Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2588/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 27 fevral 2020-ci il tarixində o, evdə olmayanda “xxxx” ASC-nin əməkdaşları onun yaşadığı ünvan 1 ünvanına gələrək orada elektirik naqillərina baxış keçirərkən elektirik naqilinin qırılıb calaq olduğunu görmüş və belə qənaətə gəlmişlər ki, guya həmin xəttə müdaxilə olunaraq oraya əlavə xətt qoşulmuşdur. Bunun üçün də xəttə müdaxilə olmasını zənn edərərk Akt tərtib etmişlər. Qeyd etmək istəyir ki, Akt tərtib edilən vaxt ona məlumat verilməmiş va Akta imza edilməsini ona bildirməmişlər. Bundan başqa o vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq Aktın surəti ona verilməmişdir. Bununla da açıq şəkildə görünür ki, “xxxx” ASC-nin əməkdaşları saxtakarlığa yol vermiş, əsassız va qanunsuz atk tərtib etmişlər. Tərtib olunmuş aktın surəti ona verilməmiş və aktı imzalatmamışlar. Bundan başqa həyətdən kənarda küçədə elektirik naqilinin qırıldığını və sonradan calaq olunaraq birləşdirildiyini dəfələrlə “xxxx” ASC-nin əməkdaşlarına bildirmiş, onlar buna məhəl qoymayaraq bildirmişlər ki, təzə xəttin çəkilməsi üçün onların vəsaiti yoxdur. Qeyd etmək istəyir ki, onun 82 yaşı var və onun elektirik xəttinə müdaxilə etməsi heç cür həqiqətə uyğun deyildir. Bağlanmış Akt karandaş ilə imza edilmiş, sözlər karandaşla yazılmışdır. Bununla da görünür ki, 82 yaşlı qadına cərimə yazılmasını öz maddi məqsədləri üçün sui-istifadə edərək saxtakarlığa yol verilmiş, nəticə etibarı ilə ona xeyli miqdarda zərər vurmuşlar. Bununla da, akt əsassız tərtib olunmuş və saxtakarlığa yol verilmişdir. Onu da qeyd etmək istəyir ki, tərtib olunmuş aktın surətini bir neçə aylar keçdikdən sonra çox çətinliklə ona vermişlər. Göstərilənlərə əsasən “xxxx” ASC tərəfindən ona qarşı əsassız və qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş 017870 saylı, 27.02.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş 000429 saylı, 22.08.2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 226.16 manat borcun və 017870 saylı, 27.02.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 68.75 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən onun anasına məxsus mənzilə iki müxtəlif vaxtlarda aktlar tərtib edilmişdir. Belə ki, birinci akt 22.08.2019-cu il tarixdə tərtib edilmiş və həmin akt əsasən onların mənzilinə 226.16 manat məbləğində borc hesablanmışdır. İkinci akt isə 27.02.2020-ci il tarixdə tərtib edilmiş və həmin akta əsasən də 68.75 manat cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsi əsassızdır, iddia tələbi iddia ərizəsinə əlavə olunmuş sübutlarla təsdiq edilmir, formal mülhizəyə əsaslanmışdır. Belə ki, 22.08.2019-cu il tarixdə “xxxx” ASC-nin əməkdaşları abonent İddiaçı yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı “sayğac dövrədən kənarlaşdırılıb, abonent sayğacın alt qapaq möhürünü qırıb, giriş faza xəttini sayğacdan çıxarıb birbaşa mənzilə qoşmuşdur” qüsurunun aşkar olunması səbəbilə SQUN AKT № 000429 nömrəli akt tərtib edilmiş, sonradan “xxxx” ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplekslərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 2056 kvts itirilmiş elektrik enerjisinin əvəzi olaraq 226.16 manat məbləğində hesablanmış borc İddiaçı adına olan **********70003 saylı abunə hesabına daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi müəyyən edilmişdir. Bununla yanaşı 27.02.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları abonent İddiaçı yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı “sayğacın qırış sıfır qrifi” qüsurunun aşkar olunması səbəbilə NDM AKT № 017870 nömrəli akt tərtib edilmiş, sonradan “xxxx” ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplekslərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 665 kvts itilmiş elektrik enerjisinin əvəzi olaraq 68.75 manat məbləğində hesablanmış borc İddiaçı adına olan **********70003 saylı abunə hesabına daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının NK-nin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.32-ci bəndinə əsasən Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan: - 000429 nömrəli, 22.08.2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 167 saylı evdə quraşdırılmış sayğacın qapaq möhürü sındırılmışdır. - 017870 nömrəli, 27.02.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 167 saylı evdə quraşdırılmış sayğacın giriş sıfır qrifi yanmış, evi qidalandıran elektrik xətti şəbəkəyə birbaşa qoşulmuş və sayğacın yenisi ilə əvəz edilməsi təklif edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh qurumun nümayəndələri tərəfindən tərtib olunmuş 000429 nömrəli, 22.08.2019-cu il tarixli akta əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi ünvanında yerləşən Qədirli küçəsi, 167 saylı evdə yerləşən sayğacın alt qapaq möhürünün qırıldığı, giriş faza xəttinin sayğacdan çıxardılaraq birbaşa mənzilə qoşulduğu müəyyən edilmişdir. Bu barədə cavabdeh qurumun nümayəndələri tərəfindən 000429 nömrəli, 22.08.2019-cu il tarixli akt tərtib edilmişdir. Daha sonra 27.02.2020-ci il tarixdə sözü gedən ünvana baxış keçirilmiş və baxış zamanı elektrik sayğacının giriş sıfır qrifinın yandığı, evi qidalandıran elektrik xəttinin şəbəkəyə birbaşa qoşulduğu müəyyən edilmiş və bu barədə də, 017870 saylı, 27.02.2020-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi ilə bağlı iddia əirəzəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 000429 saylı, 22.08.2019-cu il tarixli aktın ləğv edilməsini və həmin akt əsasında əsassız olaraq hesablanmış 226.16 manat borcun və 017870 saylı, 27.02.2020-ci il tarixli aktın ləğv edilməsini və həmin akt əsasında əsassız olaraq hesablanmış 68.75 manat borcun silinməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdeh tərəfindən tərtib edilmiş 000429 saylı, 22.08.2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 226.16 manat borcun silinməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qanunverciliyin mənasından göründüyü kimi, sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Sözü gedən ünvanda da yerləşən elektrik saycağı evdən kənarda yerləşdiyindən sayğaca sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşımışdır. Bundan başqa cavabdeh tərəfindən 000429 nömrəli, 22.08.2019-cu il tarixli akt tərtib edilsə də, həmin akt iddiaçı tərəfindən imzalanmamış və bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh qurum aktın etibarlılığını təsdiq edın digər sübutları da, məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin 017870 saylı, 27.02.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında əsassız olaraq hesablanmış 68.75 manat borcun silinməsi hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən akta əsasən müvafiq evdə sayğacın giriş sıfır qrifinin yandığı (sayğacın yanması) müəyyən edilərək sayğacın yenisi ilə əvəz edilməsi qeyd edilmiş və komissiaynın 13.03.2020-ci il tarixli qərarına əsasən yanmış sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmşdır. İşin bu halı mübahisəsiz olaraq iddiaçı tərəfindən də etiraf edilmiş, işin araşdırılmış halları ilə həqiqətən də, sayğacın yanması səbəbindən dəyişdirildiyi və bu müddətdə də, yəni mübahisələndirilən ünvanda yeni sayğac quraşdırılanadək iddiaçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, sayğacın yenisi ilə əvəz olunduğu müddətdə mübahisəli mənzilə elektrik enerjisinin verilməsinın bir başa qoşulma ilə həyata keçirilməsini, iddiaçının abonent saldosuna (hesabdan çıxarış) əsasən orta aylıq enerji sərfiyyatını da nəzərə alaraq, 27.02.2020-ci il tarixdən mübahisəli ünvanda yeni sayğaq quraşdırılan tarixədək cavabdeh tərəfindən iddiaçıya X1yə görə 68.75 manat məbləğində borcun hesablanmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 167 saylı evə dair cavabdeh “xxxx” ASC tərəfindən 22.08.2019-cu il tarixdə 000429 nömrə ilə tərtib edilmiş akt ləğv edilməli və həmin akta əsasən hesablanmış 226 (iki yüz iyirmi altı) manat 16 (on altı) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 167 saylı evə dair cavabdeh “xxxx” ASC tərəfindən 22.08.2019-cu il tarixdə 000429 nömrə ilə tərtib edilmiş akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 226 (iki yüz iyirmi altı) manat 16 (on altı) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2588/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2588/2021
09.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver