Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2654/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və şəhadətnamənin etibarsızlığı və mülkiyyət hüququ tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və şəhadətnamənin etibarsızlığı və mülkiyyət hüququ tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 32/196 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 32,6 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 16 sentyabr 2020-ci il tarixində bağlanmış bağışlama müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlakı iddiaçının xüsusi mülkiyyəti kimi adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsasını daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması təşkil etdiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə mübahisə predmeti olan daşınmaz əmlak Binəqədi Rayonu ərazisində olduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırkı iddia tələbi ilə bağlı ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və şəhadətnamənin etibarsızlığı və mülkiyyət hüququ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı tələblə bağlı o, ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2654/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2654/2022
20.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver