Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2568/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23-M-1-0-756-14 saylı 2014-cü2 il tarixli kredit və zaminlik müqaviləsi və həmin müqavilə üzrə 18 mart 2015-ci il tarixli əlavənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə zaminin üzərinə düşən öhdəliklərdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-237/2020 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və Namazov Zahid Oruc oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilərək cavabdehlər İddiaçı və Namazov Zahid Oruc oğlundan müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24934,02 manat əsas borc, 2079,93 manat faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1607,70 manat məbləğində əldən çıxmış fayda borcu, cəmi 28621,65 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Namazov Zahid Oruc oğlu apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2127/2021 saylı qətnaməsinə əsasən cavabdeh Namazov Zahid Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-237/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Daha sonra cavabdeh Namazov Zahid Oruc oğlu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2127/2021 saylı qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4973/2022 saylı qərarına əsasən cavabdeh Namazov Zahid Oruc oğlunun kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2127/2021 saylı qətnaməsinin borclu Namazov Zahid Oruc oğluna aid hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə müəyyən etmişdir ki, Namazov Zahid Oruc oğlu ilə Cavabdeh ASC arasında eyni tələb üzrə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi, eyni tərəflər arasında eyni mübahisə üzrə tələb artıq məhkəmə tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-2127/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. xx.xx.2023-cü il tarixli (qəbz nömrəsi: **********) qəbzi (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu: 1, VÖEN: **********) üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən Namazov Zahid Oruc oğluna qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) günmüddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2568/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2568/2023
31.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver