Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-265/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 568, ev 2A, mənzil 37 ünvanında qeydiyyatda olan və yaşayan 03 iyun 1958-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətsiz elan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o atası Ərizəçi 05.10.2020-ci il tarixdə ürək əməliyyatı üçün “X10” Xəstəxanasına yerləşdirmişdir. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yatarkən üçüncü beyin insultu keçirmişdir. İnsult keçirdikdən sonra atası sağ əl, sağ ayaq və nitq qabiliyyətindən mərhum olmuşdur. Hal-hazırda artıq 8 aydan çoxdur ki, nə gəzə bilmir, nə də danışa bilmir və əqli cəhətdən qüsur yaranmışdır. Fiziki və əqli cəhətdən qüsurludur. Daha sonra 15.12.2021-ci il tarixdə Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan XİV-JQ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1989-cu il təvəllüdlü Ərizəçi atası X5, anası X4r. İş materiallarına əlavə edilmiş X9 03 noyabr 2020-ci il tarixli 2336/20 saylı epikrizindən görünür ki, 03 iyun 1958-ci il təvəllüdlü X5 qeyri-stabil stenokardiya, əvvəllər keçirilmiş miokard infarktı, ürək çatışmazlığı İİİ fs NYHA. Beyin infarktının nəticələri, şəkərli diabet İİ tip diaqnozu ilə 05.10.2020-ci il tarixdən 05.11.2020-ci il tarixədək müalicə almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 02.12.2021-ci il tarixli 2858 saylı rəyindən görünür ki, X1 təkrar beyin insultlarından sonra meydana qələn demensiya müəyyən edilir. Hal-hazırda X2 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir, buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X1 təkrar beyin insultlarından sonra meydana qələn demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, ərizəçinin izahatına, iş materiallarında olan xəstəlik kağızlarına, ekspert rəyinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyətli olmayan hesab olunmasına kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 03.06.1958-ci il tarixində Xudat şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-265/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-265/2022
10.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver