Məhkəmə qərarları › İş №2(004)-2595/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2595/2020

16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2595/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” X3rşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxx” X3rşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” QSC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh QSC arasında müxtəlif dövrlərdə bir neçə kredit müqaviləsi bağlanmışdır. 2015-ci ilə qədər həmin müqavilələrin şərtlərini lazımınca yerinə yetirməyə çalışmışdır. Lakin 2015-ci ildə və daha sonra baş verən bir neçə devolvasiyadan sonra çətin vəziyyətlə üz-üzə qalmış və müqavilələrin baş vermiş iqtisadi problemlərlə bağlı ağırlaşmış şərtlərini ödəmək çətinləşmişdir. Bank bu vəziyyətdə güzəştə getmək istəməmiş və özündən asılı olmayaraq düşdüyü ağır durumdan istifadə edərək ona psixoloji basqıları gücləndirməyə başlamışdır. 2015-ci ilin sonlarında Bank onunla bağladığı kredit müqavilələrinin bir müqavilədə birləşdirilməsini tələb etmişdir. Yeni müqavilə layihəsi onun maraqlarına cavab vermədiyi, onsuz da ağır olan durumunu daha da ağırlaşdırdığı üçün razılıq vermək istəməmişdir. Lakin Bank onun əmlakını əlindən alacağı ilə təhdid edərək yeni müqaviləni imzalamağa razı salmış və onun iradəsinin əleyhinə olaraq cavabdehlə öncəki kredit müqavilələrinin birləşdirilərək bir sənəd formasına salınması nəticəsində Cavabdeh QSC-nin Sumqayıt Filialı arasında xx xxxxxxx 2015-ci il tarixli Kredit müqaviləsi imzalanmışdır. Daha sonra cavabdeh Sumqayıt Şəhər Məhkəməsində ona və iki ailə üzvünə qarşı böyük məbləğdə kredit borcunun, bank faizi borcunun və digər pul məbləğlərinin tutulması tələbi ilə iddia qaldırmışdır. Həmin məhkəmə xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ondan və digər cavabdeh ailə üzvlərindən müştərək qaydada 228798,54 ABŞ dolları məbləğində borcun və digər ödənişlərin tutulması və borcun onun əmlakına yönəldilməsi barədə qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qərarından Bankın verdiyi apellyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi xx xxxx 2018-ci ildə qətnamədə qismən dəyişiklik edərək məbləği 230.951,14 müəyyən etmişdir. Həmin qərardan onların verdiyimizi kassasiya şikayətini isə Ali Məhkəmə xx xxxxxx 2018-ci il tarixli qərarı ilə rədd etmişdir. Bu məhkəmə qərarları onun ağır vəziyyətə düşməyi nəticəsində bağlamağa məcbur edildiyi xx xxxxxxx 2015-ci il tarixli Kredit müqaviləsi əsasında çıxarılıb və həmin sənəd Mülki Məcəllənin 339cu və digər maddələrinin tələblərinə zidd olduğu üçün etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixdə İddiaçı ilə cavabdeh “xxxxxxxxxx” QSC arasında bağlanmış 03L000000297 saylı Kredit xətti müqaviləsi üzrə bağlanmış xx.xx.2013-cü il tarixli, 03R000022070 saylı Kredit razılaşmasına əsasən bank tərəfindən iddiaçıya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 % manat 71800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə İddiaçı ilə cavabdeh “xxxxxxxxxx” QSC arasında bağlanmış 03L000000297 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 03R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən iddiaçıya 112 ay müddətinə, aylıq faiz dərəcəsi 1% manat 211800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə İddiaçı ilə cavabdeh “xxxxxxxxxx” QSC arasında bağlanmış Girov müqaviləsindən görünür ki, iddiaçı “xxxxxxxxxx” QSC-də 001-003-22-2-0000710.36 saylı hesabında saxladığı 108000 ABŞ dolları məbləğində pulu bank qarşısında girov qoymuşdur. İş materiallarında olan 2(060)-13856/2016 saylı, xx.xx.2016-cı il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı, X4 və X1 müştərək qaydada «xxxxxxxxxx» QSC-nin xeyrinə 211800 ABŞ dolları məbləğində kredit borcu, 16970,14 ABŞ dolları məbləğində faiz borcu və 28,40 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 228798,54 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, Sumqayıt şəhəri, 16-cı mikrorayonda istifadədə olan 0.0147 ha toıpaq sahəsində İddiaçı mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 85,4 m2 yaşayış sahədən, 79,96 kv.m köməkçi sahədən sahədən ibarət 162B nömrəli fərdi yaşayış evinə və Sumqayıt şəhəri, 16-cı mikrorayon, 162C ünvanında İddiaçı xüsusi mülkiyyətində olan 0.0264 ha torpaq sahəsinə və üzərində yerləşən 3 mərtəbəli, 9 otaqlı, 190,5 kv.m yaşayış, 178,5 kv.m yardımçı və 369 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və 228798,54 ABŞ dolları məbləğindəborc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına «xxxxxxxxxx» QSC-yə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda istifadədə olan 0.0264 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olan 2 mərtəbəli, otaqlı, 85,4 kv.m yaşayış sahədən, 79,96 kv.m köməkçi sahədən sahədən ibarət 162B nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70195,44 manat və Sumqayıt şəhəri, 16-cı mikrorayon, 162C ünvanında İddiaçı xüsusi mülkiyyətində ola 0.0264 ha torpaq sahəsinə və üzərində yerləşən 3 mərtəbəli, 9 otaqlı, 190,5 kv.m yaşayış, 178,5 kv.m yardımçı və 369 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin. 156,860 manat məbləğində müəyyən edilməsi, xx.xx.2015-ci il tarixli 206 saylı arayış üzrə Sumqayıt şəhəri, 16-cı mikrorayon, 162C ünvanında istifadədə olan 0.0147 ha torpaq sahəsində İddiaçı mülkiyyətində olan 2 mərtəbəli, 4 otaqlı, 85,4 kv.m yaşayış sahəsindən, 79,96 kv.m köməkçi sahədən sahədən ibarət 162B nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı, X2 və X5 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilsin, onlar həmin fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi boşaldılması və «xxxxxxxxxx» QSC-nə təhvil verilməsi, Sumqayıt şəhəri, 16-cı mikrorayon, 162C ünvanında İddiaçı xüsusi mülkiyyətində olan 0.0264 ha torpaq sahəsinə və üzərində yerləşən 3 mərtəbəli, 9 otaqlı, 190,5 kv.m yaşayış, 178,5 kv.m yardımçı və 369 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra İddiaçı və X2 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilsin, onlar həmin fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi boşaldılsın və «xxxxxxxxxx» QSC-nə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2018 saylı, xx.xx.2018-ci il tarxili qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13856/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, cavabdehlər İddiaçı, X4 və X1 müştərək qaydada 211800 ABŞ dolları məbləğində kredit borcun, 16970,14 ABŞ dolları məbləğində faiz borcunun və 2181 ABŞ dollan məbləğində cərimə olmaqla, cəmi 230951 ABŞ dolları 14 sent məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla «xxxxxxxxxx» QSC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 8355/2018 saylı, xx.xx.2018-ci il taixli Qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2018 saylı, xx.xx.2018-ci il tarxili qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə İddiaçıilə cavabdeh “xxxxxxxxxx” QSC arasında bağlanmış 03L000000297 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 112 ay müddətinə 211800 ABŞ dolları məbləğində kredit verilmişdir.. Hazırda İddiaçı cavabdeh “xxxxxxxxxx” X3rşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13856/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, cavabdehlər İddiaçı, X4 və X1 müştərək qaydada 211800 ABŞ dolları məbləğində kredit borcun, 16970,14 ABŞ dolları məbləğində faiz borcunun və 2181 ABŞ dollan məbləğində cərimə olmaqla, cəmi 230951 ABŞ dolları 14 sent məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla «xxxxxxxxxx» QSC-yə verilməsi qət edilmişdir. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarından da görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yəni iddiaçının mübahisələndirdiyi 03L000000297 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə artıq başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Həmçinin məhkəmə hesab edir ki, mübahisələndirilən əqd faktiki olaraq iddiaçının iradə ifadəsini əks etdirdiyindən, bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır. Bundan əlavə məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçı 03L000000297 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsızlığı barədə xx.xx.2020-ci il tarixdə iddia qaldırmaqla, Azərbaycan Respublikası MM-in 354.2-ci maddəsi ilə müəyyən olunmuş iddia müddətini pozmuşdur. Odur ki, İddiaçı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar