Məhkəmə qərarları › İş №2(004)-2623/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2623/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2623/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEA kod **********38591 iPhone Xs markalı telefon üçün 3008 manat ödənilməmiş hissə, 434 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEA kod **********15624 X2 A markalı telefon üçün 258 manat ödənilməmiş hissə, 77 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Samsung markalı televizor üçün 2239 manat ödənilməmiş hissə, 604 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEA kod **********20295 Samsung Galaxy S9 markalı telefon üçün 1640 manat ödənilməmiş hissə, 495 manat dəbbə və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEA kod **********00476 iPhone X markalı telefon üçün 1870 manat ödənilməmiş hissə, 561 manat dəbbə, ümumilikdə 11186 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11216 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEA kod **********38591 iPhone Xs, İMEA kod **********15624 X2 A, İMEA kod **********20295 Samsung Galaxy S9, İMEA kod **********00476 iPhone X markalı telefonlar və iki ədəd Samsung markalı televizor almış və nəticədə 11186 manat borc yaranmşıdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3363 manat (18 ay x 181 manat + 105 manat ilkin ödəniş) olan İMEA kod **********38591 iPhone Xs markalı telefon 3442 manat olmaqla ondan, 3008 manat ödənilməmiş hissə, (1.81 manat x 240 gün) 434 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 615 manat (12 ay x 43 manat + 99 manat ilkin ödəniş) olan İMEA kod **********15624 X2 A markalı telefon üçün 335 manat olmaqla ondan 258 manat ödənilməmiş hissə, (0.43 manat x 180 gün) 77 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4532 manat (18 ay x 224 manat + 500 manat ilkin ödəniş) olan 2 ədəd Samsung markalı televizor üçün 2843 manat olmaqla ondan 2239 manat ödənilməmiş hissə, (2.24 manat x 270 gün) 604 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2106 manat (12 ay x 165 manat + 126 manat ilkin ödəniş) olan İMEA kod **********20295 Samsung Galaxy S9 markalı telefon üçün 2135 manat olmaqla ondan, 1640 manat ödənilməmiş hissə, (1.65 manat x 300 gün) 495 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3474 manat (18 ay x 187 manat + 108 manat ilkin ödəniş) olan İMEA kod **********00476 iPhone X markalı markalı telefon üçün 2431 manat olmaqla ondan, 1870 manat ödənilməmiş hissə, (1.87 manat x 300 gün) 561 manat dəbbə miqdarında borc yaranmşıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5075 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçının kredit müqaviləsi üzrə hesabladığı cərimə borcunun şişirdilməsini bildirmiş və iddianın cərimə borcu hissəsində azaldılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İddiaçı MMC-yə 9015 manat məbləğində əsas borcu, 2171 manat məbləğində dəbbə borcu, cəmi 11186 manat məbləğində borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş şərtləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli müqavilələri üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 434 manat məbləğində deyil 40 manat məbləğində, 77 manat məbləğində deyil 10 manat məbləğində, 604 manat məbləğində deyil 60 manat məbləğində, 495 manat məbləğində deyil 40 manat məbləğində və 561 manat məbləğində deyil 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEA kod **********38591 iPhone Xs markalı telefon üçün 3008 manat ödənilməmiş hissə, 40 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEA kod **********15624 X2 A markalı telefon üçün 258 manat ödənilməmiş hissə, 10 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Samsung markalı televizor üçün 2239 manat ödənilməmiş hissə, 60 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEA kod **********20295 Samsung Galaxy S9 markalı telefon üçün 1640 manat ödənilməmiş hissə, 40 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEA kod **********00476 iPhone X markalı telefon üçün 1870 manat ödənilməmiş hissə, 50 manat dəbbə, ümumilikdə 9215 (doqquz min iki yüz on beş) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar