Məhkəmə qərarları › İş №2(004)-2652/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2652/2020

31.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2652/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı, cavabdeh Bakı Dövlət Universitetinin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçıüçüncü şəxs qismində Azərbaycan Respublikası Beynəlxalq Bankının Yasamal filialı cəlb edilməklə cavabdehlər Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı üçüncü şəxs qismində Azərbaycan Respublikası Beynəlxalq Bankının Yasamal filialı cəlb edilməklə cavabdehlər Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999-2017-ci illər üzrə hər il 98 təqvim günü ona verilməli olan ödənişli əsas əmək məzuniyyətinin 18 il üçün ümumilikdə hesablanmış 1764 manat təqvim günü üzrə hesablamaların aparılmasının təmin edilməsi, onun bir günlük orta əmək haqqını təşkil edən 33.99 manatının 1764 təqvim gününə vurulması yolu ilə müəyyən edilmiş 59976 manatdan bu illər ərzində ödənilmiş məbləğlərin çıxılması və ödənilməmiş məzuniyyət günlərinin kompensasiyasının, gecikmə faizinin ödənilməsi və xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək 1999-2017-ci illər üzrə hər il 98 təqvim günü ona verilməli olan ödənişli əsas əmək məzuniyyətinin 18 il üçün ümumilikdə hesablanmış 1764 manat təqvim günü üzrə hesablamaların aparılmasının təmin edilməsini, onun bir günlük orta əmək haqqını təşkil edən 33.99 manatının 1764 təqvim gününə vurulması yolu ilə müəyyən edilmiş 59976 manatdan bu illər ərzində ödənilmiş məbləğlərin çıxılmasını və ödənilməmiş məzuniyyət günlərinin kompensasiyasının və gecikmə faizinin ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X3 izahat verərək bildirir ki, iddia əsassızdır. Belə ki, İddiaçı baş müəllim kimi hər il universitetin əmri ilə 56 təqvim günü hesabı ilə məzuniyyətə çıxmışdır. İddiaçı tədris hissə müdiri kimi 1999-cu ildən 2006-cı ilədək məzuniyyətə çıxmadığı günlərə görə onun hesabına 2007-ci ildə 288 gün olmaqla 794 manat 39 qəpik köçürülmüş və o, həmin məbləği almışdır. 2008-ci ildən 2017-ci ilədək məzuniyyətdən istifadə etmədiyi 185 günə görə kompensasiya isə ona 2017-ci ildə əmək müqaviləsinə xitam verilərkən ödənilmişdir. Bütün ödəmələr ABB-nin bank çıxarışlarında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi X4 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir, digər nümayəndənin verdiyi izahatı təsdiq edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşdə olan xx.xx.2009-cu il tarixli 2/232 saylı əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı 2007 və 2008-ci illər hesabına 42 t/g müddətində istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya ödənilməsi qərara alınmışdır. İşdə olan 2/274 saylı xx.xx.2010-cu il tarixli, 2/251 saylı xx.xx.2011-ci il tarixli, 2/221 saylı xx.xx.2012-ci il tarixli, 2/230 saylı, xx.xx.2013-cü il tarixli, 2/268 saylı, xx.xx.2014-cü il tarixli. 2/332 saylı xx.xx.2015-ci il tarixli və 2/310 saylı xx.xx.2016-cı il tarixli əmrlərdən müəyyən olunur ki, İddiaçı 2010-2016-cı illər hesabına 56 təqvim günü müddətində məzuniyyət götürmüşdür. İşdə olan sənəddən müəyyən olunur ki, İddiaçı tədris hissə müdiri kimi 36 təqvim günü olmaqla 288 günə və 42 təqvim günü olmaqla 84 günə kompensasiya ödənilmişdir. Beləliklə, iş materiallları ilə sübut olunur ki, iddiaçıya tədris hissəsinin müdiri kimi 42 təqvim günü, müəllim kimi 56 təqvim günü məzuniyyət günü hesablanıb. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası son haqq-hesabı ilə birlikdə işdən çıxan zaman ödənilmişdir. Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 1999-2017-ci illər üzrə hər il 98 təqvim günü ona verilməli olan ödənişli əsas əmək məzuniyyətinin 18 il üçün ümumilikdə hesablanmış 1764 manat təqvim günü üzrə hesablamaların aparılmasının təmin edilməsi, onun bir günlük orta əmək haqqını təşkil edən 33.99 manatının 1764 təqvim gününə vurulması yolu ilə müəyyən edilmiş 59976 manatdan bu illər ərzində ödənilmiş məbləğlərin çıxılması və ödənilməmiş məzuniyyət günlərinin kompensasiyasının, gecikmə faizinin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar