Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2510/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehxxxx MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehxxxx MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, tərəfindən 24.06.2020-ci il tarixində cavabdehin “xxxx” ASC-də olan hesabına ödənilmiş 1200 manat məbləğin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehxxxx” MMC ilə aralarında övladı X1 cavabdehin təqdim etdiyi təhsil xidmətlərindən faydalanması, təhsil alması ilə bağlı 02.07.2018-ci il tarixli Sİ9/225 nömrəli müqavilə bağlanmış, hər iki tərəf müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam icra etmişdirlər. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti təhsil ilinin sonunda bitmişdir və hazırda övladı X2 Cavabdeh təhsil almır. Müqavilədə nəzərdə tutulmuş 12000 manat təhsil haqqı tam ödəndikdən sonra tərəfindən cavabdehin xxxx hesabına 24.06.2020-ci il tarixində əlavə olaraq 1200 manat məbləğində pul köçürülmüşdür. Həmin məbləğin geri qayatrılmasını şifahi olaraq xahiş etdikdə, cavabdeh tərəfindən bu kimi hallarla bağlı müqavilədə müvafiq qeydin olduğu, ödənilmiş əlavə ödənişin “depozit" kimi qiymətləndirildiyi və onun geri qaytarılmayacağı bildirilmişdir. Bundan sonra ödənilmiş əlavə məbləğin depozit kimi qiymətləndirilə bilməyəcəyi barədə əsaslandırılmış pretenziya məktubu yazmaqla 19.10.2020-ci il tarixində elektron poçt vasitəsi ilə cavabdehə müraciət etmiş, həmin məbləğin geri qaytarılması xahiş edilmişdir. Cavabdeh isə 5.12.2020-ci il tarixdə cavab olaraq elektron poçt vasitəsi ilə bildirmişdir ki, “Tərəfinizdən 24.06.2020-ci il tarixində edilmiş ödəniş Müqavilə üzrə cari tədris ili ərzində həyata keçirilmişdir. Belə ki, müqavilənin 4.1-ci bəndinə əsasən tədris ili dedikdə, 1 sentyabrdan 30 iyun tarixinədək olan müddət başa düşülür. Nəzərə alaraq ki, Müqavilə 2 iyul 2019-cu il tarixdə imzalanmışdır, bu o deməkdir ki, tədris ili 1 sentyabr 2019-cu il - 30 iyun 2020-ci il tarixlərini əhatə edir. Valideynlər adətən 1 may tarixinədək nəzərdə tutulmuş depozit öhdəliklərini gecikmələr ilə və hissə-hissə icra edirlər və bu Məktəb tərəfindən normal hal kimi qiymətləndirilir. Xüsusilə də, nəzərə alaraq ki, ölkədə xüsusi karantin rejimi tətbiq edilmişdir, bu cür gecikmələr 2020-ci ildə daha çox baş vermişdir. Ödəniş 24 təqvim günü gecikmə ilə edilsə "elə, tədris ili ərzində edildiyindən, tərəfimizdən depozit kimi qəbul edilmişdir və şagirdimizə yer saxlanmışdır. Bu da normaldır ona görə ki, bu tarixədək cari tədris ili üçün öhdəliyinizi tam icra etmişdiniz və yalnız növbəti tədris ili üçün nəzərdə tutulmuş depozit öhdəliyi qalmışdır.” Cavabdehlə aralarında yaranmış öhdəliklər müvafiq müqavilədən irəli gəlir və müqavilədə depozit ümumiyyətlə öhdəlik kimi nəzərdə tutulmamış, valideynin seçiminə buraxılmışdır. Əgər valideyn tərəfindən növbəti tədris ili üçün depozit ödəniləcəksə, bunun da müqavilədə konkret şərtləri və müddətləri nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdehin ödənilmiş əlavə ödənişi cari tədris ilində ödədiyinə görə və həmin tarixədək cari tədris ili üçün öhdəliyini tam icra etdiyinə görə depozit kimi qəbul etməsi və bunu valideynlərin adətən 1 may tarixinədək nəzərdə tutulmuş depozit öhdəliklərini gecikmələrlə icra etmələri ilə əsaslandırması absurddur. Eyni zamanda, əlavə ödənişin qaytarılmaması ilə bağlı cavabdehin gəldiyi qənaət əsassızdır. Belə ki:
1. Müqavilənin təhsil haqqını tənzimləyən 4-cü maddəsinin 3-cü bəndində qeyd olunur ki. "hər il mayın 1-dək növbəti tədris ili üçün məktəb və valideyn tərəfindən yeni müqavilə mzalanır”. Lakin məktəblə aralarında yeni tədris ili üçün imzalanmış müqavilə yoxdur.
2. Müqavilənin 4-cü maddəsnin 4-cü bəndində qeyd olunur ki, “növbəti tədris ilində şagirdin məktəbdə təhsilini davam edəcəyini təsdiq etmək məqsədilə hər il mayın 1-dək valideyn tərəfindən geri qaytarılmayan məbləğ olaraq ümumi təhsil haqqının 20%-i həcmində depozit ödənilir”. Müqavilənin həmin bəndinin məzmunundan başa düşülür ki, əgər qeyd olunan şərtlər valideyn tərəfindən yerinə yetirilərsə, artıq məktəbin növbəti tədris ili üçün təhsil xidməti vermə öhdəliyi yaranır. Bu baxımdan təhsil haqqının 20%-i həcmində depozitin geri qaytarılmaması başa düşüləndir. Lakin tərəfindən edilmiş əlavə ödəniş müvafiq bənddə göstərilən tarixdən sonra, iyunun 24-ə ödənilmişdir və illik ödənişin 20%-i yox 10%-i təşkil edir. Odur ki, həmin ödəniş müqavilənin qeyd olunan bəndində nəzərdə tutulan depozit kimi qiymətləndirilə bilməz.
3. Müqavilənin 4-cü maddəsnin 5-ci bəndində göstərilir ki, “Sentyabrın 1-dək yeni qəbul edilmiş şagird üçün valideyn tərəfindən geri qaytarılmayan ümumi təhsil haqqının 20%-i həcmində depozit şagirdin məktəbə qəbul olunduğu tarixdən 5 iş günü ərzində ödənilir”. Müqavilənin 4-cü maddəsnin 6-cı bəndində isə qeyd olunur ki, "təhsilini davam etdirən şagird üçün mayın 1-dək depozit ödənilməzsə, onun adı cari şagird siyahısından çıxarılır; bu tarixdən sonra təhsilini davam etdirmək qərarı bildirilərsə, bu zaman yeni şagird üçün nəzərdə tutulmuş təhsil haqqı hesablanır”. Hesab edir ki, müqavilənin bu iki bəndi birlikdə qiymətləndirilməlidir, çünkü həmin bəndlərin məzmunundan aydın olur ki, burada məktəbə yeni qəbul edilmiş şagirdin vəziyyəti tənzimlənir. Müqavilənin 4.4-cü bəndinin şərtlərini həyata keçirməmiş əvvəllər məktəbdə təhsil alan şagird də müqavilənin 4.5-ci və 4.6-cı bəndlərinin təsiri altına düşür. Digər tərəfdən 4.5-ci bəndin məzmunundan o da aydın olur ki, bu halda öhdəliklər şagirdin qəbul edilməsi ilə bağlı məktəbin müvafiq qərarından sonra yaranır. Yəni məktəb şagirdin qəbul edilməsi ilə bağlı qərar qəbul etməli və məhz bu qərardan sonraki 5 gün ərzində təhsil haqqının 20%-i həcmində depozit ödənilməlidir. Hazırkı vəziyyətdə məktəblə (cavabdehlə) aralarındakı münasibət “yeni şagird” münasibəti kimi də qiymətləndirilə bilməz. Çünkü həmin münasibətlə bağlı da müqavilənin şərtləri ödənmir. Belə ki, tərəfindən edilmiş ödənişdən öncə cavabdehə növbəti tədris ili ilə bağlı hər hansı müraciəti olmamışdır və övladının məktəbə yenidən qəbul edilməsi ilə bağlı məktəb tərəfindən hər hansı qərar qəbul edilməmiş və ona bildirilməmişdir. Müqavilənin yuxarıda şərh olunan bəndlərinə əsasən, tərəfindən edilmiş ödəniş “geri qaytarılmayan depozit” kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə cavabdehlə aralarındakı hazırki münasibət sözügedən müqavilə tərəfindən əhatə olunmur. Ödənmiş məbləğin “geri qaytarılmayan depozit” kimi qiymətləndirilməsinin heç bir hüquqi əsası yoxdur və ona geri qaytarılmalıdır. Lakin cavabdeh bundan imtina edərək onun hesabına əsassız varlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, məktəbin tərəflərlə bağladığı müqavilələrdə də, yazışmlarında da kommersiya fəaliyyəti ilə məşğul olduğu, gəlir əldə etmək məqsədi daşıdığı məlumdur. Avropa Azərbaycan Təhsil Kompleksi" MMC Azərbaycan Respublikasında 10 məktəbdən biridir ki, İB səviyyəsi üzrə tələbələrini yetişdirir. Məktəbin öz kvotası var. Belə ki, hər il istənilən sinif üçün depozitdə olmayan şagird sayına uyğun olaraq uşaq qəbul etmək mümkündür. Növbəti aydan neçə boş sinif var, depozit ödəməyənlərə görə müəyyən edilir, ödəməyən tələbələrin yeri çıxılır, əgər tələbələr növbəti il üçün sinifdə qalacaqlarını təsdiq edən depoziti ödəyirlərsə, bu zaman onların yerinə yeni uşaq qəbul edilmir. İddiaçı tərəfindən ödəniş təhsil müddətini əhatə edən müqavilə üzrə olub, belə ki, müqavilə üzrə müddət iyunun 30-na kimi idi, lakin bəzən valideynlər gecikmələr etdiyi üçün sentyabr ayının 15-ə kimi ödənişlər edilə bilər. İddiaçı tərəf 2019-2020-ci illər üçün təhsil haqqını tam ödəyib qurtamışdır, əlavə ödənişi isə depozit kimi nəzərə alınıb və növbəti il üçün müqavilə olmasa da, lakin sentyabr 15-ə kimi müqavilə bağlana bilərdi, çünki o depozit hesabına əsasən o yeri qəbula çıxarmamışdır. Tərəf müqavilə bağlanılması üçün dəvət edilir, lakin bu məcburi xarakter daşımır, yeni dərs ilinin ilk gününədək tərəflər arasında müqavilə bağlanıla bilər. Tərəfə rəsmi heç bir bildiriş göndərilməmişdir, çünki artıq depoizitin olması məktəb tərəfindən razılıq kimi qəbul edilmişdir. Həmçinin, "Cavabdeh Təhsil Kompleksi" MMC hesab etmişdir ki, ödənilmiş 1200 manat uşaq gələn il məktəbə qayıtdığı zaman onun ödənişi kimi hesablana bilər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdehxxxx” MMC ilə İddiaçı arasında sonuncunun övladı X1 2018-2019-cu tədris ili üçün, illik təhsil haqqı 12000 manat hesablanmaqla, həmin məktəbdə təhsil alması ilə əlaqədar 02.07.2018-ci il tarixli, S19/225 saylı müqavilə bağlanmışdır. İddiaçı tərəfindən 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş 12000 manat təhsil haqqı Cavabdehxxxx” MMC-yə ödənilmişdir. Bundan sonra, İddiaçı tərəfindən 24.06.2020-ci il tarixində Cavabdehxxxx” MMC-nin “xxxx” ASCdə olan hesabına 1200 manat ödənilmişdir. İddiaçı artıq ödəniş etdiyini nəzərə alaraq, həmin məbləğin qaytarılmasını xahiş etmiş, cavabdeh isə bu barədə müqavilədə müvafiq qeydin olduğunu, ödənilmiş əlavə ödənişin “depozit" kimi qiymətləndirildiyin ibildirilmiş və pulun geri qaytarılmasından imtina etmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehxxxx” MMCnin “xxxx” ASC-də olan hesabına artıq ödənilmiş 1200 manat pulun cavabdehdən alınıb ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən 2018-2019-cu tədris ilində şagird X1 Cavabdeh”xxxx MMC-də təhsil almasını və təhsil haqqının 1 il üçün 12000 manat olmaqla ödənilməsini, iddiaçı tərəfindən 1200 manat ödənilməsini, həmin məbləğin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən depozit olaraq qiymərləndiriləsi üçün əsasların olmamasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdehxxxx MMC-dən onun “xxxx” ASC-də olan hesabına ödənilmiş 1200 manat tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, cavabdehlə aralarında yaranmış öhdəliklər müvafiq müqavilədən irəli gəlir və müqavilədə depozit ümumiyyətlə öhdəlik kimi nəzərdə tutulmamış, valideynin seçiminə buraxılmışdır. Əgər valideyn tərəfindən növbəti tədris ili üçün depozit ödəniləcəksə, bunun da müqavilədə konkret şərtləri və müddətləri nəzərdə tutulmuşdur. Bu baxımdan cavabdehin ödənilmiş əlavə ödənişi cari tədris ilində ödədiyinə görə və həmin tarixədək cari tədris ili üçün öhdəliyini tam icra etdiyinə görə depozit kimi qəbul etməsi və bunu valideynlərin adətən 1 may tarixinədək nəzərdə tutulmuş depozit öhdəliklərini gecikmələrlə icra etmələri ilə əsaslandırması absurddur. Eyni zamanda, əlavə ödənişin qaytarılmaması ilə bağlı cavabdehin gəldiyi qənaət əsassızdır. Belə ki:
1. Müqavilənin təhsil haqqını tənzimləyən 4-cü maddəsinin 3-cü bəndində qeyd olunur ki. "hər il mayın 1-dək növbəti tədris ili üçün məktəb və valideyn tərəfindən yeni müqavilə mzalanır”. Lakin məktəblə aralarında yeni tədris ili üçün imzalanmış müqavilə yoxdur.
2. Müqavilənin 4-cü maddəsnin 4-cü bəndində qeyd olunur ki, “növbəti tədris ilində şagirdin məktəbdə təhsilini davam edəcəyini təsdiq etmək məqsədilə hər il mayın 1-dək valideyn tərəfindən geri qaytarılmayan məbləğ olaraq ümumi təhsil haqqının 20%-i həcmində depozit ödənilir”. Müqavilənin həmin bəndinin məzmunundan başa düşülür ki, əgər qeyd olunan şərtlər valideyn tərəfindən yerinə yetirilərsə, artıq məktəbin növbəti tədris ili üçün təhsil xidməti vermə öhdəliyi yaranır. Bu baxımdan təhsil haqqının 20%-i həcmində depozitin geri qaytarılmaması başa düşüləndir. Lakin tərəfindən edilmiş əlavə ödəniş müvafiq bənddə göstərilən tarixdən sonra, iyunun 24-ə ödənilmişdir və illik ödənişin 20%-i yox 10%-i təşkil edir. Odur ki, həmin ödəniş müqavilənin qeyd olunan bəndində nəzərdə tutulan depozit kimi qiymətləndirilə bilməz.
3. Müqavilənin 4-cü maddəsnin 5-ci bəndində göstərilir ki, “Sentyabrın 1-dək yeni qəbul edilmiş şagird üçün valideyn tərəfindən geri qaytarılmayan ümumi təhsil haqqının 20%-i həcmində depozit şagirdin məktəbə qəbul olunduğu tarixdən 5 iş günü ərzində ödənilir”. Müqavilənin 4-cü maddəsnin 6-cı bəndində isə qeyd olunur ki, "təhsilini davam etdirən şagird üçün mayın 1-dək depozit ödənilməzsə, onun adı cari şagird siyahısından çıxarılır; bu tarixdən sonra təhsilini davam etdirmək qərarı bildirilərsə, bu zaman yeni şagird üçün nəzərdə tutulmuş təhsil haqqı hesablanır”. Məhkəmə hesab edir ki, müqavilənin bu iki bəndi birlikdə qiymətləndirilməlidir, çünkü həmin bəndlərin məzmunundan aydın olur ki, burada məktəbə yeni qəbul edilmiş şagirdin vəziyyəti tənzimlənir. Müqavilənin 4.4-cü bəndinin şərtlərini həyata keçirməmiş əvvəllər məktəbdə təhsil alan şagird də müqavilənin 4.5-ci və 4.6-cı bəndlərinin təsiri altına düşür. Digər tərəfdən 4.5-ci bəndin məzmunundan o da aydın olur ki, bu halda öhdəliklər şagirdin qəbul edilməsi ilə bağlı məktəbin müvafiq qərarından sonra yaranır. Yəni məktəb şagirdin qəbul edilməsi ilə bağlı qərar qəbul etməli və məhz bu qərardan sonraki 5 gün ərzində təhsil haqqının 20%-i həcmində depozit ödənilməlidir. Hazırkı vəziyyətdə məktəblə (cavabdehlə) aralarındakı münasibət “yeni şagird” münasibəti kimi də qiymətləndirilə bilməz. Çünkü həmin münasibətlə bağlı da müqavilənin şərtləri ödənmir. Belə ki, iddiaçı tərəfindən edilmiş ödənişdən öncə cavabdehə növbəti tədris ili ilə bağlı hər hansı müraciəti olmamışdır və övladının məktəbə yenidən qəbul edilməsi ilə bağlı məktəb tərəfindən hər hansı qərar qəbul edilməmiş və ona bildirilməmişdir. Müqavilənin yuxarıda şərh olunan bəndlərinə əsasən, iddiaçı tərəfindən edilmiş ödəniş “geri qaytarılmayan depozit” kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə cavabdehlə aralarındakı hazırki münasibət sözügedən müqavilə tərəfindən əhatə olunmur. Ödənmiş məbləğin “geri qaytarılmayan depozit” kimi qiymətləndirilməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
İddia tələbi təmin edilsin. Cavabdehxxxx MMC-dən onun “xxxx” ASC-də olan hesabına ödənilmiş 1200 (bir min iki yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Ayaz Məmmədov