Məhkəmə qərarları › İş №2(102)-5290/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5290/2021

01.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5290/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5290/20 (Açar sözlər: məzuniyyət günlərinin kompensasiyası, tələbin sübuta yetirilməməsi) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Məhərrəm qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər xxx qarşı “məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8196/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) işin halları, birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər xxx qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 1999-2017-ci illər üzrə hər il 98 təqvim günü ona verilməli olan ödənişli əsas əmək məzuniyyətinin 18 il üçün ümumilikdə hesablanmış 1764 manat təqvim günü üzrə hesablamaların aparılmasının təmin edilməsi, onun bir günlük orta əmək haqqını təşkil edən 33.99 manatın 1764 təqvim gününə vurulması yolu ilə müəyyən edilmiş 59976 manatdan bu illər ərzində ödənilmiş məbləğlərin çıxılması və ödənilməmiş məzuni yyət günlərinin kompensasiyasının, gecikmə faizinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası Beynəlxalq Bankının Yasamal filialı üçüncü şəxs qismində qoyulmuşdur.

3. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya 1999-2017-ci illər üzrə hər il 98 təqvim günü verilməli olan ödənişli əsas əmək məzuniyyətinin 18 ili üçün ümumilikdə hesablanmış 1764 manat təqvim günü üzrə hesablamaların aparılmasının təmin edilməyib.

4. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 110, 113, 116, 118, 135 138, 140, 144, 172, 178 və 194-cü maddələrinə istinad etmişdir.

5. Cavabdeh Bakı Dövlət Universitetinin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, iddiaçı baş müəllim kimi hər il universitetin əmri ilə 56 təqvim günü hesabı ilə məzuniyyətə çıxmışdır. Təd ris hissə müdiri kimi 1999-cu ildən 2006-cı ilədək çıxmadığı günlərə görə iddiaçının hesabına 2007-ci ildə 288 gün olmaqla 794,39 manat pul köçürülmüş və iddiaçı həmin məbləği almışdır. 2008-ci ildən 2017-ci ilədək məzuniyyətdən istifadə etmədiyi 185 günə görə kompensasiya isə 2017-ci ildə əmək müqaviləsinə xitam verilərkən iddiaçıya ödənilmişdir. Bütün ödəmələr ABB-nin bank çıxarışlarında öz əksini tapmışdır.

6. Yasamal Rayon Məhkəməsinin 2(004)-2652/2020 nömrəli, 31 avqust 2020-ci il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Günay Axundova)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı 2007 və 2008-ci illər hesabına 42 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya ödənilmiş, 2010-2016-cı illər hesabına 56 təqvim günü müddətində məzuniyyət götürmüşdür. İddiaçı tədris hissə müdiri kimi 36 təqvim günü olmaqla 288 günə və 42 təqvim günü olmaqla 84 gün üçün kompensasiya ödənilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya tədris hissəsinin müdiri kimi 42 təqvim günü, müəllim kimi 56 təqvim günü məzuniyyət günü hesablanıb. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası son haqq-hesabı ilə birlikdə işdən çıxan zaman ödənildiyindən iddia rədd edilməlidir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 135-ci maddəsinin 2ci hissəsi və 172-ci maddəsinin 4-cü hissəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.

11. Apellyasiya şikayətinin dəlill əri: - iddiaçıya 18 il ərzində ödənişli əsas məzuniyyətlərin verilməməsi mübahisənin əsas predmeti olmuşdur. İddianın bu hissəsinin əsaslılığının müəyyən olunması üçün məhkəmə bu illər ərzində ilk növbədə hər iki vəzifənin icrası ilə bağlı iddiaçıya ödənişli əsas məzuniyyətin verilməsini müəyyən edən ərizələrin, müvafiq əmrlərin, haqq-hesab sənədlərinin, ödəniş tapşırıqlarının mövcud olub-olmamasını, olduğu halda həqiqiliyini və əsaslılığını yoxlamalı idi. İddiaçının ödənişli əsas məzuniyyətə buraxılmasına dair Bakı Dövlət Universiteti üzrə imzalanmış əmrlərlə hər bir halda iddiaçı tanış edilməli idi. Yalnız bundan sonra məhkəmə iddiaçının məzuniyyətdə olması barədə məlumatlı olmasını sübuta yetirilmiş hesab edə bilərdi; - iddiaçı onun barəsində imzalanmış məzuniyyət ərizələri barəsində xəbərdar olmaması səbəbindən davamlı şəkildə öz xidməti vəzifələrini icra etmiş və istirahət hüququndan yararlanmamışdır: - X1 Kafedrasının baş müəllimi kimi i 56 təqvim günü hər il ödənişli əsas məzuniyyətdən istifadə etməsini təsdiq edən əmrlərlə iddiaçının tanış olmasını cavabdeh tərəflər məhkəmə qarşısında sübut etməli idi; - cavabdeh tərəf bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və öz etirazının əsasını sübuta yetirə bilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qənaətə gəlmişdir ki, iddiaçı baş müəllim kimi hər il 56 təqvim günü ödənişli əsas məzuniyyətdən istifadə etmişdir; - məhkəmənin bu qənaəti sübutlarla öz təsdiqini tapmamışdır; - 1999-2017-ci illər ərzində Tədris hissəsinin müdiri kimi iddiaçıya hər il 42 təqvim günü ödənişli əsas məzuniyyətin veri lməsini təsdiq edən rəsmi sənədlər iş materiallarında mövcud olmamışdır. Bakı Dövlət Universitetinin təqdim etdiyi rəsmi sənədlərlə tanışlıq nəticəsində məlum olmuşdur ki, iddiaçı 13 il 2007-ci il və 21 yanvar 2009-cu il tarixli ərizələrlə işəgötürənə müraciət edərək ona 1999-2006, 2007-2008-ci illər ərzində Tədris hissəsinin müdiri kimi istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya haqlarının verilməsini xahiş etmiş, bu ərizələr əsasında işəgötürənin 14.07.2007-ci il tarixli 2/251 saylı, 24.07.2009-cu il tarixli, 2/232 saylı əmrləri imzalanmış, lakin mühasibatlığın tərtib etdiyi haqq-hesab sənədləri üzrə hesablanmış 794.39 manat və 653.60 manat məbləğində kompensasiya haqlarının iddiaçının bank hesabına ödənilməsi təmin olunmamış və bu ödənişin icrasının təmin edildiyini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır; - bu faktın mövcudluğu ilə birmənalı şəkildə sübut olunur ki, 1999-2006, 20072008-ci illər ərzində Tədris hissəsinin müdiri kimi iddiaçının istifadə etmədiyi məzuniyyət günləri ilə bağlı ödənilməli olan kompensasiya haqları cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir; - Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi hesabdan çıxarışlarda da 794,39 manatın və 653.60 manatın iddiaçının bank hesabına ödənildiyi öz təsdiqini tapmır; - 2009-cu il üçün Tədris hissəsinin müdiri kimi iddiaçıya 42 təqvim günü ödənişli əsas məzuniyyətin verildiyini və ya bu il ərzində iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya haqlarının hesablanaraq ödənildiyini təsdiq edən rəsmi sənədlər də Bakı Dövlət Universiteti tərəfindən məhkəməyə təqdim olunm amışdır; - iddiaçı yalnız 12.05.2017-ci il tarixli əmrlə tutduğu vəzifələrdən azad edilərkən Tədris hissəsinin müdiri kimi hər il 42 təqvim günü istifadə etmədiyi ödənişli əsas məzuniyyət günlərinə görə 2010-2017-ci illər üzrə hesablanmış 4676.66 manat məbləğində kompensasiya haqqı 13.06.2017-ci il tarixdə iddiaçının bank hesabına ödənilmişdir; - 1999-2017-ci illəri əhatə edən 18 il ərzində Tədris hissəsinin müdiri kimi iddiaçı hər il ödənişli əsas məzuniyyət hüququndan istifadə edə bilməmiş və davamlı şəkildə xidməti iş yerində olmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8196/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(004)-2652/2020 saylı qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Ziya Şirinov)

13. Apellyasiya məhkəməsi birinci instanskya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddia tələbi cavabdehin təqdim etdiyi sübutlarla təkzib edilir.

14. Həmçinin apellyasiya məhkəməsi işdəki sübutlara əsasən qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməli olması barədə Əmək Məcəlləsinin 144-cü maddəsində təsbit olunmuş dispozitiv şərt heç də əmək mübahisələri yarandıqdan sonra qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinin tədbiq edilməməsi an lamına gəlməməlidir. İstifadə edilməyən məzuniyyət hüququ üzrə pul əvəzinin ödənilməsi tələbləri və buna məhdudiyyətin olmaması yalnız əmək mübahisələri üzrə yarananadək – iş illərinin əhatə etdiyi müddətə şamil olunur. Lakin iddiaçının əmək müqaviləsinə 2017-ci ildə xitam verilmiş və iddiaçı bunu mübahisələndirmiş, hazırda isə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətlərini də iddiaçı ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətində işin faktiki hallarına, apellyasiya instansiyası tərəfindən sübutların düzgün qiym ətləndirilməməsinə istinad edilib, əlavə olaraq qeyd edilib ki, apellyaisya məhkəməsi idda müddətini tətbiq edərkən bunu üçün ərizə verilməli olmasını nəzərə almayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

17. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı Hüseyn oğlu və vəkili kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatlar nümayəndələrinin (vəkillərinin) məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə də məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-c ü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 135. (2-ci hissə) İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 172. (4-cü hissə) İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasi ya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

24. İddia tələbi məzuniyyət günləri ilə əlaqədar verilməli kompensasiya barədədir.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçıya 2007 və 2008-ci illər hesabına 42 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyəti üçün kompensasiya ödənilmiş, tədris hissə müdiri kimi 36 təqvim günü olmaqla 288 günə və 42 təqvim günü olmaqla 84 gün üçün kompensasiya verilmişd ir. İddiaçının istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası son haqq-hesabı ilə birlikdə işdən çıxan zaman ödənilib.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddia tələbinin işdəki sübutlarla təkzib edilməsinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

27. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

28. Bununla belə, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı ərizə olmadığı halda apellyasiya məhkəməsinin tələbə həm də iddia müddətini tətbiq etməsinin düz olmaması barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

29. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarı lanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən müddət iddia müddətidir, kəsici müddət deyil. Belə olan halda da iddia müddətinin tətbiq edilməsi üçün ərizə verilməlidir. Lakin hazırki işdə cavabdeh tərəfindən belə bir ərizə verilmədiyindən, apellyasiya məhkəməsinin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməsi düzgün olmamışdır. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021ci il tarixli Qərarında da əks edilib.

31. Lakin bir halda ki, apellyasiya instansiyası hazırki işdə iddiaçının tələbinin həm də işdəki sübutlarla da təkzib edilməsi əsası ilə təmin edilməməsi nəticəsinə gəlib, belə olan halda, apellyasiya məhkəməsinin müddətin tətbiqi barədə ərizə olmadan iddia müddətini səhv tətbiq etməsinin də iş üçün əhəmiyyəti aradan qalxır.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, dır.

33. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8196/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar