasında İddiaçı Əliəşrəf qızının adına qeydiyyatdadır və həmin mənzildə xx.xx.2014-xx.xx.2023-cü illər ərzində təbii qazdan istifadə edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı həmin ünvanda yaşayış olmadığını qeyd etsə də, 2014-2023-cü illər ərzində həmin ünvanda yaşayışın olmamasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, abonentin saldosundan görünür ki, həmin müddət ərzində qeyd olunan ünvanda su sərfiyatı olmuş və iddiaçı tərəfindən istifadə edilmiş su və kanalzasiya xidmətinə görə ödəniş edilməmiş, nəticədə iddiaçının 1866.21 manat borcu yaranmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Azəriqaz” İB-nin məktubundan görünür ki, xx.xx.2014-xx.xx.2023-cü illər ərzində həmin mənzildə təbii qazdan istifadə edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı tərəfindən qeyd olunan mənzildə sudan istifadə edilməməsi və ya suyun dayandırılması barədə Cavabdeh ASC-yə heç bir müraciət edilməmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Əliəşrəf qızının Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əliəşrəf qızının Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2497/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2497/2023
01.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver