Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2720/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun bibisi qızı xx.xx.1961-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsi ərizəsində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2720/2024 nömrəli qərardadı ilə ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2087 nömrəli ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2720/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəninin baxılmamış saxlanılması barədə ərizə verərək bildirdi ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etdiyi - mərhum bibisi Manafova (Atakişiyeva) Şəhri Süleyman qızının övladı olan xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ərizəyə baxılmasını zərurət qalmamışdır. Odur ki, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. “AZEMİS”-dən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizənin baxılmamış saxlanılmasına dair xx.xx.2024cü il tarixli ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2720/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2720/2024
30.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver