Məhkəmə qərarları › İş №2(004)-2687/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2687/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2687/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45703 olan Samsung Galaxy A50 markalı telefon üçün 648 manat ödənilməmiş hissə, 194 manat dəbbə, 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X4 Pro üçün 888 manat ödənilməmiş hissə, 266 manat dəbbə, 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, X3 üçün 3708 manat ödənilməmiş hissə, 1112 manat dəbbə, 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro üçün, 657.6 manat ödənilməmiş hissə, 196 manat dəbbə, ümumilikdə 7669,60 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7699,60 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarasınız. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 07.12.2019-cu il, 08.12.2019-cu il, 05.12.2019-cu il və 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********45703 olan Samsung Galaxy A50 markalı telefon, X3 və 2 ədəd Apple AirPods Pro almış və nəticədə 7669,60 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 manat (12 ay x 54 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********45703 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 842 manat olmaqla ondan, 648) manat ödənilməmiş hissə, 194 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 888 manat (12 ay x 74 manat + 0 manat ilkin ödəniş) Apple AirPods Pro üçün ümumilikdə, 1154 manat olmaqla ondan, 888 manat ödənilməmiş hissə, 266 (ikiyüz altmış altı) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4323 manat (12 ay x 309 manat + 615 manat ilkin ödəniş) X3 üçün ümumilikdə, 4820 manat olmaqla ondan, 3708 manat ödənilməmiş hissə, 1112 manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 756.60 manat (6 ayx 109.6 manat + 99 manat ilkin ödəniş) Apple AirPods Pro üçün ümumilikdə, 853,60 manat olmaqla ondan, 657,60 manat ödənilməmiş hissə, 196 manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 714 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468, 600-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, cavabdeh, “xxxx” MMC ilə 07.12.2019-cu il, 08.12.2019-cu il, 05.12.2019-cu il və 28.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********45703 olan Samsung Galaxy A50 markalı telefon, X3 və 2 ədəd Apple AirPods Pro almış və nəticədə onun 7669,60 manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.12.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 648 manat ödənilməmiş hissə, 194 manat dəbbə, ümumilikdə 842 manat borcu, 08.12.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 888 manat ödənilməmiş hissə, 266 manat dəbbə, ümumilikdə 1154 manat borcu, 05.12.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 3708 manat ödənilməmiş hissə, 1112 manat dəbbə, ümumilikdə 4820 manat borcu, 28.12.2019-cu il tarixli müqaviləyə əsasən “xxxx” MMC-yə 657,60 manat ödənilməmiş hissə, 196 manat dəbbə, ümumilikdə 853,60 manat borcu vardır. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 07.12.2019-cu il tarixli müqavilə üzrə 648 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 668 manat borc, 08.12.2019-cu il tarixli müqavilə üzrə 888 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 918 manat borc, 05.12.2019-cu il tarixli müqavilə üzrə 3708 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, ümumilikdə 3808 manat borc, 28.12.2019-cu il tarixli müqavilə üzrə 657,60 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 677,60 manat tutularaq iddiaçı”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, 07.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 194 manat məbləğində deyil 20 manat məbləğində, 08.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 266 manat məbləğində deyil 30 manat məbləğində, 05.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 1112 manat məbləğində deyil 100 manat məbləğində, 28.12.2019-cu il tarixli müqavilə üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 196 manat məbləğində deyil 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 07.12.2019-cu il tarixli müqavilə üzrə 648 (altı yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, ümumilikdə 668 (altı yüz altmış səkkiz) manat borc, 08.12.2019-cu il tarixli müqavilə üzrə 888 (səkkiz yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, ümumilikdə 918 (doqquz yüz on səkkiz) manat borc, 05.12.2019-cu il tarixli müqavilə üzrə 3708 (üç min yeddi yüz səkkiz) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə pulu, ümumilikdə 3808 (üç min səkkiz yüz səkkiz) manat borc, 28.12.2019-cu il tarixli müqavilə üzrə 657,60 (altı yüz əlli yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, ümumilikdə 677,60 (altı yüz yetmiş yeddi manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar