Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3581/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3581/20 (Açar sözlər: əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqına bir faiz əlavənin ödənilməsi, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, 30 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər xxxx qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(103)-8295/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) işin halları, birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Bakı Dövlət Universitetinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, 2017-ci ilin may ayının müvafiq təqvim günlərinin əmək haqqı olaraq xxx mühasibatlığı tərəfindən hesablanmış 327,75 manatın Bakı Dövlət Univerisiteti tərəfindən onun bank hesabına ödənilməsi, ona ödənilməli olan 327,75 manat məbləğində əsas borcun 12.05.2017-ci il tarixdən etibarən hazırki vaxta qədər müvəkkil bankdan alınmaması na və ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün bir faiz olmaqla, 35 aylıq ödənc təşkil edən 3500 manatın müştərək qaydada cavabdehlərdən alınaraq onun bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 12.05.2017-ci il tarixdə 1/156 saylı əmrlə Bakı Dövlət Universitetində tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin 12.05.2017-ci il tarixdə imzalanmasına baxmayaraq son haqq-hesab sonuncu iş günü iddiaçıya verilməmişdir.
3. Bakı Dövlət Universitetinin 03.04.2019-cu il tarixli məktubuna görə iddiaçıya xəstəlik vərəqələri əsasında 24 fevral-05 may 2017-ci il tarixləri ərzində 2366,55 manat sosial müavinətin ödənilməsinə dair hesablamalar aparılmış, iddiaçının 06.05.2017- ci il tarixdə işə çıxmalı olmasına baxmayaraq 7 gün müddətində üzrsüz səbəbdən işə çıxmaması ilə əlaqədar tutduğu vəzifəsindən azad olunmuş, sonuncu haqq-hesab isə may 2016-aprel 2017-ci illərin müvafiq 12 ayı üzrə aparılmışdır.
4. Göründüyü kimi, 7 təqvim gününün əmək haqqının iddiaçıya ödənilməsinə dair hesablamalar aparılmamışdır. Aparılmış yazışmaların nəticəsində 2017-ci ilin may ayı üçün iddiaçıya 327,75 manat məvacib hesablandığı və onun hesabına ödənilmədiyi məlum olmuşdur. 327,75 manatın əzı bir faizi 3,27 manat, aylıq 100 manat təşkil edir. Hesablanmış 100 manatın 35 aylıq məbləği isə 3500 manat təşkil edir
5. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 172.-ci maddəsinə istinad etmişdir.
6. Cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi iddiaya etiraz etmişdir. Etiar zın dəlilləri: - iddiaçıya 2017-ci ilin fevral ayı üçün işə davamiyyət tabeli əsasında tam olaraq əmək haqqı hesablanaraq bank hesabına köcürülmüşdür. Lakin sonradan məlum olmuşdur ki, iddiaçıya 24 fevral tarixindən xəstəlik vərəqəsi açlmışdır. 24.02.201706.03.2017-ci il tarixinədək olan 307725 nömrəli xəstəlik vərəqəsinə əsasən(14 təqvim günü) iddiaçıya 478,80 manat hesablanmış və ona fevral ayında artıq yazılmış 3 günün pulu, yəni 151,05 manat tutulduqdan sonra yerdə qalan 327,75 manatdan 45,88 manat gəlir vergisi tutularaq 281,87 manat vəsait 01.06.2017-ci ildə iddiaçının ABB-dəki bank hesabına köcürülmüşdür: - iddiaçının may ayında Universitet tərəfindən ona 3 günün pulunun ödənilməli olması barədə dəlilinə gəldikdə, əmək haqqı işə davamiyyət tabeli əsasında hesablanır. Lakin may ayınd a iddiaçı işə gəlmədiyi ücün tabel verilməmiş və bu səbəbdən ona əmək haqqı hesablanmamışdır.
7. Yasamal Rayon Məhkəməsinin 2(004)-2546/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fərid Əyyubov)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı Dövlət Universiteti tərəfindən İddiaçı 2017-ci ilin may ayı üçün hesablanmış 327,75 manat əmək haqqından 14 faiz gəlir vergisi tutulduqdan sonra qalan 281,87 manat onun bank hesabına köçürülmüşdür.
9. Məhkəmə heab etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 3500 manat məbləğində zərər dəyməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz.
10. Birinci instansiya məh kəməsi mövqeyini Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8295/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(004)-2546/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Anar Tanrıverdiyev)
14. Apellyaisya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı 08 may, 10 may və 11 may 2017-ci il tarixlərdə işdə olmamışdır. 2017-ci ilin may ayı üçün son haqq-hesab cədvəli və 08.06.2017- ci il tarixli, 724 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı cəmi 6288,08 manat son haqq-hesab hesablanmış, həmin məbləğdən 1297,02 manat gəlir vergisi, 125,76 manat həmkarlar ittifaqına üzvlük haqqı, DSMF-nun hesabına 188,64 manat olmaqla, cəmi 1611,42 manat tutulduqdan sonra 4676,66 manat onun hesabına köçürülmüşdür.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə əvvəla, göstərdiyi halları iddiaçı sübut etməlidir. Çünki, iddiaçının iddia üzrə istinad etdikləri halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdikləri halları sübut edə bilməmişlər. Bu barədə yalnız onun izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. İkincisi, iddiaçı apellyasiya şikayətində 06 may-12 may 2017-ci il tarixlərini əhatə edən 7 (yeddi) günün əmək haqqı olaraq əsas borcun və bu məbləğin gecikdirilməsinə görə hesablanmış faiz borcunun ona ödənilməli olduğunu göstərsə də, həmin dövr üçün əmək haqqı nəyə əsasən ona ödənilməli olduğunu göstərməmişdir. Çünki, işin mübahisəsiz halıdır ki, iddiaçı həmin dövrdə işə gəlməmiş və işləməmişdir. Bunu özü də mübahisələndirmədiyi halda, nədənsə həmin dövr üçün iddiasının qanuni əsasının olmasına dair də şikayətində əmək qanunvericiliyinin hansısa müddəasına da istinad etmir.
16. Apellyasi ya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının işi müəyyən edilmiş hallarına uyğun hesab etmiş, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnamənin ləğvi üçün heç bir əsas görməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianının təmin edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətində işin faktiki hallarına, apellyasiya instansiyası tərəfindən sübutların düzgün qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozuntusu qeyd edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı et irazının əsasları
19. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatlar nümayəndələrinin (vəkillərinin) məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə də məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi iş əgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəs inin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
26. İddia tələbi 2017-ci ilin may ayının müvafiq təqvim günləri üçün hesablanmış və ödənilməyən əmək haqqının ödənilməsi, eləcə də gecikidirlimiş hər günə 1 faiz olmaqla əlavənin verilməsi barədədir.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
28. Belə ki, apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı 06 may-12 may 2017-ci il tarixlərini əhatə edən 7 (yeddi) günün əmək haqqı olaraq əsas borcun və bu məbləğin gecikdirilməsinə görə hesablanmı ş faiz borcunun ona ödənilməli olduğunu göstərsə də, iddiaçı həmin dövrdə işə gəlməmiş və işləməmişdir.
29. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 14-15-ci bəndlərində əks edilən mövqeyini və dəyərləndirməsini əsaslı sayır, bu baxımdan hər hansı əlavə şərhə lüzum görmür.
30. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
31. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini süb uta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.
32. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.
33. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, dır.
35. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8295/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.