Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2533/2021 21.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X8, Yulıya mebel üçün 91 (doxsan bir) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung TV üçün 799 (yeddi yiiz doxsan doqquz) manat ödənilməmiş hissə, 246 (iki yüz qırx altı) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV, Panasonic markalı Trimmer üçün 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 130 (yüz otuz) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Playstatıon-4 Sony və LG markalı kondisioner üçün 1642 (min altı yüz qırx iki) manat ödənilməmiş hissə, 473 (dörd yüz yetmiş üç) manat dəbbə pulunun, ümumilikdə 3869 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3899 manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış K00227507 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin əslindən müəyyən olunur ki, satıcı “xxxx” MMC X6 və Yulıya mebelini cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, K00227507 nömrəli müqaviləyə əsasən Cavabdeh X7 və Yulıya mebelini təhvil almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz və tərkib hissəsi olan ödəmə cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək hər ay 36 manat olmaqla, ümumilikdə 864 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 00251632 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin əslindən müəyyən olunur ki, satıcı “xxxx” MMC Samsung QE55Q6FAMUXRU markalı televizoru cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, 00251632 nömrəli müqaviləyə əsasən cavabdeh Ağayeva X1 QE55Q6FAMUXRU markalı televizoru təhvil almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz və tərkib hissəsi olan ödəmə cədvəlinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək hər ay 164 manat olmaqla, ümumilikdə 3252 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 00509606 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin əslindən müəyyən olunur ki, satıcı “xxxx” MMC Samsung LED 43NU7140UXRU markalı televizoru, Panasonic ER-GB70-S520 markalı saç qırxanı cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, 00509606 nömrəli müqaviləyə əsasən Cavabdeh LED 43NU7140UXRU markalı televizoru, Panasonic ER-GB70-S520 markalı saç qırxanı təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz və tərkib hissəsi olan ödəmə cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək hər ay 145 manat olmaqla, ümumilikdə 1595 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 00542115 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin əslindən müəyyən olunur ki, satıcı “xxxx” MMC 4 Sony 500 GB Slim markalı Playstationu və LG A24CMH markalı kondisioneri cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, 00542115 nömrəli müqaviləyə əsasən Cavabdeh 4 Sony 500 GB Slim markalı Playstationu və LG A24CMH markalı kondisioneri təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz və tərkib hissəsi olan ödəmə cədvəlinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək hər ay 263 manat olmaqla, ümumilikdə 3156 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 91 manat məbləğində əsas və 32 manat məbləğində dəbbə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 799 manat məbləğində əsas və 246 manat məbləğində dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 456 manat məbləğində əsas və 130 manat məbləğində dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1642 manat məbləğində əsas və 473 manat məbləğində dəbbə borcu vardır. İş materiallarında olan “xxxx” MMC-nin Cavabdeh ünvanladığı bildirişə əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilələrə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 91 manat məbləğində əsas, və 5 manat məbləğində dəbbə borcu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 799 manat məbləğində əsas, və 10 manat məbləğində dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 456 manat məbləğində əsas, və 10 manat məbləğində dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1642 manat məbləğində əsas və 10 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2988 manat əsas borc, 35 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan “xxxx” MMCyə ödənilməlidir. Məhkəmə hesab edir ki, 881 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 35 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Halbuki, MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X8, Yulıya mebel üçün 91 (doxsan bir) manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung TV üçün 799 (yeddi yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED TV, Panasonic markalı Trimmer üçün 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 10 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Playstatıon-4 Sony və LG markalı kondisioner üçün 1642 (min altı yüz qırx iki) manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, nun, ümumilikdə 3023 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2533/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2533/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver