Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2614/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik hüququndan məhrum edilmə, şəhadətnamənin ləğv edilməsi, miras əmlakda tam pay hüququnun müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: icraatın birləşdirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi X5, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik hüququndan məhrum edilmə, şəhadətnamənin ləğv edilməsi, miras əmlakda tam pay hüququnun müəyyən edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m- in 30,4 kv.m hissəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lA hissədə irs almalarına dair Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 06
dekabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə İddiaçı tam hissədə payının müəyyən edilməsi və İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 183,50 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə 2/6 hissə - 60,4 kv.m-in 30,4 kv.m hissəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək icraatda olan 2(004)-2614/2025 nömrəli mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-97/2025 nömrəli iş ilə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Vəsatətin əsaslarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatında iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər X5, İddiaçı, X6 və X3 qarşı ilkin iddia ərizəsi və iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşılıqlı iddia ərizəsi vardır (İş № e-2(004)- 97/2025; iddia ərizəsi və bildiriş təqdim edilir). Həmin iş hazırki iş ilə əlaqəlidir və həmin iddia ərizəsi üzrə baxılan tələb hazırki iddia tələbi ilə demək olar ki eynilik təşkil edir. Mülki işlər əlaqəli olduğundan və eyni tərəflərin iştirak etdiyi, demək olar ki, eynilik təşkil edən işlər olduğundan birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir.
Məhkəmə icraat iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, vəsatətin təmin olunmasına etiraz etdilər.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh İ.Razayevanın vəkili və nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verib, təmin olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Beləliklə, bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.
Məhkəmənin mövqeyi
8. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir.
9. Belə ki, məhkəmənin hakimi Gülnar Babazadənin icraatında olan 2(004)-97/2025 nömrəli mülki iş üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh X4 qarşı müqailələrin etibarsız hesab edilməsi, əmlakların miras paya daxil edilməsi, həmin əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Həmin iş üzrə hazırkı işdə iddiaçının nümayəndəsi olan Ramiz Rzayev tərəfindən yenə də bu iş üzrə Cavabdeh1 qarşı vərəsəlik hüququndan məhrum edilmə barədə qarşılıqlı iddia təqdim edilmişdir.
11. Göründüyü kimi, tərəflər arasında miras əmlaka dair həm əmlakların paya daxil edilməsi, həm də vərəsəlik hüququndan məhrum edilmə barədə tələblərə artıq məhkəmənin icraatında olan digər işdə baxılır.
12. Belə olan halda, eyni tərəflər arasında eyni əmlaka dair mübahisəyə ayrıca icraatda yenidən baxılmağa başlanması prosessual qənaət prinsipinə uyğun olmamaqla, ədalət mühakiməsinin səmərəliliyinə də xələl gətirir.
13. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi birbiri ilə əlaqəsi olan oxşar mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırkı və hakim Gülnar Babazadənin icraatında olan e-2(004)-97/2025 nömrəli mülki işlər üzrə tərəflər eyni olmaqla hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur.
14. Beləliklə, məhkəmə hesab edir ki, icraatda olan 2(004)-97/2025 nömrəli mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq 2(004)-2614/2025 nömrəli mülki iş ilkin olaraq icraata götürülmüş e- 2(004)-97/2025 nömrəli mülki işlə birləşdirilməlidir.
15. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik hüququndan məhrum edilmə, şəhadətnamənin ləğv edilməsi, miras əmlakda tam pay hüququnun müəyyən edilməsi tələbinə dair 2(004)-2614/2025 nömrəli mülki iş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) icraatında olan iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh X4 qarşı müqailələrin etibarsız hesab edilməsi, əmlakların miras paya daxil edilməsi, həmin əmlaklara payın müəyyən edilməsi tələbinə dair ilk, cavabdehin iddiaçılara qarşı vərəslik hüququndan məhrum edilmə tələbinə dair qarşılıqlı iddialarına dair e-2(004)-97/2025 nömrəli mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və mülki işə e-2(004)-97/2025 nömrə ilə baxılsın. Qərardaddan şikayət verilə bilməz.
HAKİM Aytəkin Əsədzadə