Məhkəmə qərarları › İş №2(004)-2694/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2694/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2694/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 30.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 08.01.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı “Nokia 3.1 plus” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 381,4 manat əsas borc və hesablanmış 112 manat dəbbə pulu; 08.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LED.TV” markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.288 manat əsas borc və hesablanmış 218 manat dəbbə pulu; 10.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd “Playstation-4 Sony” pultun, disk Playstation cihazının dəyərindən ödənilməmiş qalan 1.043,80 manat əsas borc və hesablanmış 310 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A20S” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 420,20 manat əsas borc və hesablanmış 126 manat dəbbə pulu; 02.02.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı paltaryuyan və soyuducunun dəyərindən ödənilməmiş qalan 1.989,60 manat əsas borc və hesablanmış 594 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.513 manat pul tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” MMC tərəflər arasında bağlanmış 08.01.2020-ci il tarixli müqaviləyə əsasən “Nokia 3.1 plus” markalı soyuducu; 08.01.2020-cu il tarixli müqaviləyə əsasən “Samsung LED.TV”; 10.01.2020-cu il tarixli müqaviləyə əsasən 2 ədəd “Playstation-4 Sony” pultu, disk Playstation; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A20S”; 02.02.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan və soyuducunu Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 463 manat ödəmiş, müqavilələr üzrə ümumi 5.123 manat əsas borcu qalmış və ümumilikdə müqavilələr üzrə 1.360 manat cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “xxxx” MMC tərəflər arasında arasında bağlanmış 08.01.2020-cu il tarixli müqaviləyə əsasən dəyəri 1391 manat olan “Samsung LED.TV” televizoru 24 ay müddətinə; 08.01.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 416,40 manat olan “Nokia 3.1 plus” markalı soyuducunu; 10.01.2020-cu il tarixli müqaviləyə əsasən dəyəri 1338,80 manat olan 2 ədəd “Playstation-4 Sony” pultu, disk Playstationu; 24.01.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 450,20 manat olan “Samsung Galaxy A20S”; 02.02.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 1989,60 manat olan “Samsung” markalı paltaryuyan və soyuducunu 12 ay müddətinə ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 16.03.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh “xxxx” MMC-yə 5 ədəd müqavilə üzrə 5.123 manat əsas borcu, 1.360 manat cərimə olmaqla, cəmi 6.483 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Müqavilələr üzrə tənasübsüz surətdə hesablanmış yüksək dəbbə məbləğləri azaldılmalı, 08.01.2020-ci il tarixli müqavilə üzrə 112 manat dəbbə pulu azaldılaraq 20 manat; 08.01.2020-ci il tarixli müqavilə üzrə 218 manat dəbbə pulu azaldılaraq 40 manat; 10.01.2020-ci il tarixli müqavilə üzrə 310 manat dəbbə pulu azaldılaraq 50 manat; 24.01.2020-ci il tarixli müqavilə üzrə 126 manat dəbbə pulu azaldılaraq 20 manat; 02.02.2020-ci il tarixli müqavilə üzrə 594 manat dəbbə pulu azaldılaraq 80 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Nokia 3.1 plus” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 381,40 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu; 08.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LED.TV” markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.288 manat əsas borc və hesablanmış 40 manat dəbbə pulu; 10.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd “Playstation-4 Sony” pultun, disk Playstation cihazının dəyərindən ödənilməmiş qalan 1.043,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A20S” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 420,20 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu; 02.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı paltaryuyan və soyuducunun dəyərindən ödənilməmiş qalan 1.989,60 manat əsas borc və hesablanmış 80 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.363 (beş min üç yüz altmış üç) manat pul tutularaq “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi - müqavilələr üzrə hesablanmış cəmi 1.150 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Nokia 3.1 plus” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 381,40 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu; 08.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LED.TV” markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.288 manat əsas borc və hesablanmış 40 manat dəbbə pulu; 10.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı 2 ədəd “Playstation-4 Sony” pultun, disk Playstation cihazının dəyərindən ödənilməmiş qalan 1.043,80 manat əsas borc və hesablanmış 50 manat dəbbə pulu; 24.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A20S” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 420,20 manat əsas borc və hesablanmış 20 manat dəbbə pulu; 02.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı paltaryuyan və soyuducunun dəyərindən ödənilməmiş qalan 1.989,60 manat əsas borc və hesablanmış 80 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.363 (beş min üç yüz altmış üç) manat pul tutularaq “xxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar