Məhkəmə qərarları › İş №2(004)-259/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-259/2021

03.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-259/2021 03.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, XXX Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, XXX Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 124,40 kv.metr ümumi sahəsi olan paylı mülkiyyətdə payçılar cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1 və digər payçıların paylı mülkiyyətdə olan payları naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və X4 qarşı iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. İcra zamanı məlum olmuşdur ki, həmin ünvanda 124, 40 kv.metr ümumi sahəsi olmaqla, ayrı-ayrılıqda bir neçə mənzil yerləşir və iddiaçı Cavabdeh1 124,40 kv.metr ümumi sahədən 1/18 paya mülkiyyətçidir. İddiaçı Cavabdeh1 həmin mənzillərdən hansı sahəyə köçürülməsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı icraat zamanı müəyyən olunmuşdur ki, X5 və İddiaçı1 yaşadığı mənzil həmin həyətə girdikdə birinci aradan sağa döndükdə sağdan 3-cü qapıdır. X5, İddiaçı1 və İddiaçı2 iş üzrə tələbkar Cavabdeh1 onların mənzilinə deyil, həmin ünvanda olan digər 7 mənzildən birinə köçürülməli olduğunu bildirmişdir. İş üzrə tələbkar Cavabdeh1 isə onun X5, İddiaçı1 və İddiaçı2 ailəsi ilə yaşadığı 2 otaqlı mənzilə köçürülməli olduğunu bildirmişdir. İcra sənədində isə Cavabdeh1 həmin ünvanda olan mənzillərdən dəqiq olaraq hansına köçürülməli olduğu göstərilməlidir. Bu səbəbdən icra sənədinin icrası zamanı mübahisə yaranmışdır. Bu barədə, icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməkdə çətinlik yaranır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin olunmamışdır. Halbuki, həmin 124,40 kv.metr ümumi sahəsi olan mənzillərdə tələbkar Cavabdeh1 sahəsi natura şəklində müəyyən olunub, ona təhvil verilməlidir və ya natura şəklində bölünməsinin mümkün olub-olmaması müəyyən olunmalı idi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadını qanunsuz və əsassız hesab edib, həmin qərardadın qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunması xahiş olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ona görə ki, 124,40 kv.metr ümumi sahəsi olan mənzillərdə tələbkar Cavabdeh1 1/18 payı natura şəklində müəyyən olunub, ona təhvil verilməli idi. Yaxud natura şəklində bölünməsinin mümkün olub-olmaması müəyyən olunmalı idi. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir belə bir vəziyyətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi 2(004)-6397/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası faktiki olaraq qeyri-mümkündür. Çünki həmin ünvanda, yəni Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evi ayrı-ayrı 4 mənzildən ibarətdir. Cavabdeh1 faktiki yaşayış yeri müəyyən olunmadan, 1/18 paylı mülkiyyəti faktiki olaraq naturada bölünmədən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evinə köçürülməsi faktiki olaraq qeyri-mümkündür. Həmin mənzil paylı mülkiyyətdə olmaqla cavabdehlərdən başqa, 3-cü şəxslərin də hamısının paylı mülkiyyətindədir. Cavabdeh1 zahir oğlunun həmin mənzilə 1/18 hissəyə paylı mülkiyyət hüququ olsa da, onun cavabdehlərlə birlikdə, onlara məxsus olan sahədə faktiki yaşaması qeyri-mümkündür, həmin mənzilin faktiki olaraq 1/18 hissəyə natura şəklində bölünmədən, paylar müəyyən edilmədən, payçıların payları naturada müəyyən olunmadan qətnamənin icrası mümkündür. Mülkiyyətçilərin payları müəyyən olunsa da, 124,40 kv.metr ümumi sahəsi olan mülkiyyətin naturada bölünməsi bu günə kimi icra olunmamışdır. Həmin ünvanda tələbkar Cavabdeh1 30 ildən çoxdur ki, faktiki olaraq yaşamır. Onun başqa yerdə tam şəraitli yaşayış evi vardır. Lakin onun paylı mülkiyyət hüququ qanunla qorunur və saxlanılır. Onun həmin mənzildə olan 1/18 paylı mülkiyyət hüququnu alqı-satqı etməklə dəyərini almaq və ya digər paylı mülkiyyətçinin payını almaq hüququ vardır. Lakin mülkiyyətçilərin paylarının natura şəklində bölünməsi hazırda icra olunmadığından Cavabdeh1 hansı paya köçürülüb yaşaması məlum deyildir. Hazırkı şəraitdə onların birlikdə yaşaması qeyri mümkündür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6397/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 43 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən evin 1/18 pay hissəsi İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 43 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə Cavabdeh1 adına 1/18 hissəsi; Cavabdeh2 adına 3/18 hissəsi; Cavabdeh3 adına 4/16 hissədən 2 otaq (yaşayış sahəsi 28.6 kv.m); Cavabdeh4 adına 3/18 hissəsi; Cavabdeh5 adına 4/16 hissədən 1 otaq yaşayış sahəsi 12.4 kv.m, köməkçi sahə 4.7 kv.m) və 4/16 hissəsi; Cavabdeh6 adına 1/18 hissəsi; İddiaçı2 adına 1/36 hissəsi; İddiaçı1 -azil oğlunun adına 1/36 hissəsi qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2989 nömrəli rəyinə əsasən, iddiaçılar tərəfindən sahəsi 124.4 kv.m olan fərdi yaşayış evi olaraq təqdim edilən tikilidə (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasportda qeyd olunan “V” literli tikili i.v.58) Texniki Pasportda qeyd olunmayan əlavə tikililər inşa olunduğuna, texniki pasportda qeyd olunan otaqların daxilində konstruktiv dəyişikliklərin aparıldığına, həmçinin iddiaçıların paylarına düşən sahənin “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un 2.4-cü bəndinin tələbinə zidd olduğuna görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 və İddiaçı2 paylarının digər mülkiyyətçilərin paylarından naturada ayrılmasının texniki baxımdan mümkün olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası MM-nin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, XXX Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “paylı mülkiyyətdə olan payların naturada bölünməsi” tələbi əsaslı deyildir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2989 nömrəli rəyinə əsasən, iddiaçılar tərəfindən sahəsi 124.4 kv.m olan fərdi yaşayış evi olaraq təqdim edilən tikilidə (Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Texniki Pasportda qeyd olunan “V” literli tikili i.v.58) Texniki Pasportda qeyd olunmayan əlavə tikililər inşa olunduğuna, texniki pasportda qeyd olunan otaqların daxilində konstruktiv dəyişikliklərin aparıldığına, həmçinin iddiaçıların paylarına düşən sahənin “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un 2.4-cü bəndinin tələbinə zidd olduğuna görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 və İddiaçı2 paylarının digər mülkiyyətçilərin paylarından naturada ayrılmasının texniki baxımdan mümkün olmadığı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2989 nömrəli rəyinə uyğun bölgü aparılması mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar