Məhkəmə qərarları › İş №2(004)-2534/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2534/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2534/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC - nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC - nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli müqavilə üzrə Gree markalı kondisioner üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə Gree markalı kondisioner üçün 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 202 (iki yüz iki) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3 ədəd Gree markalı kondisioner üçün 2084 (iki min səksən dörd) manat ödənilməmiş hissə, 607 (altı yüz yeddi) manat dəbbə, ümumilikdə 4234 manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4264 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ““xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 5 ədəd Gree markalı kondisioner almış və nəticədə 4234 (dörd min iki yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yiiz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) Gree markalı kondisioner üçün ümumilikdə, 666 altı yüz altmış altı) manat olmaqla ondan, 510 (beş yüz on) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 810 (səkkiz yüz on) manat (18 ay x 45 nanat + 0 manat ilkin ödəniş) Gree markalı kondisioner üçün ümumilikdə, 877 (səkkiz yüz yetmiş yeddi) manat olmaqla ondan, 675 (altı yüz yetmiş beş) manat ödənilməmiş hissə, 202 (iki yüz iki) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2430 (iki min dörd yüz otuz) manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) 3 ədəd Gree markalı kondisioner üçün ümumilikdə, 2691 (iki min altı yüz doxsan bir) manat olmaqla ondan, 2084 (iki min səksən dörd) manat ödənilməmiş hissə, 607 (altı yüz yeddi) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 691 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirmişdir ki, maddi vəziyyəti ilə əlaqədər müqavilə üzrə borcunu ödəyə bilməmişdir. Məhkəmədən əsas borca hesablanmış cərimə məbləğlərinin azaldılması və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 00808205 №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 720 (yeddi yüz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) dəyərində əşyanı (Gree markalı kondisioner) hər ay 40 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarından həmçinin görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 00828108 nömrəli xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 810 (səkkiz yüz on) manat (18 ay x 45 manat + 0 manat ilkin ödəniş) olan əşyanı (Gree markalı kondisioner) hər ay 45 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarından həmçinin görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 00869723 nömrəli xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 2430 (iki min dörd yüz otuz) manat (18 ay x 135 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd əşyanı (Gree markalı kondisioner) hər ay 135 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00808205 nömrəli alqı-satqı müqaviləsi üzrə Gree markalı kondisioner, xx.xx.2019-cu il tarixli təhviltəslim aktına əsasən 00828108 nömrəli alqı-satqı müqaviləsi üzrə Gree markalı kondisioner, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00869723 nömrəli alqı-satqı müqaviləsi üzrə 3 ədəd Gree markalı kondisioner tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan X3 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh tərəfindən 210 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 510 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 156 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə alıcı Cavabdeh tərəfindən 135 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 675 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 202 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə alıcı Cavabdeh tərəfindən 346 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 2084 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 607 manat cərimə hesablanmışdır. Hər üç müqavilə üzrə cəmi ödənilmiş məbləğ 691 manat olmuşdur, ödənilməmiş məbləğ isə 3269 manat, dəbbə pulu 965 manat olmaqla, ümumilikdə Cavabdeh 4234 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 156 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 15 manat məbləğində müəyyən edilməsini, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 202 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 20 manat məbləğində müəyyən edilməsini və xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 607 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 60 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00808205 nömrəli müqavilə üzrə 510 manat borc və 15 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00828108 nömrəli müqavilə üzrə 675 manat borc və 20 manat dəbbə pulu olmaqla, xx.xx.2019-cu il tarixli 00869723 nömrəli müqavilə üzrə 2084 manat borc və 60 manat dəbbə pulu olmaqla ümumilikdə 3364 (üç min üç yüz altmış dörd) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00808205 nömrəli müqavilə üzrə 510 (beş yüz on) manat borc və 15 (on beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00828108 nömrəli müqavilə üzrə 675 (altı yüz yetmiş beş) manat borc və 20 (iyirmi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00869723 nömrəli müqavilə üzrə 2084 (iki min səksən dörd) manat borc və 60 (altmış) manat dəbbə pulu olmaqla, ümumilikdə 3364 (üç min üç yüz altmış dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar