Məhkəmə qərarları › İş №2(004)-2547/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2547/2021

20.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2547/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdr. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bağlar massivi ev 1013 onun şəxsi mülkiyyətindədir. 2019-cu ilin əvvəlində o, Sabunçu rayon Qaz idarəsinin qaynar xəttinə zəng edərək bildirmişdir ki, ona məxsus olan sayğacın qarşısından keçən zaman sayğacdan qaz sızması olduğunu hiss edir. Bu müraciətindən sonra xx.xx.2019-cu ili tarixində sayğaca baxış keçirilmiş və həqiqətən də sayğacdan evə daxil olan boruda sızmanın olması müəyyən olunmuşdur. Həmin vaxt nəzarətçilər ona bildirmişdirlər ki, yaranmış bu problemi aradan qaldırmaq üçün möhürü sökmək lazımdır. O da öz növbəsində bildirmişdir ki, “təmiri edən sizsiniz və mənim yeganə tələbim sızmanın aradan qaldırılmasıdır”. Həmin şikayətinin əsasında xx xxx 2019-cu il tarixində ona məxsus olan evin sayğacında olan problem müsbət həll edilmiş və bu barədə onun iştirakı ilə ******* saylı tarixli akt tərtib olunmuşdur. Bir halı nəzərə çatdırır ki, sayğacın təmiri zamanı nəzarətçilər tərəfindən ilkin möhür sökülmüş və təmirdən sonra yerindəcə ikinci möhür ilə möhürlənmişdir. Bu hadisədən sonra eyni ilin yəni 2019-cu ilin avqust ayında Qaz idarəsindən nəzarətçilər ona müraciət edərək bildirmişdirlər ki, yaşadığı ərazidə olan bütün sayğacların istirmar müddəti bitdiyindən dəyişdirilməlidir və bu səbəbdən də, ona məxsus sayğacı da yenisi ilə əvəz etdilər. xx.xx.2020-ci ildə qazdan istifadə etməyi üçün karta pul yükləyən zaman müəyyən etmişdir ki, köçürdüyü məbləğ borca silinmişdir. Qaz idarəsi ilə əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, sayğacın istirmar müddəti bitdiyi səbəbilə dəyişdirən zaman sayğacın karroziyaya uğraması müəyyən olunmuş və bu barədə xx.xx.2019-cu il tarixli ******* saylı AKT tərtib edilmiş və həmin akta əsasən ona 486 manat cərimə borcu yazılmışdır. Xatırladır ki, ona məxsus olan evin sayğacına baxış may ayında keçirilmişdir. Sözü gedən aktın tərtib olunmasına isə səbəb qaz sızıntısı olmuşdur. Əgər belə bir qüsur olsaydı sayğaca baxış zamanı o məlumatlandırılmalıydı. Aşağıda göstərdiyi səbəblərə görə iddiasını əsaslı hesab edir. Birinci xx.xx.2019-cu il tarixində Qaz idarəsindən gələn şəxslər onun iştirakı ilə sayğacı dəyişdirmiş, lakin tərtib etdikləri xx.xx.2019-cu il tarixli ******* saylı AKT barəsində nə onu məlumatlandırmış, nə də ona imzalamağı təklif etmişlər. Amma aktda yalandan yazıblar ki, guya imtina etmişdir. Yay ayı olduğu uçun həmin vaxt bağlarda yaşayan butun qonşular təsdiq edə bilər ki, o qaz idarəsinin işçilərinə nəzarət etmiş və heç bir aktın tərtib olunması halı olmamışdır. İkincisi niyə sayğacda olan karroziya xx.xx.2019cu il tarixində aşkar olunduğu təqdirdə bu barədə o, 16 aydan sonra yəni xx xxxxxx 2020ci il tarixində məlumatlanmışdır. Üçüncüsü isə qaz sayğacı evdən kənarda quraşdıldığından ona nəzərəti cavabdehin özü etməlidir. Qeyd olunanlara əsasən Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli Aktın ləğv edilməsi və həmin AKT əsasında qanunsuz və əsassız olaraq hesablanmış 486 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi bardə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1013 saylı bağ sahəsi İddiaçı adına mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 209 saylı reyestr kitabının 19394 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1013 saylı bağ sahəsindəki Smart G4 sayğacı Smart G4-1 sayğacı ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yerləşən 1013 saylı ünvanında yerləşən istehlakçı İddiaçı aid qaz sayğacın laboratoriyanın rəyinə əsasən yivli birləşmələrinin korroziyaya uğraması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş **********30000 saylı abonentin saldosundan görünür ki, 4 nəfərin qeydiyyatda olduğu, 4 gözlü qaz plitələri (PQ-4) (1/1) quraşdırıldığı ünvan 1 ünvanı üzrə abonent İddiaçı 08/2019-cu il tarixdə təbii qaz sərfiyyatına görə 486 manat borc hesablanmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, tərtib olunan xx.xx.2019-cu il tarixli, ******* saylı akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borclar silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan akt hazırki iş üzrə iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan, həmin akt etibarsız hesab (ləğv) edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, İddiaçı məxsus olan ünvan 1ə dair Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ******* nömrə ilə tərtib edilmiş akt ləğv edilməli və həmin akta əsasən hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 1ə dair Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ******* nömrə ilə tərtib edilmiş akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar