Məhkəmə qərarları › İş №2(004)-2695/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2695/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2695/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC - nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33320 olan Samsung Galaxy A50, İMEİ kodu **********33353 olan Samsung Galaxy A50 markalı 2 ədəd telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********03461 Samsung Galaxy A50 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********38725 iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2, Apple Airpods 2 markalı 2 ədəd qulaqcıq üçün 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 1010 (min on) manat dəbbə olmaqla, ümumilikdə, 6123 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6153 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ““xxxx” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********42627 Samsung Galaxy J6, İMEİ kodu **********85328 Samsung Galaxy J4 plus markalı 2 ədəd telefon, SAMSUNG MİCROSD markalı yaddaş kartı, İMEİ kodu **********03461 Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********38725 iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2, Apple Airpods 2 markalı 2 ədəd qulaqcıq almış və nəticədə 6123 (altı min yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 54 manat + 18 manat ilkin ödəniş) İMEİ kodu **********42627 Samsung Galaxy J6, İMEİ kodu **********85328 Samsung Galaxy J4 plus markalı 2 ədəd telefon, SAMSUNG MİCROSD markalı yaddaş kartı üçün ümumilikdə, 361 (üç yüz altmış bir) manat olmaqla ondan, 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********03461 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 774 (yeddi yüz yetmiş dörd) manat olmaqla ondan, 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 158 (yüz əlli səkkiz) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5695 (beş min altı yüz doxsan beş) manat (18 ay x 306 manat + 187 manat ilkin ödəniş) İMEİ kodu **********38725 iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2, Apple Airpods 2 markalı 2 ədəd qulaqcıq üçün ümumilikdə, 4988 (dörd min doqquz yüz səksən səkkiz) manat olmaqla ondan, 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 1010 (min on) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2603 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 00590931 №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 990 (doqquz yüz doxsan) manat (18 ay x 54 manat + 18 manat ilkin ödəniş) dəyərində əşyanı (Samsung Galaxy J6, Samsung Galaxy J4 plus markalı 2 telefon, SAMSUNG MİCROSD markalı yaddaş kartı) hər ay 54 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 00997179 nömrəli xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (18 ay x 44 manat + 0 manat ilkin ödəniş) olan əşyanı (Samsung Galaxy A50 markalı) hər ay 44 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Eyni zamanda, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 01008352 nömrəli xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı alqı-satqı qiyməti 5695 (beş min altı yüz doxsan beş) manat (18 ay x 306 manat + 187 manat ilkin ödəniş) olan əşyaları (iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2, Apple Airpods 2 markalı 2 ədəd qulaqcıq) hər ay 306 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00590931 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy J6, Samsung Galaxy J4 plus markalı 2 telefon, SAMSUNG MİCROSD markalı yaddaş kartı, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00997179 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Galaxy A50 markalı telefon, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01008352 nömrəli alqı-satqı müqaviləsi üzrə iPhone 11 Pro Max markalı telefon, Apple Airpods 2, Apple Airpods 2 markalı 2 ədəd qulaqcıq tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan X2 əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə alıcı Cavabdeh tərəfindən 710 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 280 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 81 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə alıcı Cavabdeh tərəfindən 176 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 616 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 158 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə alıcı Cavabdeh tərəfindən 1717 manat ödəniş edilmiş, həmin müqavilə üzrə onun 3978 manat ödənilməmiş borcu qalmış və ödənişləri gecikdirdiyinə görə ona 1010 manat cərimə hesablanmışdır. Hər üç müqavilə üzrə cəmi ödənilmiş məbləğ 2603 manat olmuşdur, ödənilməmiş məbləğ isə 4874 manat, dəbbə pulu 1249 manat olmaqla, ümumilikdə Cavabdeh 6123 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 81 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 10 manat məbləğində müəyyən edilməsini, xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 158 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 16 manat məbləğində müəyyən edilməsini və xx.xx.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 1010 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00590931 nömrəli müqavilə üzrə 280 manat borc və 10 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00997179 nömrəli müqavilə üzrə 616 manat borc və 16 manat dəbbə pulu olmaqla, xx.xx.2019-cu il tarixli 01008352 nömrəli müqavilə üzrə 3978 manat borc və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 6123 (altı min yüz iyirmi üç) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00590931 nömrəli müqavilə üzrə 280 (iki yüz səksən) manat borc və 10 (on) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00997179 nömrəli müqavilə üzrə 616 (altı yüz on altı) manat borc və 16 (on altı) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 01008352 nömrəli müqavilə üzrə 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat borc və 100 (bir yüz) manat dəbbə pulu olmaqla, ümumilikdə 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar