Məhkəmə qərarları › İş №2(004)-251/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-251/2022

25.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-251/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı Ağayeva Fı̇ rüzə Qurban qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ağayeva Fı̇ rüzə Qurban qızının cavabdehlər Cavabdeh1 Mütəllı̇ m qızına, Ağayeva Xədı̇ cə Həsən qızına, X16, X12, X13, X17, X8, X2 və X3 qarşı "payın naturada ayrılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağayeva Fı̇ rüzə Qurban qızı cavabdehlər Cavabdeh1 Mütəllı̇ m qızına, Ağayeva Xədı̇ cə Həsən qızına, Cavabdeh3 Əlı̇ bəy qızına, Ağayev Kamı̇ l Sahı̇ b oğluna, Ağayeva Mı̇ rvari Sahı̇ b qızına qarşı "payın naturada ayrılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 61 saylı fərdi yaşayış evinin ona məxsus 2/21 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində qoyulmuş Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vəfat etdiyini göstərmişdir. Qeyd olunbanlara əsasən, məhkəmədən cavabdeh qismində göstərilmiş Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər sırasından çıxarılmalarını, Cavabdeh3 hüquqi varisləri kimi X20, X18 və X10, Cavabdeh4nın hüquqi varisləri kimi X21 və X6, Cavabdeh5 hüquqi varisləri kimi X7 və X1 iş üzrə cavabdeh qismində işə cəlb edilmələrini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 61 №-li fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ona və digər paylı mülkiyyətçilər olan - Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 Mütəllim qızına və Cavabdeh2 məxsusdur. Həmin evdə payı 2/21 hissə təşkil edir. Paylı mülkiyyətdə olan həmin ev aralarında faktiki bölünmüşdür. Ailə üzvləri ilə birlikdə giriş-çıxışı ayrı olan 3 otaqdan ibarət yaşayış sahəsində yaşayır. Faktiki istifadəsində olan yaşayış sahəsinin həyətə girişi də, digər paylı mülkiyyətçilərin girişindən ayrıdır. Həyətdə ayrıca hamam və tualet də tikilmişdir. Lakin buna baxmayaraq digər paylı mülkiyyətçilərlə payları rəsmi qaydada naturada bölgüsü aparılmamışdır ki, bu da mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsinə mane olur. Cavabdehlərə evin paylarına uyğun naturada ayrılması barədə yazılı formada ərizə ilə müraciət etmiş, lakin müraciətinə yazılı münasibət bildirməmişlər. Bu səbəbdən hazirkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Ağayeva Fı̇ rüzə Qurban qızı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğu izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 61 saylı fərdi yaşayış evi 2/21 hissədə Ağayeva Fı̇ rüzə Qurban qızının, 9/21 hissədə Cavabdeh1 Mütəllı̇ m qızının, 2/21 hissədə Ağayeva Xədı̇ cə Həsən qızının, 2/21 hissədə Cavabdeh3 Əlı̇ bəy qızının, 4/21 hissədə Ağayev Kamı̇ l Sahı̇ b oğlunun və 2/21 hissədə Ağayeva Mı̇ rvari Sahı̇ b qızının adlarına paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh3 vərəsələri X20, X18 və X19, Cavabdeh4 vərəsələri X21 və X11, Cavabdeh5 hüquqi varisləri isə X7 və X4r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/7210 saylı, 26.04.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır. Belə ki, bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evindən iddiaçıya məxsus 2/21 hissənin naturada ayrılmasının, həmin 2/21 hissədən qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsinin 266.3 kv.m olduğunu nəzərə alaraq iş üzrə iddiaçı şəxs X9 məxsus 2/21 hissə aşağıdakı kimi müəyyən olunur: ümumi sahə üzrə 2/21 hissə - 25.36 m2 (266.3m2 x 2/21) İddiaçıya məxsus 2/21 hissənin naturada ayrılması üçün texniki pasport sənədində qeyd olunan 5 və 7 №-li otaqlar arasındakı qapı boşluğu bağlanmaqla, 1, 5 və 8№-li otaqlar iddiaçının istifadəsinə verilə bilər. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə əraflı qeyd edilmişdir. Beləliklə mübahisə predmeti olan fərdi yaşayış evindən iddiçıya məxsus 2/21 hissənin naturada ayrılmasının, iddiaçının payına düşən hissədən qismən kənara çıxmaqla (3.8 kv.m) texniki cəhətdən mümükün olduğu müəyyən edilir. Bölgü variantı rəyə əlavə edilmiş plan-sxemdə ətraflı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 61 saylı fərdi yaşayış evi 2/21 hissədə Ağayeva Fı̇ rüzə Qurban qızının adına paylı mülkiyyətdədir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, öz payının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 61 saylı fərdi yaşayış evinin Ağayeva Fı̇ rüzə Qurban qızına məxsus olan 2/12 hissəsinin naturada ayrılması texniki cəhətdən mümkündür.Tədqiq olunan evin ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin ediməli, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 61 saylı fərdi yaşayış evi nin iddiaçıya məxsus 2/21 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/7210 saylı, 26.04.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plansxemdə göstərilən qaydada naturada ayrılaraq, Ağayeva Fı̇ rüzə Qurban qızına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 0 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 61 saylı fərdi yaşayış evinin iddiaçı Ağayeva Fı̇ rüzə Qurban qızına məxsus olan 2/21 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7210 saylı, 26.04.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılsın və iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlərdən tutularaq, X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar