Məhkəmə qərarları › İş №2(004)-254/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-254/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-254/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Zülfuqar oğluna və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 Zülfuqar oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 13980 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb olunması, cavabdehlər Cavabdeh1 Zülfuqar oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2019cu il tarixindən hesabianmaqla ödənilməmiş 17475 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, X1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən pendir sexi 7 illik, 2025-ci ilədək, aylıq icarə haqqı 1165 manat olmaqla Cavabdeh1 Zülfuqar oğluna icarəyə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun İ.Ağayevə qarşı 40000 ABŞ dolları borc pul tələbinə dair iddiası təmin edilmiş və qətnamə qüvvəsini almışdır. Həmin qətnamənin icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli təklifi ilə İ.Ağayevin ona olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında borclunun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi tələbkara təklif edilmişdir. O isə, həmin təklifı qəbul etmiş, sözügedən daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsi üçün tədbir görülməsini İcra və Probasiya Şöbəsindən xahiş etmişdir. Nəticə etibarı ilə əmlak onun adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Qanunun mənasından da göründüyü kimi, icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır, yəni öhdəlik dəyişmir, yalnız öhdəlikdə şəxslər dəyişir ki, bu həmin öhdəliyin mahiyyətini pozmur. Bu səbəbdən də cavabdeh icarə müqaviləsi üzrə icra haqqlarını yeni mülkiyyətçiyə, yəni ona ödəməlidir. Lakin cavabdeh bunu bildiyi halda ona münasibətdə vicdanlı davranmamış, xx.xx.2019-cu il tarixdən icarə haqqını iddiaçıya ödəmək əvəzinə bundan yayınmış, bununla da icarə müqaviləsi üzrə 13980 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hesab edir ki, nə qədər ki, bu hüquqi fakt təkzib olunmayıb, yəni o, əmlakın mülkiyyətçisidir, sözügedən prezumpsiya qüvvədədir və həmin icarə müqaviləsi üzrə icarə haqqı da ona verilməlidir. İddiaçı məhkəməyə ünvanlanan ərizədə, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 Zülfuqar oğlu və Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, icarəyə verən X3 ilə Cavabdeh1 Zülfuqar oğlunun şəxsində icarəçi Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evini aylıq icarə haqqı 1165 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək icarəçinin icarəsinə vermişdir. Müqavilə Bakı şəhəri 53 saylı notariat kontorunun notariusu S.Ələkbərova tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-14 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-304/2018 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 40000 ABŞ dolları borcun (ödəniş gününə manata məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Eyni zamanda, məhkəmənin 2(004)-6563/2017 saylı qərardadı ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Sözügedən qətnamə icra olunması üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və görülmüş icra tədbirləri əsasında qeyd olunan əmlak borc məbləğinin qismən ödənilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin tələbinə əsasən 51000 manata ona təklif olunmuşdur. Tələbkar tərəfindən təklif dəyərləndirilərək borc məbləğinin qəbul edildikdən sonra mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada tanınmış və xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6610/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Allahqulı̇ yev Süleyman Zülfüqar oğlunun cavabdeh Ağayev İbrahı̇ m Ağabala oğluna qarşı “behlə təmin edilmiş öhdəliyə xitam verilməsi və vurulmuş zərərin tutulması tələbinə dair" iddiası qismən təmin edilərək, cavabdehdən xx.xx.2017-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 60000 manat məbləğində pulun iki misli, yəni 120000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Zülfiqar oğlu ilə Ağayev İbrahı̇ m Ağabala oğlu Abşeron rayonu Novxanı kəndində yerləşən, cavabdehə məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə və həmin torpaq sahəsinin ətrafında olmaqla bələdiyyəyə məxsus və cavabdeh tərəfindən əldə olunaraq satılmalı olan 0,12 ha torpaq sahəsinə dair 10000 manat məbləğə alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüş, iddiaçı cavabdehə 60000 manat beh vermiş, lakin cavabdeh müqavilə şərtləri pozulmaqla, həmin behi qaytarmaqdan yayınmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmasının təmini üsulu kimi, qeyd olunan əmlakın icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmçinin üçüncü şəxs İddiaçı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, “Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-304/2018 saylı qətnaməsi ilə cavabdeh X2 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək cavabdehdən 40000 ABŞ dolları borcun tutulması qət edilmişdir. Eyni zamanda məhkəmənin 2(004)-6563/2017 saylı qərardadı ilə RX seriyalı, ******* saylı Çıxarışa əsasən X1 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Sözügedən qətnamə icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra və Probasiya şöbəsində göndərilmiş və görülmüş icra tədbirləri əsasında qeyd olunan əmlak borc məbləğinin qismən ödənilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin tələbinə əsasən ona 51000 manata təklif olunmuşdur. Tərəfindən təklif dəyərləndirilərək borc məbləğinin qismən icra olunması şərtilə qəbul edildikdən sonra müvafiq sənədləri aidiyyəti üzrə Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə göndərilməsi ərəfəsində ona məlum olmuşdur ki, həmin əmlakın üzərinə əlavə olaraq Yasamal rayon Məhkəməsi tərəfindən yenidən həbs qoyulmuşdur. 2 il X3 ilə həbs qoyulmuş ünvanda “Pendir sexi”ndə şərik işləyən Cavabdeh1 Zülfiqar oğlu əvvəl iş icrada olanda icarədar kimi işi dayandırmaq istəmiş, alınmadığı təqdirdə X3 ilə (öz şəriki) əlbir olub icradakı işinə mane olmaq üçün yalançı əqd, pərdə arxasında “Beh” müqaviləsi - öz aralarında notariat təsdiqini tapmayan bir kağız imzalamışdırlar. İş məhkəmədə iki ildi gedir. Bu günə qədər Cavabdeh1 niyə məhkəməyə müraciət etmirdi? Son anda iş icrada aidiyyəti üzrə Reyestr Xidmətinə gedən gün aralannda razılaşıb müraciət etmiş, onun qanunla qorunan maraqlarını ciddi şəkildə pozub bu yalançı iddiaları ilə icraatda olan işi dayandırmışlar”. Üçüncü şəxs İddiaçı etirazı məhkəmə tərəfindən əsassız hesab olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən X3 ilə Cavabdeh1 Zülfuqar oğlunun şəxsində Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin əslində tərəflər arasında gələcəkdə Abşeron rayonu Novxanı kəndində yerləşən, X2 məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evinin və həmin torpaq sahəsi ilə birlikdə alqı-satqısının təminatı qismində bağlanmasının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsbit olunmasını, həmin qətnamə ilə İddiaçı etirzanın qəbul edilməməsini, icarə müqaviləsinin görüntü xarakterli olmasını, İddiaçı tərəfindən həmin halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsini, həmçinin, icarə müqaviləsinə xitam verilənədək, müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun tutulması üçün icarə müqaviləsinin hal-hazırda qüvvədə olmasının və 17475 manat icarə haqqının ödənilməsinin iş materialları ilə sübuta yetirilmədiyini və buna dair hər hansı sübut təqdim edilmədiyini nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq qeyd edir ki, iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı yeni mülkiyyətiçi olaraq icarə hüququnun ona məxsus olmasına iddia edirsə, o bu barədə cavabdehə rəsmi xəbərdarlıq etməli, hüququnun həyata keçirilməsində hər hansı maneə olarsa icarə müqaviləsinin müddəalarının (tərəflərlə bağlı) dəyişdirilməsi ilə bağlı məhkəmə müdafisəindən istifadə hüququnu nəzərə almalıdır ki, bu mülki iş üzrə də belə bir tələb irəli sürülməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Cavabdehlər Cavabdeh1 Zülfuqar oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun tutulması barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar