Məhkəmə qərarları › İş №2(004)-2735/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2735/2022

07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2735/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı uşağın ananın himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair əizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı uşağın ananın himayəsində olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun, X4 ilə nikahı 13.06.1996-cı il tarixli 1-JQ 445373 saylı nikahın pozulması haqqında şəhadətnamə ilə pozulmuşdur. Həmin tarixdən hal-hazıradək o, nikaha daxil olmamışdır. 01.08.2013-cü il tarixdə onun qız övladı dünyaya gəlmişdir. 03.10.2013-cü il tarixli AZ-İ 246347 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə uşağın atasının Maraqlı şəxs olduğu müəyyən edilmişdir. Onun tərəfindən uşağa atasının soyadı verilməklə, uşağın tam adı X3 kimi qeydiyyata alınmışdır, o, 9 il ərzində övladını tək böyütmüş və tərbiyə etmişdir. Bu gün də azyaşlı X11 himayəsindədir. Hal-hazırda X14 Türkiyə Respublikasında təhsil alması ilə əlaqədar, onun anasının himayəsində olması faktının məhkəmə qaydasında müəyyən edilməsinə zəruruət yaranmışdır. Tərəflər nikahda olmadıqlarından, nikahlarının pozulması, uşağın hansı valideynin himayəsində qalması ilə bağlı məhkəmə aktı, uşağın ananın himayəsində olduğu barədə sənəd yoxdur və belə sənədi başqa yolla əldə etmək mümkün deyildir. Şərh olunanlardan göründüyü kimi, onun övladı X7 himayəsində olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən 01.08.2013-cü il doğum tarixli X1 anası Ərizəçi himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ərizəçinin maraqlı şəxslə faktiki münasibətləri olmuş və onların faktiki münasibətlərindən 01.08.2013-cü il tarixdə X3 adlı uşaq dünyaya gəlmişdir. Tərəflər arasında rəsmi qaydada nikah bağlanmamışdır. Keçən 9 il ərzində ərizəçi uşağı tək böyütmüşdür. Atalığın müəyyən edilməsi ilə bağlı qeydiyyat şöbəsi tərəfindən də şəhadətnamə verilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş maraqlı şəxsin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsini izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şaihd qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, 1999-cu il tarixdən ərizəçi ilə tanışdır. Ərizəçi ilə maraqlı şəxsin münasibətləindən xəbəri olmuş və hətta onların faktiki münasibətlərindən ərizəçinin 01.08.2013-cü il tarixdə X3 adlı uşaq dünyaya gətirməsindən məlumatlıdır. Keçən 9 il ərzində uşağa anası baxmış və onun təlim tərbiyəsi ilə tək məşğul olmuşdur. 01.08.2013-cü il tarixdə X1 doğulduğu gündən hazıradək ərizəçinin himayəsində olmaqla onun yanında yaşamasını təsdiq edir. Məhkəmə iclasında şaihd qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, iş üzrə ərizəçi onun uşaqlıq rəfiqəsidir və onlar birlikdə oxumuşlar. O, iş üzrə maraqlı şəxsi heç vaxt görməsə də, sonuncunun ərizəçidən olan uşağın atası olmasını bilir. Belə ki, Ərizəçi ilə maraqlı şəxsin faktiki münasibətlərindən 01.08.2013-cü il tarixdə X3 adlı uşaq doğulmuşdur. Ərizəçi daima uşağı tək böyütmüşdür. 01.08.2013-cü il tarixdə X1 doğulduğu gündən hazıradək ərizəçinin himayəsində olmaqla onunla yaşamasını təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs ilə faktiki münasibətlərindən 01.08.2013-cü il tarixdə X3 adlı uşaqları olmuşdur. Atalığı müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs Ərizəçi doğulmuş 01.08.2013-cü il tarixdə X2 atası hesab edilmiş və bu barədə AZ-İİİ saylı, 182807 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. 01.08.2013-cü il təvəllüdlü X3 doğulduğu tarixdən hazırki günədək ərizəçi, yəni anası Ərizəçi himayəsindədir. Sözü gedən bu hal iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01.08.2013-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.08.2013-cü il təvəllüdlü X1 anası Ərizəçi himayəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar