Məhkəmə qərarları › İş №2(004)-2661/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2661/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2661/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 00609383 nömrəli nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış İMEİ **********52282 kodlu “Samsung Galaxy S10” markalı mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 2.112 manat əsas borc və hesablanmış 528 manat dəbbə pulu, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.670 manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli 00609383 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC 12 ay müddətinə aylıq 176 manat ödənilməsi şərti ilə 2.287 manat dəyəri olan 1 ədəd İMEİ **********52282 kodlu “Samsung Galaxy S10” markalı mobil telefonu Cavabdeh nisyə satmışdır. Cavabdeh müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməkdən imtina etmişdir. Hazırda, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alınmış “Samsung Galaxy S10” mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 2.112 manat əsas borcu və hesablanmış 528 manat dəbbə pulu olmaqla, cəmi 2.640 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə +**********22 və +**********89 mobil nömrələrinə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki,iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxxxxxxxxx” MMC 12 ay müddətinə aylıq 176 manat ödənilməsi şərti ilə 2.287 manat dəyəri olan 1 ədəd İMEİ **********52282 kodlu “Samsung Galaxy S10” markalı mobil telefonu 175 manat ilkin ödəniş olmaqla Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı mobil telefon cihazının dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə ödənişi cədvəlindən müəyyən edilir ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alınmış “Samsung Galaxy S10” mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 2.112 manat əsas borc və hesablanmış 528 manat dəbbə pulu olmaqla, cəmi 2.640 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 528 manat dəbbə pulu azaldılaraq 10 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə,Cavabdeh xx.xx.2019-cu il tarixli 00609383 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış İMEİ **********52282 kodlu “Samsung Galaxy S10+ Dual” (SM-G975) markalı mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 2.112 manat əsas borc, 10 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.152 manat pul tutularaqiddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilməlidir. İddia tələbi - xx.xx.2019-cu müqaviləsi üzrə hesablanmış 518 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00609383 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış İMEİ **********52282 kodlu “Samsung Galaxy S10+ Dual” (SM-G975) markalı mobil telefon cıhazının dəyərindən ödənilməmiş qalan 2.112 manat əsas borc, 10 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.152 (iki min yüz əlli iki) manat pul tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC‑yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar