Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2728/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MənzilTikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə inşa edilmiş 2 mərtəbəli özbaşına tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsinin "xxxx" MTK-ya təhvil verilməsi, eləcə də vurulmuş maddi zərərə görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı 1.4321 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı Sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinə ayrılmışdır. Lakin bir müddət əvvəl onlara məlum olmuşdur ki, “Memar-3’' MTK-nə ayrılmış sözügedən torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edilərək, həmin hissədə qanunsuz olaraq 2 mərtəbəli tikili inşa edilmişdir. Qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikililər onların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində onlara dəymiş maddi zərər təxminən 8000 manat təşkil edir. Həmin məbləğ cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, sərəncama əsasən torpaq sahəsi ayrılmış və hazırda "xxxx" MTK-nın sahibliyindədir. Cavabdehlər tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsində tikili inşa edilmişdir. Odur ki, məhkəmədən cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmir və rədd olunmasını xahiş edir. Belə ki, iddiaçı mülki hüquqdan sui-istifadə edir. İddiaçı sərəncama sahib olduğu halda 24 ildir susub həmin yerdə cavabdehin həyat qurmasını gözləyib və orada aparılmış tikinti işlərinin genişləndirilməsindən sonra sahiblik hüququnu dilə gətirir, cavabdehin əmlakının sökülməsini tələb edir, bu da cavabdehə zərər vurulması deməkdir. Belə ki, iddiaçının qeydiyyata alınmış mülkiyyət hüququ yoxdur, ancaq tələb hüququ vardır. Ona da iddia müddəti şamil olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999cu il tarixli 140 nömrəli əlavə torpaq sahəsinin ayrılması haqqında sərəncamdan görünür ki, Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 21.07.88-ci il tarixli 7/403 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468-472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı MTK-nın sədri Aidə Rəhimovaya göndərilən 20 fevral 2023-cü il tarixli məktubdan görünür ki, fərdi yaşayış evinin 2-ci mərtəbəsinin tikintisi öz təsdiqini tapmış, halla bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin ayrıca aktından görünür ki, Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün əlavə sahələrinin ayrılmasına icazə verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 10/4696 nömrəli ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Həmin rəydən görünür ki, İddiaçı MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə yerləşən torpaq sahəsi ilə Cavabdeh2 inşa etdiyi Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 180.1, 180.2 və 180.3-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, iş materiallarına əsasən məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncama əsasən Azərbaycan Memarlar İttifaqının 20.04.98-ci il tarixli 53 saylı məktubu nəzərə alınaraq, abadlıq işlərinin aparılması məqsədilə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin 21.07.88-ci il tarixli 7/403 saylı qərarı ilə Azərbaycan Memarlıq İttifaqına Yasamal rayonu, Nərimanov küçəsi, 468-472-ci məhəllələrdə kooperativ yaşayış evlərinin tikintisinə ayrılmış torpaq sahəsinin genişləndirilməsinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 06/97 saylı istifadəyə verilən torpaq sahəsinin ayrıca aktına əsasən Azərbaycan Memarlıq İttifaqına Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 140 saylı sərəncamı ilə Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə yaşayış binasının tikintisi üçün əlavə sahələrinin ayrılmasına icazə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə cavabdehlər tərəfindən qanunsuz olaraq 2 mərtəbəli tikili inşa edilmişdir. Beləliklə məhkəmə iddia tələbinin qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsində Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 140 nömrəli sərəncamına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 10/4696 nömrəli ekspert rəyini rəhbər tutaraq hesab edir ki, təmin edilməli, "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş 2 mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməlidir. Həmçinin iddia tələbinin vurulmuş maddi zərərə görə 8000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ödənilməsi hissəsində məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəymiş zərər barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MTK-nın istifadəsində olan torpaq sahəsində, yəni Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 127, 468-472-ci məhəllədə (yəni ünvan 3 ünvanda) inşa edilmiş 2 mərtəbəli özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülərək, həmin tikilinin tikildiyi torpaq sahəsi boşaldılaraq "xxxx" MTK-ya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2728/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2728/2023
27.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver