Məhkəmə qərarları › İş №2(004)-2530/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2530/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2530/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 16.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 26.01.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********28777 olan Samsung Galaxy A7 markalı telefon üçün 245 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu; 17.03.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 426 manat ödənilməmiş hissə, 128 manat dəbbə; 08.06.2019-cu il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 SONY üçün 740 manat ödənilməmiş hissə, 222 manat dəbbə; 08.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Mi TV Box üçün 78 manat ödənilməmiş hissə, 26 manat dəbbə; 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52415 olan Samsung Galaxy A10 markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 45 (qırx beş) manat dəbbə; 28.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HP kompüter üçün 774 manat ödənilməmiş hissə, 154 manat dəbbə pulu; 29.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********41037 olan Samsung Galaxy A40 markalı telefon üçün 390 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; 12.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********97535 olan Samsung Galaxy A30s markalı telefon üçün 585 manat ödənilməmiş hissə, 175 manat dəbbə; 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********86130 olan Samsung Galaxy A20s markalı telefon üçün 323 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu; 23.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer Aspire kompüter üçün 624 manat ödənilməmiş hissə, 187 manat dəbbə pulu; 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, HP kompüter üçün 1246 manat ödənilməmiş hissə, 280 manat dəbbə pulu; 29.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Router Archer aksesuar üçün 150 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu; 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********21958 və **********66569 olan Samsung Galaxy A20s və Samsung Galaxy A10 markalı telefon üçün 825 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulu; 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Lenovo İdeapad üçün 871 manat ödənilməmiş hissə, 183 manat dəbbə pulunun, ümumilikdə, 9342 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 9372 manat pul məbləğinin Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, Cavabdeh “xxxx” MMC ilə 26.01.2019-cu il, 17.03.2019-cu il, 08.06.2019-cu il, 24.08.2019-cu il, 28.08.2019-cu il, 29.09.2019-cu il, 12.11.2019-cu il, 23.11.2019-cu il, 29.11.2019-cu il, 24.12.2019-cu il və 31.12.2019-cu il tarixdə bağladığı müqavilələrə əsasən müxtəlif mallar əldə etmiş və nəticədə doqquz min üç yüz qırx iki manat borcu yaranmışdır. Əsas borcu tam tələb edir. Dəbbənin silinməsini isə məhkəmənin ixtiyarına buraxır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, 2020-ci ilin əvvəlindən pandemiya hər sahəni vurub. Cavabdehin həmin əşyaları götürməkdə məqsədi iş qurmaq olub. 3 min manatdan artıq ödəniş edib. İddianı qismən qəbul edirik. Əsas məbləğ təmin edilsin. Faiz məbləği isə silinsin. Cavabdeh taksi sürücüsüdür, himayəsində uşağı var. İddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 31.12.2019-cu il tarixli, 01183049 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Lenovo İdeapad Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.12.2019-cu il tarixli, 01152931 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********21958 və **********66569 olan Samsung Galaxy A20s və Samsung Galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli, 01086011 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən HP kompüter Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli, 01086009 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Router Archer aksesuar Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.11.2019-cu il tarixli, 01071441 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Acer Aspire kompüter Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.11.2019-cu il tarixli, 01071407 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********86130 olan Samsung Galaxy A20s markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.11.2019-cu il tarixli, 01047067 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********97535 olan Samsung Galaxy A30s markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 29.09.2019-cu il tarixli, 00947799 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********41037 olan Samsung Galaxy A40 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 28.08.2019-cu il tarixli, 00873650 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən HP kompüter Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.08.2019-cu il tarixli, 00867450 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********52415 olan Samsung Galaxy A10 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, 00709801 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən PLAYSTATİON-4 SONY Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 08.06.2019-cu il tarixli, 00709858 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Mi TV Box Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2019-cu il tarixli, 00566474 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən Samsung LED TV Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 26.01.2019-cu il tarixli, 00486088 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ Kodu **********28777 olan Samsung Galaxy A7 markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə iddiaçı “xxxx” MMC-yə 7427 manat ödənilməmiş hissə, 1915 manat cərimə borcu olmaqla, ümumilikdə 9342 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, hər müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26.01.2019-cu il tarixli müqaviləyə əsasən 245 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 17.03.2019-cu il tarixli müqaviləyə əsasən 426 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 08.06.2019-cu il tarixli müqaviləyə əsasən 740 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 08.06.2019-cu il tarixli müqaviləyə əsasən 78 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 24.08.2019-cu il tarixli müqaviləyə əsasən 150 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 28.08.2019-cu il tarixli müqaviləyə əsasən 774 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 29.09.2019-cu il tarixli müqaviləyə əsasən 390 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 12.11.2019-cu il tarixli müqaviləyə əsasən 585 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 323 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 624 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 1246 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 150 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 24.12.2019-cu il tarixli müqaviləyə əsasən 825 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu. 31.12.2019-cu il tarixli müqaviləyə əsasən 871 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 7497 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 26.01.2019-cu il tarixli müqaviləyə əsasən 245 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 17.03.2019-cu il tarixli müqaviləyə əsasən 426 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 08.06.2019-cu il tarixli müqaviləyə əsasən 740 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 08.06.2019-cu il tarixli müqaviləyə əsasən 78 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 24.08.2019-cu il tarixli müqaviləyə əsasən 150 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 28.08.2019-cu il tarixli müqaviləyə əsasən 774 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 29.09.2019-cu il tarixli müqaviləyə əsasən 390 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 12.11.2019-cu il tarixli müqaviləyə əsasən 585 manat ödənilməmiş hissə, 5 manat dəbbə; 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 323 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu; 23.11.2019-cu il tarixli müqaviləyə əsasən 624 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 1246 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən 150 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 24.12.2019-cu il tarixli müqaviləyə əsasən 825 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu. 31.12.2019-cu il tarixli müqaviləyə əsasən 871 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 7497 (yeddi min dörd yüz doxsan yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar