Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2519/2022 15.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə miras əmlakın iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X8 və X9 qarşı “kompensasiya verilməklə miras əmlakın iddiaçının adına rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X10 miras qalmış Tofaş Şahin minik markalı ** KT *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh payına uyğun kompensasiya ödənilməklə iddiaçının adına rəsmiləşdirilməsi və rəsmi reyestirdə qeydə alınması vəzifəsinin Dövlət Avtomobil müfəttişliyininə həvalə edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X10 AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD 663729 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən TOFAŞ ŞAHİN MİNİK markalı ** KT *** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin miras əmlakdan çatacaq miras payının ayrılması ilə əlaqədar 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək həm mülkiyyət hüququ haqqında şəhadətnamə, həm də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mərhum həyat yoldaşından miras qalmış həmin avtomobillə əlaqədar verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamədə həyat yoldaşıyla birgə nikah dövründə əldə edilmiş həmin avtomobilin 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. 29 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş şəhadətnamədə həmin avtomobilin 3/6 hissəsi üzərində qanun üzrə vərəsəlik hüququ tanınmışdır. Qeyd olunan avtomobilin həmin şəhadətnamələr əsasında adına, həmçinin digər vərəsələrin adına rəsmiləşdirilməsi üçün hər bir vərəsənin həm natorait ofisinə, həm də dövlət avtomobil müfəttişliyinə müraciət etməsi zəruridir. Lakin, o, 19 saylı notariat ofisinə müraciət etmiş, ona məxsus paya aid şəhadətnamələr əldə etmişdir. X6 ona məxsus 1/6 hissəni ona bağışlamışdır. Eyni zamanda digər övladı X15 da payını ona bağışlamağa razıdır. Cavabdeh notariat orqanına müraciət etməmişdir, onun payı isə çox cüzidir. Bu hal onun həmin əmlakdan əldə etdiyi paya mülkiyyət hüququnun tanınması üçün çox maneələr törədir. Həmçinin avtomobil müddət uzandıqca qiymətdən düşür. O isə pensiyaner adamdır, həmin avtomobili rəsmiləşdirib satılmasını və hər birinin payına münasib əldə olunmuş pulun bölünməsini istəyir. Ona görə də hesab edirəm ki, qeyd olunan avtomobildən Cavabdeh çatası pay cüzi olduğundan onun razılığı olmadan avtomobilin onun adına rəsmiləşdirilməsi və tərəfindən ona kompensasiya ödənilməsi mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X19 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 1/6 payına uyğun 550 manat ödənilməklə onun həmin hissədə avtomobilə olan mülkiyyət hüququna xitam verilməklə həmin hissəyə iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X19 ərizə ilə məhkəməyə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan V-162/2020 saylı vərəsəlik işindən müəyyən olunur ki, X18 xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək atasıxx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 TOFAŞ ŞAHİN MİNİK markalı ** KT *** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobilə vərəsə X13 1/6 hissədə pay almalıdır. İV-JQ № 488470 seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.1977-ci il tarixdə anadan olmuş, atası X20, anası isə İddiaçıdır. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək əri -xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 TOFAŞ ŞAHİN MİNİK markalı ** KT *** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobilə vərəsə İddiaçı 1/6 hissədə pay almalıdır. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada (ərə) verilən xx.xx.2021-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 TOFAŞ ŞAHİN MİNİK markalı ** KT *** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobilə mərhumun sağ qalmış arvadı İddiaçı ½ hissəsinə mülkiyyətə hüququ vardır. 1/6 hissədə pay almalıdır. Cavabdeh xx.xx.2020-ci il tarixli ərizə ilə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək atası-xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Vərəsəlik işinə əlavə edilmiş 28.012.2021-ci il tarixli **********988 saylı ərizədən görünr ki, X15 xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X10 miras qalmış daşınar və ya daşınmaz əmlakdan ona düşən paydan anası X3 xeyrinə imtina edir. АЗ № 107730 seriyalı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Zülfünaz Məmməd qızı ilə xx.xx.1969-cu ildə rəsmi nikaha daxil olmuşlar və nikahdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. АЗ № ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1969-cu il tarixdə anadan olmuş, atası X20, anası isə İddiaçıdır. AZ-İİ № 089251 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.20201-ci il tarixdə vəfat etmişdir və xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində akt qeydləri kitabında qeyd aparılmışdır. AD № 663729 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-KT-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, gümüşü metallik rəngdə olan TOFAŞ ŞAHİN MİNİK markalı nəqliyyat vasitəsinin sahibi X16r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli miras payın bağışlanması barədə müqavilədən görünür ki, X18 xx.xx.2022-ci il tarixli reyestr nömrəsi 2V/57 olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ona düşən 1/6 hissədə olan miras payını anası X4 bağışlamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək atası-xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etmir, qəbul etmək niyyəti yoxdur və bununla bağlı heç bir iddia qaldırmayacaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2519/2022 saylı qərardadına əsasən mülki iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5856 saylı rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5856 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, **-KT-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, gümüşü metallik rəngdə olan TOFAŞ ŞAHİN MİNİK markalı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta-bazar qiyməti nəzəri qaydada təxminən 5500 (beş min beş yüz) manat müəyyən edilimişdir. Aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir. İş materiallarında olan 2 (004)-1898/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X24 tərəfindən qəbul edilmiş “xx.xx.2021-сi il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərar ləğv edilsin və notariat hərəkətləri davam etdirilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, mükiyyət hüququ aşağıdakı qanunvericilik normaları ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; 29-cu maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə mərhum X20 30 iyul 1969-cu il tarixdə nikaha daxil olmuş, 04 iyul 2020-ci il tarixdə X20 vəfat etmişdir. Ərarvadın ümumi əmlakındakı paya sağ qalmış arvada (ərə) verilən xx.xx.2021-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 TOFAŞ ŞAHİN MİNİK markalı ** KT *** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Həmin avtomobilə mərhumun sağ qalmış arvadı İddiaçı ½ hissəsinə mülkiyyətə hüququ tanınmışdır. Mərhumdan miras qalmış **-KT-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, gümüşü metallik rəngdə olan TOFAŞ ŞAHİN MİNİK markalı avtomobilin qalan ½ hissəsinə dair vərəsələrin, yəni arvadı İddiaçı, X6, qızı X15, X8 və X5 hər birinin 1/6 hissədə pay hüququ müəyyən edilmişdir. Vərəsə olaraq X18, qızı X15 və X8 miras əmlakavtomobilə dair öz pay hissələrini İddiaçı xeyrinə imtina etmişlər. X14 isə öz payına dair hissədə notariusa müraciət etməmişdir. İddiaçı cavabdeh X5 avtomobilə dair payına münasib 550 manat məbləğində kompensasiya ödəməklə ona dair hissədə avtomobilə mülkiyyət hüququna xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Göründüyü kimi, 2004-cü il buraxılışlı, gümüşü metallik rəngdə olan TOFAŞ ŞAHİN MİNİK markalı avtomobil iddiaçının ½ hissədə mülkiyyətindədir. Ddigər ½ hissədə hissə vərəsələr İddiaçı, X6, qızı X15, X8 və X5 hər birinin 1/6 hissədə payları vardır. Digər vərəsələr iddiaçının xeyrinə öz paylarından imtina etmişlər. Cavabdeh notariusa müraciət etməmiş, onun payı isə 1/6 hissə olmaqla cüzidir. Beləliklə, miras əmlak real surətdə ayrıla bilməyın naturada bplünməyən, daşınar əmlakdır. Cavabdehin payı əmlakda cüzidir. İddiaçı əmlakın ½ hissəsinə paylı mülkiyyətçi olmaqla yanaşı vərəsə olaraq digər hissələrdə də X2 başqa yeganə vərəsədir. Ofelya Mirzəyevanın payı cüzidir. Avtomobil iddiaçının sahibliyindədir. Belə ki, iddiaçının nümayəndəsinin izahatından da görünür ki, daşınar miras əmlak iddiaçı ilə mərhumun birgə yaşadıqları evin həyətində saxlanılır. Məhkəmə hesab edir ki, cavabdeh Ofelya Mirzəyevanın payı cüzi olduğundan, əmlak naturada real surətdə ayrıla bilmədiyindən və cavabdehin ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığından, paylı mülkiyətçinin üzərinə cavabdehə onun razılığı olmadan kompensasiya ödənilməklə,onun avtomobildəki paya hüququna xitam verilməlidir. Kompensasiyanın məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş avtomobilin real bazar qiyməti əsas götürülməklə, iddiaçının ½ hissədə paylı mülkiyyəçi olmağı nəzərə alınmalı, qalan 5500:2=2750 manat məbləğ üzrə cavabdehin payına münasib olaraq 550 manat müəyyən edilməsi qanunvericilik normalarının tələbləri, həm də işin faktiki hallarının məcmusu baxımından məqbul, ağlabatan və ədalətli hesab oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Tofaş Şahin” minik markalı, 2004-cü il buraxılışlı, Ban: NM4131B**********, mühərrik nömrəsi 6760894, ** KT *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh aid 1/6 hissədə payına uyğun 550 (beş yüz əlli) manat məbləğində kompensasiya ödənilməklə cavabdehin həmin hissədə avtomobildə olan mülkiyyət hüququna xitam verilməklə həmin hissəyə iddiaçının mülkiyyət hüququ tanınmalı, Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi ilə Tofaş Şahin minik markalı, 2004-cü il buraxılışlı, Ban: NM4131B**********, mühərrik nömrəsi 6760894, ** KT *** dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı adına qeydiyyatın aparılması eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 60 manat məbləğində pul iddiaçıdan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-400, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Tofaş Şahin” minik markalı, 2004-cü il buraxılışlı, Ban: NM4131B**********, mühərrik nömrəsi 6760894, ** KT *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh aid 1/6 hissədə payına uyğun 550 (beş yüz əlli) manat məbləğində kompensasiya ödənilməklə cavabdehin həmin hissədə avtomobildə olan mülkiyyət hüququna xitam verilməklə həmin hissəyə iddiaçının mülkiyyət hüququ tanınsın. Cavabdeh 550 (beş yüz əlli) manat məbləğində kompensasiya ödənilməsi ilə Tofaş Şahin minik markalı, 2004-cü il buraxılışlı, Ban: NM4131B**********, mühərrik nömrəsi 6760894, ** KT *** dövlət nömrə nişanlı avtomobilə dair İddiaçı adına qeydiyyatın aparılması eyni vaxtda icra edilsin. Müvafiq qətnamə “Tofaş Şahin” minik markalı, 2004-cü il buraxılışlı, Ban: NM4131B**********, mühərrik nömrəsi 6760894, ** KT *** dövlət nömrə nişanlı avtomobilə dair qeydiyyatın İddiaçı adına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsində aparılması üçün əsasdır. Ekspertiza xərcinə görə 60 (altmış) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2519/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-2519/2022
15.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver