Məhkəmə qərarları › İş №2(004)-266/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-266/2022

28.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-266/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Ənvər oğlunun iştirakı ilə İddiaçı və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinə, bu mümkün olmadıqda kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinə, bu mümkün olmadıqda kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qanuni nümayəndə, İddiaçı1 və Cavabdeh paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 35A nömrəli evin 43 nömrəli mənzilinin və ünvan 2 ünvanda yrləşən 40 nömrəli evin 73 nömrəli mənzilinin hissə paylarına uyöun olaraq naturada ayrılmasına, naturada ayrılması mümkün olmayacağı təqdirdə isə Cavabdeh paylarına mütənasib kompensasiya verilməklə onun mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə verdiyi izahatında tərəflər arasında barışıq sazişinin bağlandığını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Ənvər oğlu məhkəməyə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, onlara barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı üçüncü şəxsin, eləcə də tərəflərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsaəsn hesab edir ki, iş üzrə aparılmış 50 manat məbləğində ekspertiza xərcinin 25 manatı iddiaçı və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və 25 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 191.2, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsinə, bu mümkün olmadıqda kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilsin. Tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin. 1) Qanuni nümayəndə: 1.1. ünvan 3 ünvanda yerləşən 40 nömrəli evin 73 nömrəli mənzilində olan 1/6 hissə payından Cavabdeh xeyrinə imtina edir. 2) İddiaçı1 qanuni nümayəndəsi kimi Qanuni nümayəndə: 2.1. ünvan 3 ünvanda yerləşən 40 nömrəli evin 73 nömrəli mənzilində olan İddiaçı1 3/6 hissə payından Cavabdeh xeyrinə imtina edir. 3) Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2: 3.1 ünvan 1 ünvanında yerləşən 35a nömrəli evin 43 nömrəli mənzilinin 2/6 hissə payından İddiaçı1 xeyrinə imtina edir. 4) Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 1) Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. 2) Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir. 3) Hazırkı barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 1 nüsxə verilməklə 4 (dörd) əsl nüsxə imzalanmışdır. 2(004)-266/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış 50 manat məbləğində ekspertiza xərcinin 25 manatı iddiaçı və İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə və 25 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar