Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-25/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və pulların qaytarılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pulların qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair “Yelo Bank“ ASC ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 38 saylı Notariat Ofisində təstiq edilmiş 05 dekabr 2019cu il tarixli AN- İN2 06064690 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması, iddiaçının Banka ödədiyi 40.780 ( qırx min yeddi yüz səksən ) manat pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 yanvar 2016-cı il tarixdən 22 noyabr 2022-ci il tarixədək X2 Banka gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 5912 məbləğində borcun X1 Cavabdeh ASC- nin xeyrinə tutulması, 2019-cu ilin noyabrından 2022-ci ilin noyabr ayınadək orta aylıq kirayə haqqı 300 (üç yüz) AZN olmaqla cavabdehin ailə üzvləri ilə birlikdə Bankın mülkiyyətində olan mənzildə yaşadıqları üçün 10800 AZN məbləğində dəymiş ziyanın və 137.14 AZN məbləğində ödənilmiş dövlət rüsumunun X1 Cavabdeh ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC ərizə ilə məhkəməyə müraciət edərək, hər iki tərəf barışıq əldə etdiyinə görə, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin ərizələrini nəzərdən keçirib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi və ərizələrə ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş ilkin və qarşılıqlı iddia üzrə 210 (iki yüz on) manat məbləğində pul ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 və 211 (iki yüz on bir) manat məbləğində pul Cavabdeh ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və pulların qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 210 (iki yüz on) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən ilkin iddiaçı X3 qaytarılsın. xx.xx.2022-ci il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 211 (iki yüz on bir) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Cavabdeh ASC-yə (rekvizitlər: "xxxx" ASC, VÖEN **********, kod: 507064 Müxbir hesab АZ98NABZ********************, S.W.İ.F.T. NİCBAZ22) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-25/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-25/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver