Məhkəmə qərarları › İş №2(004)-2644/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2644/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2644/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə X5, Cavabdeh və "xxxx" MMC arasında "Öhdəliklərin ötürülməsi" müqaviləsi bağlanmış və MAS-4965 nömrəli Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan "Khazar SD" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili Lizinq müqaviləsi üzrə Cavabdeh MAS-4965 nömrəli Daxili Lizinq müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə ümumilikdə 1785,53 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli Daxili Lizinq müqaviləsinə əsasən İddiaçı MMC ilə X1 arasında bağlanmış razılaşma ilə lizinq alanın sifarişi ilə “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvgəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqaviləyə əsasən lizinq alan illik 17,5% olmaqla 48 ay müddətinə hər ay sabit pul məbləğində 407,60 manat, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumi məbləğ 22565 manat olmaqla həmin məbləğin 17000 manat hissəsi əsas məbləğ təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Öhdəliklərin ötürüləsi" haqqında müqaviləyə əsasən müəyyən olunur ki, X1, X5 və "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan "Khazar SD" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti istifadəsi və sahibliyinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Öhdəliklərin ötürüləsi" haqqında müqaviləyə əsasən müəyyən olunur ki, X5, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan "Khazar SD" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun müvəqqəti istifadəsi və sahibliyinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən ”Azərmaş” MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş arayışa əsasən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Daxili Lizinq" müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 933,86 (doqquz yüz otuz üç manat səksən altı qəpik) manat əsas, 685,60 (altı yüz səksən beş manat altmış qəpik) manat mükafat borcu, 166,07 (yüz altmış altı manat yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1785,53 (min yeddi yüz səksən beş manat əlli üç qəpik) manat borcu vardır. İş materiallarında olan BB 222790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, “Khazar SD” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-in 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. "Daxili Lizinq" müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən müqavilənin müqavilənin şərtlərini pozmaqla yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq pdənişləri müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Beləliklə, iş materiallarından görünür ki, lizinq müqaviləsi üzrə “Lizinq alan” Cavabdeh “Lizinq verən” İddiaçı MMC qarşısında müqavilə öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur və nəticədə Cavabdeh İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, dəbbə pulunu 166,07 (yüz altmış manat yeddi qəpik) manat məbləğində deyil, əsas borcun 10%-i miqdarında, yəni, 90 (doxsan) manat məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Məhkəmə mülki münasibətlərin sabitliyinin, inkişafının təmin edilməsi məqsədilə mülki hüquq subyektlərinin qanunvericiliyə, iradə sərbəstliyi əsasında bağladıqları müqavilə öhdəliklərinə hörmət ruhunda tərbiyələndirilməsini zəruri hesab edir. Dəbbə pulunun 90 (doxsan) manatdan aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi-nəzərdən, 90 (doxsan) manatdan yuxarı məbləğdə müəyyənləşdirilməsi isə ümumi öhdəliyin həcmi, əhəmiyyəti nəzərə alınmaqla cavabdeh nöqteyi-nəzərdən məqsədə müvafiq hesab edilmir. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq lizinq ödənişləri etmək şərtilə lizinq obyektindən faydalanmasına yönəlmiş əqddir. Lizinq ödənişlərinin gecikdirilməsi nəticəsində lizinq verənə zərər deyir. Lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququ müqavilədə nəzərdə tutulan şərtlərlə lizinq ödənişinin tam yekunlaşmasından sonra yaranır. Lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə lizin verənin tələbi üzrə lizinq alanın lizinq obyektindən sahiblik və istifadə hüquqlarına xitam verilə bilər. Nəticə etibarilə, lizinq obyektinə sakiblik və istifadə hüququ müvəqqəti əsaslarla lizinq alana keçir. Mülki dövriyyənin iştirakçıları müqavilə öhdəliklərinə vicdanla əməl etməlidirlər. Nəticə etibarilə, Tərəflər arasında bağlanmış "Daxili Lizinq" müqaviləsinin 9.1-ci bəndi, MM-in 462, 467, 747.1, 748-1.8, 748-1.9 və 748-7.1 və 748-7.11-ci maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, olan X5, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli lizinq müqaviləsi üzrə bütün öhdəliklər Cavabdeh keçmişdir. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Nəticədə, Cavabdeh İddiaçı MMC-yə 933,86 (doqquz yüz otuz üç manat səksən altı qəpik) manat əsas, 685,60 (altı yüz səksən beş manat altmış qəpik) manat mükafat borcu, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1709,46 (min yeddi yüz doqquz manat qirx altı qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Daxili Lizinq" müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2022-ci il buraxılışlı, "Khazar SD" markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE4 ban nömrəli ağ rəngli avtomobil mülkiyyətçi "xxxx" MMC-yə qaytarılmalı, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Daxili Lizinq" müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 933,86 (doqquz yüz otuz üç manat səksən altı qəpik) manat əsas, 685,60 (altı yüz səksən beş manat altmış qəpik) manat mükafat borcu, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1709,46 (min yeddi yüz doqquz manat qirx altı qəpik) manat pul və ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması və pul” tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Daxili Lizinq" müqaviləsi ləğv edilsin, lizinq obyekti olan 2022-ci il buraxılışlı, "Khazar SD" markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFNE4 ban nömrəli ağ rəngli avtomobil mülkiyyətçi "xxxx" MMC-yə qaytarılsın, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-4965 nömrəli "Daxili Lizinq" müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 933,86 (doqquz yüz otuz üç manat səksən altı qəpik) manat əsas, 685,60 (altı yüz səksən beş manat altmış qəpik) manat mükafat borcu, 90 (doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 1709,46 (min yeddi yüz doqquz manat qirx altı qəpik) manat pul və ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar