Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-260/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhər Maraqlı şəxsnə, X4 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək anası X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onu üzərində qəyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Bakı şəhər Maraqlı şəxs və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının maraqlı şəxslər siyahısından çıxarılması və yalnız Bakı şəhər Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X3 2016-cı ildən davranış dəyişiklikləri və zehni qabiliyyətin itirilməsi ilə müşahidə olunan xəstəlik simptomları başlamışdır. Anasının sağlamlığında baş vermiş bu dəyişikliklərlə əlaqədar müxtəlif klinikalarda müayinələr aparılmış və onda demensiyanın başladığı müəyyən edilmişdir. Xəstəlik illər ərzində tədricən inkişaf etmiş, anasında yaddaşın və diqqətin azalması, təfəkkür pozğunluğu, zaman və məkanda oriyentasiyanın pozulması, söz seçməkdə, ünsiyyətdə çətinliklər və şəxsiyyət dəyişiklikləri kimi əlamətlər daha kəskin şəkildə özünü biruzə verməyə başlamışdır. Hal-hazırda o, xəstəliyi ilə əlaqədar hətta ən yaxın qohumlarını belə tanımaqda çətinlik çəkəcək səviyyədə yaddaşını itirmiş, şəxsi baxımı kömək olmadan icra edə bilmir, yeriməkdə çətinlik çəkir və yataq rejimindədir. Özünü idarə edə bilməməsi ilə əlaqədar daim ona nəzarət və qulluq etmək üçün ərizəçiyə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 529, ev 25, 45 saylı mənzildə onunla birlikdə yaşayır. Yuxarıda qeyd etdiyi səbəblərdən anası faktiki olaraq fəaliyyət qabiliyyətsizdir. O, öz hərəkətlərinin mahiyyətini anlamadığından ona aid təqaüdlə bağlı və digər sənədləşmə işlərinin aparılması, həmçinin ona məxsus əmlakların idarə edilməsi ilə bağlı üzərində qəyyum təyin edilməyini zəruri hesab edir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 3 saylı şəhər poliklinikası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş həkim-psixiatrın rəyinə əsasən müəyyən olunur ki, xx.xx.1949-cu il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə psixiatr tərəfindən müayinə olunmuş və ona dəqiqləşdirilməmiş demensiya diaqnozu qoyulmuşdur. Həmçinin qeyd edilmişdir ki, xəstə yataq vəziyyətindədir və daimi nəzarətə ehtiyacı vardır. İş materiallarında olan AZE seriyalı, 15332381 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, X6 xx.xx.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Nizami rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 486406 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və anası X5r. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 105 saylı rəyinə əsasən müəyyən edilir ki, yoxlanılan şəxs X3 “Demensiya (ağıl zəifliyi)” (F03) aşkar olunur. Bunu anamnestik məlumatlar (2017-ci ildən vəziyyətinin dəyişməsi, yaddaşının zəifləməsi, nitqinin pozulması, 4 ildir yataq xəstəsi olması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 3 saylı şəhər poliklinikasında “Dəqiqləşdirilməmiş demensiya (Xəstə yataq vəziyyətindədir. Daimi nəzarətə ehtiyacı vardır” diaqnozu ilə müalicədə olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv olması, verilən sualları anlamaması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X3 Demensiya (ağıl zəifliyi) müəyyən edilir. Yoxlanılan şəxs X6 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və onu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə qeyd edir ki, ərizəçi X2 yaxın qohumu – qızıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X2 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1949-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-260/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-260/2024
14.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver