Məhkəmə qərarları › İş №2(004)-2535/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2535/2023

06.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2535/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi Rəhman qızının iştirakı ilə, Ərizəçi Rəhman qızının Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhman qızı Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu – xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və çıxarılmış qətnamənin iddiaçının onun üzərində qəyyum təyin edilməsi üçün əsas sənəd hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun X4 ilə birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2005-ci il tarixdə X3 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5174/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və uşaqlar ananın himayəsində qalmışdır. Oğlu Mirrahim İ qrup əlildir. ƏƏSMNnin göndərişinə əsasən xx.xx.2013-cü il tarixdən hazıra kimi 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində yaşayır. Ona ağır kəmağıllılıq, uşaq serebral iflicinin qalıqları, nitq inkişafının geriləməsi və qıcolma sindromu diaqnozu qoyulmuşdur. Ona görə də oğlu X1 məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Rəhman qızı ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tibbi-sosial ekspert komissiyası tərəfindən verilən arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 ağır kəmağıllılıq, uşaq serebral iflicinin qalıqları, nitq inkişafının geriləməsi və qıcolma sindromu diaqnozu aşkar edilməklə sağlamlıq imkanlrı məhdud uşaqdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2535/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1748 saylı rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1748 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici diaqnozu aşkar olunmuşdur. X3 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizənin çıxarılmış qətnamənin iddiaçının onun üzərində qəyyum təyin edilməsi üçün əsas sənəd hesab edilməsi hissəsində məhkəmə hesab edir ki, bu səlahiyyət məhkəmənin deyil, Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyəti olduğundan təmin edilməməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub qismən təmin edilməli, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar